Icma.az
close
up
RU
QIZILALMA: Könül coğrafiyası zəka yolçuluğu

QIZILALMA: Könül coğrafiyası zəka yolçuluğu

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Əkbər QOŞALI

Sizə rəngin zamanla və zəminlə üfüqötəsinə keçidindən söz açmaq istəyirəm.

Bəzən bir rəng bütöv bir düşüncəni boyayır. Bəzən bir söz – bir tarixi... Bəzən bir meyvə – bir mədəniyyəti... Amma bəzən də bir yol bir ruhu daşıyır… - kim deyib, bilmirəm amma əla deyib.

“Unudulmaz mənzərə;

poladlaşan dəmir.

İnsan yuvasında

Prometeyin töhfəsi.

Dağlarda lalə gölləri.

Ovod və onun faciəsi.

Dalaşqan uşaq.

Qatil əlində bıçaq.

Yağışlı gündə silahlı üsyan.

Qəti döyüşdə xalqın qəzəbi.

Doğru sözün qısa məzmunu.

Zəfər bayraqlarının rəsmi keçidi.

Daxmalı, qazmalı kəndin

minarəli məscidi.

Bir də insan bəzəyi”… - Bunu kimin dediyini dəqiq bilirəm - Rəsul Rzanın “Al qırmızı”sıdır. Bunlar isə Xalq şairinin qırmızıya yaraşdırdığı ümid və inam çalarıdır:

“Uzaq ulduzların yaxın yolu.

Bir də insan:

alnı açıq,

gözləri etibar dolu”…

“Dözüm.

Günəş içmiş üzüm.

Ümid yolu.

Geniş meydan- nəğmə dolu.

Güllələrin, vədələrin gücsüzlüyü.

Qəlbi səksəkəli atanın

İlk övladı.

İnsan adı.

Ölümün dadı.

İnsanlara məhəbbət.

Çılpaq həqiqət”…

Rəngin başlanğıcı və yolçuluğu:

Qırmızının dili”…

Qırmızı alma – sadəcə təbiətin təbəssümüdür. Günəşin torpağa vurduğu imza, torpağın öz bətnində böyütdüyü hədiyyədir. Fiziki gözəllik, ləzzət, iqlim və coğrafi kodların təcəssümüdür o... Bu alma – insan toxunuşuna meyvəcə, almaca cavabdır... Amma o məqsəd deyil. Adı “alma” olsa da, o, alınandır, verilən yox…

Qırmızı – bioloji parıltıdır; amma bu parıltı, insan zehninin tərcüməsində mədəni anlamlar daşıyır. O rəngin bir döyüşçünün bayrağında da yeri var, bir sevənin yanağında da… (Abay demiş: “atəş də, buz da var yanaqlarında”)… Di gəl, harada işlənirsə, orada həm də səviyyə formalaşdırır, səciyyə kəsb edir...

Qızıl:

Anlam qatında yanan alov…

Qızıl alma isə rəngdən çox məramdır, ülküdür.

O, gözlə görülməz, amma ruhda çağlar.

O, fiziki baxışın deyil, könül baxışının təcallasıdır. Türkün tarixində bu ülkü konkret yer adı ilə sınırlanmayıb – İstanbul olmuş, Roma olmuş, Vyana olmuş, bəzən də öz içindəki ucalıq olmuşdur o…

Qızıl alma – tarixdə olan yer yox, zamanüstü yöndür;

Qızıl alma – yürüməkdir, yandırmaq üçün deyil, yanmaq üçün yürümək;

Qızıl alma – ərazinin deyil, əqidənin fəthidir!.. Bax, bax, belə olmasaydı, nə gəmilər İstanbul eşqinə sudan çıxarılıb, quru ilə çəkilərdi; nə Çanaqqala keçilməsin deyə - “xətti müdafiə yoxdur, səthi müdafiə var” deyilərdi; nə də mehmetciyin tankı Kıprısda Beşbarmağa çıxardı!.. Lap yaxına gəlsək: bizim olanı almağa gedən əsgərlərimizin 44 gün içində

şəhidi çiynində,

bayrağı əlində,

imanı köksündə,

inamı da öz yerində olardımı?.. Qızıl kimi kökü, gələnəyi var bu işlərin; heç nə birdən-birə, təsadüfən olmur, olmur… Yalnız olanlar olur! - Turanın ruhui gücü belə bir işləmə mexanizminə malikdir. Yollar qurtarmayır, yollar dəyişir… Amma Ulu Yol birdir - “vəhdəti-vücud” kimi!..

Ona görə də bu simvol, zaman-zaman mistikləşib, metafizik hal alıb, türkün düşüncəsində universal bir diləyə çevrilib.

“Qızıl Ordu”:

Rəngin zillətə düşməsi

Ziddiyyət də bu rəngdədir. “Qızıl Ordu” (Красная Армия) – adında “qızıl”, amma mahiyyətində “qara-qırmızı” yanar zülmət!.. Türküstandan Qafqaza qədər bu ordu – türkün dili, dini, tarixi və torpağı üzərində bir ideoloji texnoloji rejim qurmağa çalışıb. Burada “qızıl” rəngi artıq yanıltma rənginə, özünü təhrif etmə vasitəsinə çevrilib. Getsin gəlməsin! - Nə 1-cisi, nə də 11-cisi!

Bu ordu – nə Qızılbaş idi, nə alma idi, nə də zövq-səfa. Bu ordu – rəngin istismarının, gücün rəngə sığınıb maskalanmasının örnəyi idi. Rəng orada artıq simvol yox, simulyakr (heç vaxt doğrulmayam “ilğım”) kimiydi. Qızıl alma kimi üfüq göstərici yox, mənzərəni örtən sis - sisdən də ötə qatı zülmətin özüydü “Qızıl Ordu”... “Qızıl Ordu” heç heç “Altın Orda” deyildi, təbii!

Qızılca Hamam:

Fiziki isti, tarixdən gələn istilik

Əmir Teymurun Ankara Qızılca Hamamında ayağını termal suya salıb onun istiliyini hiss etməsi və həmin istiliyi “qızılca” ilə ifadə etməsi, fiziki hadisədən semantik bir başlanğıc doğurur. Bu sular – bədənin ağrılarını deyil, bəzən də zamanın zədələrini sağaldarmı ola?..

Bu “qızılca” – bəlkə bir “istilik vahidi” olsa da, tarixdə bir şəfa məkanına çevrildi…

O torpaqların üstündə gəzən tarixin, altından qaynayan şəfa və istiliklə qovuşması kimi… Əmir Anadoluya Sultanla savaşmağa gəlmişdi: Teymurluq Yıldırımlıqla döyüşürdü - keşkə də, nə elə bağ olaydı, nə elə bağbanlıq… Qardaşlar nə Ankarada, nə Çaldıranda savaşmasalardı keşkə!.. Ancaq tarix keşkələrlə ölçülmür; tarixdə “olsaydı-olmasaydı” dualist baxışı da doğru deyil bəlkə; bəlkə, hələlik ən doğru baxış (məntiq) qeyri-səlis məntiqdir: bütün rəngləri, spektrləri, hətta infraqırmızı, ultrabənövşəyi rəngi dəxi bəsirət gözüylə görən məntiq…

Dərinlik:

Qızıl alma bir xalqın könlündəki metafizik koordinatdır

Qızıl alma – artıq coğrafiya deyil, kültürəl metafor, ontoloji istinad nidasıdır. Bu, türkün özünü böyük bir mədəniyyət ağacının meyvə daşıyan budağı kimi hiss etməsinin rəmzidir. Əgər bu ülkü olmasaydı:

-Qədim Anadolunun oymaqlarında ilahi təsvirlər doğmazdı;

-Divan ədəbiyyatının rəmz dili qapqaranlıq qalardı;

-Yunusdan Xətaiyə, Nəsimidən Aytmatova gedən cığır – könül cığırı olmazdı…

Qızıl alma – indi də var. Bəzən o,

ədalətli bir dövlət ülküsü,

bəzən mədəni inteqrasiya diləyi,

bəzən də insani bütövlük əxlaqı

formasında boy göstərir.

Qızıl alma – fəthin şəriət qatı deyil, fövqəl-fəhm bir çağırışdır.

Və son olaraq:

QIRMIZI alma alınır, QIZIL alma yaşanır...

Biz nə qırmızı almanın ləzzətində qalmalıyıq, nə də “Qızıl Ordu” kimi rəngi zorla əlində tutanların yolunda...

Bizim yolumuz – Qızıl alma ulu yoludur!

Bu yol – çökməmiş dəyərlərin dirçəlişi,

Bu yol – sözlə silahlanmış əqidənin fəthi,

Bu yol – bayraqla deyil, könüllə gedilən bir yürüşün özüdür!

Çünki Qızıl alma – heç vaxt əlçatmaz deyil,

o – daim yol üzərində, könül içində, göz üstündədir...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

QIZIL ALMA EŞQİNƏ!.. #KızılElma

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Aprel 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri