Professor: “DİA milli dəyərlərə bağlı mütəxəssislər yetişdirir”
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bunu akademiyanın Dövlət idarəçiliyi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Mehdi Abdullayev deyib.
“Akademiyada kafedra müdiri və professor kimi çalışaraq burada tədrisin keyfiyyətinin yüksəldilməsinə, elmi fəaliyyətin dəstəklənməsinə və sağlam akademik mühitin inkişafına və qorunmasına göstərilən diqqəti gündəlik fəaliyyətimdə müşahidə edirəm. İdarəetmədə şəffaflığın, müəllim və tələbələr arasında açıq ünsiyyətin, təşəbbüslərə həssas münasibətin mühüm yer tutması qarşılıqlı etimadı və kollektiv məsuliyyəti gücləndirir. Professor-müəllim heyətinin təcrübəsi ilə gənclərin təşəbbüslərinin bir araya gəlməsi Akademiyanın inkişafına xidmət edir”, - o vurğulayıb.
M.Abdullayevin fikrincə, dövlət qurumları ilə əlaqələr tələbələrin nəzəri biliklərini idarəetmə təcrübəsi ilə əlaqələndirməsinə, gələcək peşə fəaliyyətinin tələblərini daha yaxından anlamasına imkan yaradır: “Beynəlxalq əməkdaşlıq, elmi görüşlər və təcrübə mübadiləsi isə müəllim və tələbələrin dünyagörüşünü genişləndirir, müasir idarəetmə yanaşmalarının öyrənilməsinə şərait yaradır.
Bu mühitin formalaşmasında rektor, akademik Urxan Ələkbərovun elmi təcrübəsini, təhsilə və insan potensialının inkişafına verdiyi əhəmiyyəti xüsusi qeyd etmək istərdim. Tələbələrin yalnız savadlı mütəxəssis kimi deyil, həm də müstəqil düşünən, davranışına və qərarlarına görə məsuliyyət daşıyan vətəndaş kimi yetişməsi Akademiyanın təhsil və tərbiyə işində mühüm yer tutur. Onların ictimai və mədəni həyatda iştirakı, asudə vaxtlarının mənalı təşkili, istedad və bacarıqlarının üzə çıxarılması da bu yanaşmanın tərkib hissəsidir.
Mənim üçün Akademiyada bilik, peşəkarlıq və məsuliyyət hissinin bir-birini tamamlayaraq vahid bir dəyər sistemi formalaşdırması xüsusi əhəmiyyət daşıyır. Bu kollektivin üzvü olmaq həm qürurvericidir, həm də üzərimizə yetişdirdiyimiz hər bir gəncin gələcəyi üçün ciddi məsuliyyət qoyur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 29 Oktyabr 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















