Icma.az
close
up
RU
Qızıl Xaçın maskası yırtılır RƏY

Qızıl Xaçın maskası yırtılır RƏY

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda BQXK-nın qaranlıq əməlləri ifşa olundu


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin yaxın vaxtlarda fəaliyyətini dayandıracağı gözlənilir. Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında bildirilib. Vurğulanıb ki, Komissiya əsir və girov götürülmüş vətəndaşların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı sahəsində BQXK-nın Azərbaycandakı Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərib. 

Qeyd olunub ki, BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin fəaliyyətini yaxın vaxtlarda dayandırması ilə bağlı itkin düşmüş vətəndaşların ailələrinin diqqətinə çatdırırıq ki, itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyən edilməsi üçün Dövlət Komissiyası və aidiyyəti dövlət qurumları tərəfindən təxirəsalınmaz zəruri tədbirlər görülür. Hələlik, bu məlumata BQXK-nın Azərbaycandakı nümayəndəliyindən münasibət almaq mümkün olmayıb. Dövlət Komissiyasının məlumatına görə, Birinci Qarabağ müharibəsində onlardan 3 min 984 şəxs itkin düşüb. Həmin şəxslərdən 1 min 702-i azad edilib. Komissiya İkinci Qarabağ müharibəsində isə itkinlərin sayını cəmi altı açıqlayıb. Ermənistan Nazirlər Kabinetinin hesabatına görə isə Birinci Qarabağ müharibəsi nəticəsində onlardan 777 nəfər itkin düşüb. Rəsmi Yerevanin vurğulamasına görə, 2020-ci ildə yenidən münaqişə gərginləşəndən sonra itkin düşənlərdən 215 Ermənistan və Qarabağdan olan erməni əsilli şəxsin taleyi naməlum olaraq qalır. Xatırladaq ki, BQXK-nın Bakıdakı Nümayəndəliyi 1992-ci il martın 3-dən fəaliyyət göstərir, ondan iki həftə sonra Ağdam və Bərdə rayonlarında da ofisləri açılıb. Rəsmi Bakı hələ bu il martın əvvəlində BQXK-nın Azərbaycandakı nümayəndəliyini bağlamaq niyyəti haqda onlara bilgi verib. 


Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin ölkəmizdə fəaliyyətini yaxın vaxtlarda dayandıracağı barədə xəbər yayılması gözlənilən idi. Ekspert vurğulayıb ki, hazırda Beynəlxalq Qızıl Xaç Komitəsinin yerli nümayəndəliyinin fəaliyyətinə heç bir xüsusi ehtiyac qalmayıb:

 "Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən və Cənubi Qafqazda yeni reallıqların formalaşmasından sonra BQXK-nin istər ölkəmizdə, istərsə də regionda fəaliyyətini zəruri edən səbəblər tamamilə artıq aradan qalxıb. Bu ermənipərəst təşkilat, əslində, lap çoxdan Azərbaycanı tərk etməliydi. Ona görə ki, bu təşkilat öz səlahiyyətlərini aşaraq Azərbaycan ərazisində bəzi qanunsuz işlər görməklə öz obyektivliyini və etibarlılığını itirmiş və özünü diskreditasiya etmişdi. Beynəlxalq Qızıl Xaç Komitəsi 2020-ci ilin əvvəllərində Azərbaycana xəbər vermədən Xankəndidə ofis açmışdı. BQXK bu ofisini hətta 44 günlük müharibədən sonra da bağlamaqdan hər vasitə ilə imtina edirdi. Bu, sözügedən beynəlxalq qurum tərəfindən Azərbaycanın suverenliyinə qarşı açıq-aşkar saymamazlıq idi. Qırmızı Xaç Komitəsi, həmçinin 2020-2023-cü illər arasında "humanitar missiya" adı altında qaçaqmalçılıqla məşğul olaraq Qarabağdakı keçmiş separatçı qurumun qanunsuz fəaliyyətinin dəstəklənməsində və erməni terrorçularının silahlandırılmasında bilavasitə iştirak edirdi". 


Ə.Hüseynov xatırladıb ki, 2023-cü ildə Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus təcili tibbi yardım maşınlarında qanunsuz yolla müxtəlif növ qaçaqmalın Xankəndiyə keçirilməsi cəhdinin qarşısını almışdılar:

 "BQXK-nin bu cür riyakar hərəkəti həm Azərbaycan qanunlarının kobud şəkildə pozulması, həm də təşkilatın özünüifşasının təsdiqi idi.  Eyni zamanda, BQXK-nin əməkdaşları quruma olan etimaddan sui-istifadə edərək, Ermənistanın xeyrinə müəyyən casusluq fəaliyyətləri ilə də məşğul olurdular. Bu barədə də bir sıra faktlar dövri mətbuatda ictimailəşib. Bir sözlə, BQXK beynəlxalq qurum yox, ermənilərin yaratdığı təxribatçı təşkilat kimi fəaliyyət göstərirdi. Bu təşkilat bütün imkanları ilə işğalçı Ermənistanın və Qarabağdakı keçmiş separatçı rejimin maraqlarına xidmət edirdi. Ona görə də biz bu təşkilatın münaqişə dövründə Azərbaycan üçün nəsə yaxşı bir iş gördüyünü xatırlamırıq. Bu baxımdan, BQXK Azərbaycan xalqının yaddaşında ədalətsiz, ermənipərəst qurum kimi qalacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 İyun 2025 07:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri