Icma.az
close
up
RU
“Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər”

“Qızımla eyni balı toplayıb, amma işə onu götürüblər”

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Qızım Mədinə Əsədli 2024-cü ildə Bakı Pedaqoji Universitetini əla qiymətlərlə bitirib. Hər il müəllimlərin işə qəbulu imtahanından yaxsı nəticə göstərsə də, hələ də işlə təmin olunmur”. 

Bu iddialarla “Qafqazinfo”ya Bərdə rayon Çələbilər kənd sakini Elman Əsədov müraciət edib. 

Müharibə əlili olduğunu deyən şikayətçinin sözlərinə görə, qızı bu il də MİQ imtahanında yaxşi nəticə göstərib: “Öz yaşadığımız Çələbilər kəndində Azərbaycan dili və ədəbiyyat fənni üzrə boş vakant yerdə çalışmaq üçün müraciət edib. Lakin Qarabağ Regional Təhsil İdarəsi onunla eyni balı toplamış və uzaq məsafədə yaşayan birini həmin yerə təyin edib. Hər yerə müraciət etmişəm, xeyri olmayıb. Mən istəyirəm bu məsələ obyektiv araşdırılsın və qızım öz kəndimizdə işlə təmin edilsin”. 

Müraciətlə bağlı Qarabağ Regional Təhsil İdarəsinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, işə müsabiqədə ən yüksək nəticə göstərən namizəd qəbul olunub: “Bərdə rayon Çələbilər kənd tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyat fənni üzrə 16 saat dərs yükü vakant olub və həmin vakant yer müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə elan edilib.

Müsabiqədə iştirak edən namizədlər arasında ən yüksək nəticəni 65 bal toplayan namizəd göstərib və vakant yer müəllimlərin işə qəbulu qaydalarına uyğun olaraq həmin namizəd tərəfindən tutulub.

Müraciət edən Əsədli Mədinə Elman qızı isə müəllimlərin işə qəbulu müsabiqəsində 64,75 bal toplayıb. Müvafiq qaydalara əsasən, namizədin seçim etdiyi vakant yer üzrə ən yüksək bal toplayan namizəd tərəfindən tutulub”.

Qeyd edək ki, sözügedən imtahanda maksimum bal 100-dür.

Gülnar Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Avqust 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri