Icma.az
close
up
RU
Qızlar oxusun, güclü olsunlar Malyar qadının hekayəsi...

Qızlar oxusun, güclü olsunlar Malyar qadının hekayəsi...

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Cəmiyyətimizdə qadınlar müxtəlif sahələrdə çalışaraq həm ailələrini dolandırır, həm də həyatın çətinliklərinə sinə gərirlər. Bəzən kişilərin belə çətinlik çəkdiyi işlərdə çalışan, mübarizə aparan və övladlarını təkbaşına böyüdən qadınlar da var.

Onların hekayələri insanları həm təəccübləndirir, həm də ilham verir. Məhz belə qadınlardan biri də malyar Səbinə Həmidovadır.

Sfera.az-ın əməkdaşı Səbinə Həmidova ilə söhbət edib.

Müsahibimiz 30 yaşında, üç uşaq anasıdır. O artıq 6 ildir ki, malyar kimi çalışır. Bununla yanaşı, digər usta işlərini də bacarır. Əslində, Səbinənin bu çətin peşəyə başlama səbəbi ailə qayğılarından irəli gəlir.

“Anama görə bu işə başladım”

Səbinə ailənin yeganə qazanc gətirən üzvü kimi çalışır. Onun həyatında ilk işi çörəkçilik olub. “İlk peşəm çörəkçi idi. Çörəkçi olmuşam, amma qazancım çox az idi. 24 yaşımda artıq malyar işinə başladım”,- deyə Səbinə bildirib.

Bu çətin yola qədəm qoymasının əsas səbəbi isə anası olub...

“Anam xərçəng xəstəliyindən əziyyət çəkirdi. Həyatımda hər şey çətin idi, amma anama və üç övladıma tək baxmalı idim. Bu işə də anama görə başladım”, - deyə o, ağır xatirələrini bölüşdü.

Səbinə qarşısına böyük bir məqsəd qoyub: Anasının arzusu olan bir ev almaq. “Anamın bir arzusu vardı ki, öz evi olsun. Qarşıma məqsəd qoydum: gecə-gündüz işləyib, iki il öncə anam üçün bir ev aldım. Həmin evi də öz əlimlə tikdim. Gecələr saat 9-da işdən çıxıb tikinti materialları alırdım: sement, qum, daş… Hər birini özüm daşıyırdım”, - deyə Səbinə qürurla dedi.

O həm də bu işlərin ağırlığını belə təsvir edir: “Evin demək olar ki, kişisi mən idim. Evi özüm sökdüm, yenidən tikdim. İşdən sonra başqa işə gedirdim, gecə saat 4-5-ə qədər işləyirdim. Heç vaxt geri çəkilmədim”. 

“İşim məni yormur, məni insanların pis düşüncəsi yorur"

Səbinə işin çətinliklərindən şikayət etmir. Hətta ağır iş şəraitində belə yorulmadığını vurğulayır: “İşim məni yormur. Məni əsasən insanların pis düşüncəsi yorur. Elə olub ki, 38 saat yuxusuz işləmişəm. İki gün sexdə qalmışam, amma yorulmamışam. Bütün bunları övladlarım üçün etmişəm. Hamı məni artıq kişi kimi tanıyır. Atam, qardaşım, anam, bacım dünyasını dəyişib. Mən isə bütün bu itkilərə baxmayaraq, ayaqda durmağa məcburam”. 

İki ay əvvəl anasını itirən Səbinə hazırda üç övladına təkbaşına baxır. “Tək ana olmaq çox çətindir. Amma bu işlərin öhdəsindən gəlməyə çalışıram. İndi növbəti xəyalım maşın almaqdır. Övladlarımı məktəbə, bağçaya aparıb-gətirmək üçün çox lazımdır. Bu xəyalımı da gerçəkləşdirəcəyəm”, - deyə o, gələcək planlarından bəhs edib. 

“Qadınlar oxusun, güclü olsunlar”

Səbinə həm də digər qadınlara güclü olmaq üçün məsləhət verir: “Qadınlar mütləq oxusunlar. Əgər oxuya bilmirlərsə belə, öz ayaqlarının üstündə durmağı bacarsınlar. Mən təkbaşına üç uşaq böyüdürəm, siz də bacararsınız. Qadınlar özlərini heç vaxt zəif hiss etməsinlər”.

Səbinənin bu cəsarəti və mübariz ruhu hər kəs üçün bir örnəkdir. O, həyatın bütün çətinliklərinə rəğmən, inamını itirmir və övladlarına daha yaxşı gələcək qurmaq üçün yorulmadan çalışır.

Bəsti Rəfizadə
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://sfera.az
archiveBu xəbər 12 May 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see429

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see186

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see169

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see162

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see134

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see127

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri