Qızıl Xaçın məktubları necə yazılır? Saxlayan tərəfin senzura tətbiq etmək hüququ var
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"Cenevrə konvensiyasına görə, saxlanılan şəxsə, saxlayan tərəf ailəsi ilə əlaqə yaratmaq üçün Qızıl Xaç vasitəsilə məktub yazmasına şərait yaratmalıdır, lakin burada vacib bir məqam var, saxlayan tərəfin senzura hüququ var".
Oxu. Az xəbər verir ki, bu sözləri media nümayəndələri ilə görüşdə BQXK-nın rəsmisi İlahə Hüseynova deyib.
Komitənin nümayəndəsi qeyd edib ki, Qızıl Xaçın məktubu açıq məktubdur.
"Biz heç onu zərfə də qoymuruq. Məktub təhrif edilə bilməz. Məktub yazılarkən bizim əməkdaşımız prosesdə iştirak edir. Ailəyə məktubu çatdıran da bizim əməkdaşdır. Amma saxlayan tərəfin senzura tətbiq etmək hüququ var. Həmçinin, saxlanılan şəxslər ailələrinə videomesajlar göndərə və ailələrdən videomesajlar ala bilər. Lakin videomesaj əvvəlcədən qeydiyyata alınır və videomesajlar da senzuradan keçir".
Şəhriyar Səmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 06 Dekabr 2024 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















