Qızılgül qoxusunun inanılmaz təsiri Yaddaşı möhkəmləndirir
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Alimlər qızılgül qoxusunun beynin strukturunda dəyişikliklər yaratdığını sübut ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "Lenta dnya" "Telegram" kanalı məlumat yayıb.
Yaponiyanın Kyoto Universiteti və Tsukuba Universitetinin tədqiqatçıları bir qrup qadından bir ay müddətində qızılgül yağı ilə isladılmış paltar geyinmələrini xahiş ediblər. Maqnit-rezonans tomoqrafiyası (MRT) nəticəsində onların beynində boz maddənin həcmində artım müşahidə olunub. Xüsusilə də yaddaş və assosiasiyalarla əlaqəli sahələrdə dəyişiklik qeydə alınıb.
Mütəxəssislər bildirirlər ki, bu təsir zehni qabiliyyətlərin artmasına zəmanət verməsə də, demensiya və digər neyrodegenerativ xəstəliklərin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edə bilər.
Qeyd olunur ki, gələcəkdə bu tip araşdırmalar yaddaşı gücləndirmək və beyni qocalmadan qorumaq üçün sadə və əlçatan aromaterapiya üsullarının inkişafına təkan verə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 30 Avqust 2025 07:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















