Icma.az
close
up
RU
Qızlarda aybaşı dayanır və ya gecikirsə... Problem necə müalicə edilir?

Qızlarda aybaşı dayanır və ya gecikirsə... Problem necə müalicə edilir?

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir.

Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnın aşağı nahiyəsinə isti su ilə qrelka və s.

Həkimlə məsləhətləşdikdən sonra bəzi dərman preparatları da istifadə etmək olar.

Aybaşı 3-5 gün davam edir, ümumiyyətlə isə, 7 gündən artıq olmamalıdır. Bir aybaşının ilk günündən sonrakı aybaşının ilk gününə qədər olan müddət menstrual dövr adlanır. Bu dövr normada orta hesabla 28 gün (bir qəmər ayı) olur. Ancaq qızların heç də hamısında menstrual dövr dəqiq olaraq 28 gün olmur (onun müddəti orta hesabla 24-30 gün arasında dəyişilir). Əksər qızlarda isə bu dövr tez bir zamanda 28 günlük dövr şəklində formalaşaraq bütün dölyaratma dövrü ərzində (klimaks dövrünədək) dəyişilmir.

Menstruasiyanın birinci ili aybaşı dövrü qeyrimütəmadi ola bilər. Bəzən 1-2 dövr müddətinə heç bir səbəb olmadan və ya bir sıra səbəblər üzündən (müxtəlif xəstəliklər, mənəvi sarsıntılar, qorxma, travma, natamam qidalanma və s.) menstruasiya tamamilə olmaya bilər. Əgər aybaşı başlayandan bir il ərzində mütəmadi tsikl formalaşmazsa - tam qaydasına düşməzsə, mütləq ginekoloqa müraciət etmək lazımdır.

Qızlarda aybaşının olmaması 3 aydan artıq davam edərsə, bu halda da onları ginekoloqa (yaxçı olar ki, uşaq ginekoloqu olsun) göstərmək vacib hesab edilir. Bu, yumurtalıqların müxtəlif xəstəlikləri, dıgər ciddi patoloji hallar və ya hamiləliklə əlaqədar ola bilər.

Aybaşı zamanı orqanizm cəmi 50-100 ml qan itirir. İnfeksiyalara qarşı həssaslıq artdığı üçün bu dövrdə gigiyenik qaydalara ciddi riayət etmək vacib hesab edilir. Hər dəfə gigiyenik aybaşı bezlərini dəyişdirərkən xarici cinsiyyət üzvlərini də yumaq lazımdır. Bu zaman hər dəfə sabundan istifadə etmək lazım deyil. Aybaşı dövründə bədən tərbiyəsi ilə məşğul olmaq qadağan edilmir. Bu zaman, sadəcə olaraq, qarın divarının fiziki yüklənməsini istisna etmək tələb olunur.

Həkimlər qarşıdakı aybaşı haqqında qızlarını məlumatlandırmağın vacibliyi barədə analara xəbərdarlıq etdikdə, bir çox hallarda analardan “hələ vaxtımız var” cavabını eşidirlər. Nəticədə analar əksər hallarda qızlarını xəbərdar etməyə gecikirlər və qəflətən başlamış aybaşı zamanı, kifayət qədər məlumatı olmayan qızlar, qan görən kimi qorxur, təşvişə düşürlər. Bəzən hazırlıqsız olan qızlar onlarda baş verən dəyişikliklərdən utanaraq, baş vermiş menstruasiya barədə öz analarına xəbər vermir, müvafiq gigiyenik olmayan materiallardan (tam təmiz olmayan əsgilər, tualet kağızı və s.) istifadə edirlər ki, bu da onların müxtəlif infeksiyalara yoluxması ilə nəticələnə bilər. Belə problemlərin baş verməməsi üçün artıq 9 yaşında analar qızlarını qorxuya salmadan onlara aybaşı barədə ilkin məlumatlar verməlidirlər.

Qanazlığı olan qızları aybaşı dövrünə daha ciddi hazırlamaq lazımdır. Bu məqsədlə onların qida rasionunda ət, qarabaşaq sıyıqları, alma, bal və s. qidaların miqdarını artırmaq lazımdır. Bu zaman həkim-hematoloq (qan xəstəlikləri üzrə ixtisaslaşmış mütəxəssis) tərəfindən xüsusi preparatlar da təyin edilə bilər.

Aybaşı vaxtı həddən artıq qanaxma olarsa, onun müddəti 1 həftədən artıq davam edərsə, ağrılarla müşayiət olunarsa, qızınızı mütləq pediatra göstərmək, həmçinin ginekoloq və hematoloqla məsləhətləşmək də vacib hesab edilir. Bir çox hallarda analar qızlarında ağrı ilə keçən aybaşıya etinasız yanaşırlar. Nəzərdən qaçırmayın ki, bu ağrılara səbəb cinsiyyət üzvlərinin müxtəlif iltihabi xəstəlikləri, uşaqlığın inkişafdan qalması, əyriliyi, yumurtalığın sist (kistaları) və şişləri və s. də ola bilər.

İlk aybaşıdan sonra hamilə qalmaq ehtimalı olsa da, 18 yaşa qədər hamiləliyin baş verməsi orqanizmin inkişafının hələ davam etməsi və qızın ana olmağa hələ psixoloji cəhətdən də hazır olmaması səbəbindən, heç bir halda arzuolunan hesab edilmir. Həkimlər hesab edirlər ki, ilk aybaşıdan sonra 5 il ərzində qızların orqanizmi hamilə qalmağa hələ kifayət qədər hazırlıqlı hesab edilmir. Yeniyetmə dövrü hamiləlik üçün risk faktoru sayılır. Yeniyetmə hamilələrdə bir çox hallarda ağır toksikozlar inkişaf edir, doğuş ağır keçir, körpələr çox vaxt anadangəlmə patologiyalarla doğulurlar. Bütün bu hallar gənc ana orqanizminin və onun cinsiyyət üzvlərinin kifayət dərəcədə yetkinləşməməsi ilə bağlıdır.

Ana olmagın minimal yaş dövrünü hesablamaq üçün aybaşı başlayan yaşın üzərinə 5 il əlavə etmək lazımdır:

13 yaş + 5 il = 18 yaş;

14 yaş + 5 il = 19 yaş və s.

Azyaşlı qızlarını ərə verməyə hazırlaşan valideynlər bunu mütləq bilməlidirlər.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Oktyabr 2026 04:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see368

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see338

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see325

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see266

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see259

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see245

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see238

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see217

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see198

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see198

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see194

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see189

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see185

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see179

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see178

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see171

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see171

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see168

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see166

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri