Qızılın qiyməti bahalaşaraq yeni rekord müəyyən edib
Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Federal Ehtiyatlar Sisteminin pul-kredit siyasətini yumşaltması, həmçinin ABŞ və Venesuela arasında gərginlik fonunda qızılın unsiyasının qiyməti 4380 dolları ötərək yeni rekord müəyyən edib.
AZƏRTAC xəbər verir ki, bu gün keçirilən ticarət əməliyyatlarında qızılın unsiyasının spot qiyməti 1,1 faiz artaraq 4386 dollara çatıb. Qızılla yanaşı, digər qiymətli metalların da qiymətində artım müşahidə olunur. Belə ki, gümüşün qiyməti 2,6 faiz, platinin qiyməti 3,9 faiz, palladiumun qiyməti isə 4,5 faiz bahalaşıb.
Bazar iştirakçıları Birləşmiş Ştatların əmək bazarındakı zəifliyi göstərən məlumatlar fonunda Federal Ehtiyat Sisteminin 2026-cı ildə əsas faiz dərəcələrini ardıcıl olaraq iki dəfə azaldacağını gözləyirlər. Aşağı faiz dərəcələri qiymətli metallara, xüsusən də qızıla investisiyaların cəlbediciliyini artırır.
Həmçinin ABŞ ordusunun Venesuelaya qarşı dəniz blokadasının sərtləşdirilməsi təhlükəsiz sığınacaq aktivi kimi nəzərdən keçirilən qızıla tələbatı daha da yüksəldir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 22 Dekabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















