ABŞ də Azərbaycan pasportu daşıyan erməni tutuldu Bakıya deportasiya ediləcək
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
ABŞ-ın İmmiqrasiya və Gömrük Polisi (ICE) Los-Ancelesdə Azərbaycan pasportu daşıyan şəxsi saxlayıb.
Modern.az-ın məlumatına görə, saxlanılan şəxs Rafael Vladimiroviç Sarkisyan müxtəlif vaxtlarda bir sıra cinayətlərə görə məhkum olunub.
O, heyvanlara qarşı qəddarlıq və qadağan olunmuş maddələrin saxlanması görə tutulub.
Polis bildirir ki, Sarkisyan 25 noyabr tarixində Los-Ancelesdə həbs edilib və deportasiya proseduru başa çatana qədər saxlanılacaq. Onun ABŞ-a nə vaxt və hansı ölkə ərazisindən daxil olduğu isə məlum deyil.
Məlumatlara əsasən, Rafael Sarkisyan böyük ehtimalla 1990-cı illərin əvvəllərində sovet pasportu ilə Azərbaycandan köçmüş etnik ermənilərdən biridir və müstəqil Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Bununla belə, ABŞ rəsmiləri deportasiya zamanı onun üzərində olan sənədləri əsas götürdüyü üçün, o, yüksək ehtimalla Azərbaycana göndəriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 06 Dekabr 2025 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















