Icma.az
close
up
RU
Qızılgül ətri yaddaşı gücləndirir

Qızılgül ətri yaddaşı gücləndirir

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Yaponiyalı tədqiqatçılar müəyyən ediblər ki, qızılgül ətrini qoxulamaq yaddaşla bağlı beyin strukturlarında dəyişikliklərə səbəb ola bilər. Bu kəşf demensiyanın qarşısının alınmasına yönəlmiş profilaktik üsulların işlənib hazırlanmasına yardımçı ola bilər.

“Frontiers in Human Neuroscience” jurnalı xəbər verir ki, Kyoto Universiteti və Tsukuba Universitetinin alimləri qoxuların beyin fəaliyyətinə təsirini öyrəniblər. Araşdırmada 50 qadın iştirak edib. Onlardan 28-i bir ay ərzində gündəlik olaraq paltarlarına gül yağı vurub, qalan 22-si isə sadə sudan istifadə edib. Beyindəki dəyişikliklər maqnit-rezonans tomoqrafiyası (MRT) vasitəsilə qeydə alınıb.

Qızılgül ətrini müntəzəm qoxulayan iştirakçılarda mütəxəssislər yaddaş və assosiasiyaların formalaşmasına cavabdeh olan arxa sinqulat qırışında boz maddənin artdığını müəyyən ediblər. Alimlər qeyd edirlər ki, bu dəyişikliklər idrak qabiliyyətlərinin dərhal yüksəlməsi demək deyil, lakin beynin sağlamlığının qorunmasında və neyrodegenerativ xəstəliklərin, o cümlədən Altsheymer xəstəliyinin profilaktikasında mühüm rol oynaya bilər.

Bununla yanaşı, emosiyalara cavabdeh olan badamcıq cismi və qoxuların qavranması ilə bağlı orbitofrontal qabıq kimi digər beyin nahiyələrində nəzərəçarpan dəyişiklik müşahidə olunmayıb. Tədqiqatçılar güman edirlər ki, sabit qoxu bu şöbələrin yükünü azaldır, əvəzində isə arxa sinqulat qırışı xatirələrin formalaşdırılması və saxlanmasında daha fəal iştirak edir.

Alternativ nəzəriyyə də mövcuddur. Belə ki, gül ətri həmişə eyni dərəcədə xoş qarşılanmır və məhz bu qoxuya uyğunlaşma zərurəti yaddaş və assosiativ təfəkkürə cavabdeh beyin zonalarını aktivləşdirə bilər. Ola bilsin ki, emosional reaksiyanı tənzimləmək və təcrübəni yadda saxlamaq zərurəti arxa sinqulat qırışını daha da fəallaşdırır və bunun nəticəsində boz maddənin artmasına şərait yaradır.

Azərtac

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://azpost.info
archiveBu xəbər 30 Avqust 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri