Icma.az
close
up
RU
Qızlarını erkən nikaha məcbur edən ATALAR

Qızlarını erkən nikaha məcbur edən ATALAR

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Erkən nikah problemi dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycan cəmiyyətində də ciddi sosial və psixoloji fəsadlar doğuran bir reallıqdır. Bu problemin əsas mənbələrindən biri isə təəssüf ki, bəzi valideynlərin – xüsusilə də ataların – qızlarını hələ uşaqlıq çağlarında ailə qurmağa məcbur etməsidir.

Bir çox hallarda yeniyetmə qızlar ən böyük zərbəni xaricdən deyil, ailənin içindən alır. Qız uşağının məktəbə gedib gəlmək əvəzinə, gəlinlik libasında evdən çıxmağa məcbur edilməsi, onun hüquqlarının və gələcəyinin zorla əlindən alınmasıdır. Bir çox ata, "qız evdə oturmaz", "namus məsələsidir", "biz böyüklərdən belə görmüşük" kimi arqumentlərlə bu qərarlarını haqlı çıxarmağa çalışırlar. Əslində isə bu düşüncə tərzi nə dini, nə hüquqi, nə də insani baxımdan qəbul edilə bilər.

Qanun nə deyir... pizza mizza

Erkən nikahı səciyyələndirən əsas xüsusiyyətlərdən biri də onların valideynlər tərəfindən qızların öz iradəsi xaricində və razılığı olmadan həyata keçirilməsi ilə müşaiyət olunur. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Heç kəs razılığı olmadan məcburi nikaha daxil olmağa məcbur edilə bilməz. Hər hansı şəxsin öz iradəsinin əleyhinə nikaha daxil olmasına məcbur edilməsi qadağan edilir.  Cinayət Məcəlləsinin (CM) 176-1.1-ci maddəsi qadını nikaha daxil olmağa məcbur etməni, 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməni özündə ehtiva edir və sanksiyalaşdırılıb.

Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin müddəalarına əsasən, nikah könüllü razılıq əsasında bağlanır və heç kim zorla evləndirilə (ərə verilə) bilməz.  Eyni zamanda eyni maddənin 1-ci bəndində nəzərdə tutulub ki, şəxslər yalnız qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ əldə edirlər.

Hazırkı qanunvericiliyə görə, 18 yaş həddindən aşağı nikahın bağlanması erkən nikah hesab edilməkdədir.

Bu qaydanın pozulması ilə bağlı ölkəmizin qanunvericiliyi cinayət məsuliyyəti müəyyən edib. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176-1 maddəsi qadının nikaha daxil olmağa məcburetmə müddəasını tənzimləməkdədir.

176-1.1. Qadını nikaha daxil olmağa məcbur etmə 2000 manatdan 3000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

176-1.2. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Valideynlər cəzasız qalır

Araşdırmalar göstərir ki, Azərbaycanda çox nadir hallarda hansısa valideyn erkən nikaha görə cəzalandırılıb. Yəni faktiki olaraq qızını zorla ərə verməyə məcbur edən valideynlər arasında Cinayət Məcəlləsinin 176-cı maddəsi üzrə cəzalandırılanların sayı barmaqla sayılacaq qədərdir. Səbəb?

Ya hadisələr qeydə alınmır, ya da cəmiyyətin özü bu cinayəti “ailədaxili məsələ” kimi görür və susur.

Müşahidələr göstərir ki, erkən nikaha məcbur edən valideynlərin əksəriyyəti təhsil səviyyəsi aşağı olan şəxslərdir. Onlar həyatın daha dərin qatlarını, hüquqları və fərdin inkişafını dərk etmədən, yalnız adət-ənənə çərçivəsində qərar verirlər.

Bəzi ailələrdə qızın azad hərəkət etməsi, gənclərlə ünsiyyəti, təhsil alması “namusa təhlükə” kimi qəbul olunur. Bunun qarşısını almaq üçün isə "ən yaxşı çıxış yolu" erkən nikah hesab edilir.

Yoxsul ailələr bəzən “bir ağız əskik olsun” deyə, ya da qızını "varlı ailəyə verib qurtulmaq" məqsədilə onun həyatını güzəştə gedirlər.

Böyük şəhərlərdə bu problem nisbətən azalsa da, bəzi rayon və ucqar kəndlərdə hələ də "qız 15 yaşında evlənməlidir" düşüncəsi dominantdır.

Təəssüf ki, bəzi bölgələrdə erkən nikahlar hələ də "normal" bir adət kimi qəbul edilir. Cəmiyyət "qız böyüdü, ərə getməlidir" düşüncəsini bu gün də daşıyır. Beləliklə, ata qızını məcburən ərə verəndə, nə qonşu, nə qohum, nə də kəndin ağsaqqalları buna qarşı çıxır. Əksinə, bu addımı “məsuliyyətli valideyn davranışı” kimi dəyərləndirənlər belə var.

Bəzi hallarda valideynin cəzasız qalması hüquq-mühafizə orqanlarının qeyri-effektiv işindən qaynaqlanır. Bəzən sübut yığılmır, bəzən də hadisə "razılaşıblar, ailə qurublar" kimi təqdim olunaraq üzərindən keçilir. Halbuki, razılaşma yetkinlik yaşına çatmayan şəxs üçün hüquqi qüvvəyə malik deyil.

Bu cür ataların cəzasız qalması isə digər valideynlərə “cəsarət” verir və belə hallar artaraq davam edir.

Həqiqi atalıq qızının gələcəyinə qanad açmaqdır

Atalıq yalnız qızına çörək qazanmaq deyil, onun həyatına dəyər verməkdir. Hər bir ata bilməlidir ki, qızına ən böyük hədiyyə – azad, təhsilli və dəyərli bir həyat təmin etməkdir. Qızına güvənən, onun bacarığını görən, ona dayaq olan atalar, nəinki bir övladın, bütöv cəmiyyətin dirəyinə çevrilir.

Əfsuslar olsun ki, reallıqda 14-15 yaşında məktəbdən ayrılıb tanımadığı şəxslə evləndirilən onlarla qız var. Onların bir çoxu ana olduqları halda hələ uşaq olmağı davam etdirir. Qadın təşkilatlarının apardığı araşdırmalar göstərir ki, erkən nikahla evlənən qadınların 70%-i həyatlarının bir mərhələsində şiddətə və psixoloji zorakılığa məruz qalıb.

Qız uşaqları çox vaxt atasına qarşı çıxmaqdan çəkinirlər. Bu qorxu tək fiziki zorakılıqdan deyil, həm də mənəvi təzyiqlərdən, ailədən qovulmaq və ya "ayıb" damğası yemək qorxusundan qaynaqlanır. Valideynin — xüsusilə də atanın — iradəsi ailədə qanun sayılır. Belə şəraitdə heç bir uşaq hüquq-mühafizə orqanlarına şikayət etməyə cürətlənmir.

Valideynlər bilməlidirlər ki, erkən nikaha girən qızlar üçün ən böyük itki, təhsildən məhrum olmalarıdır. Onlar özlərini inkişaf etdirmədən, dünyanı dərk etmədən ailə həyatına atılırlar.

Erkən yaşda ailə qurmaq, ana olmaq, məsuliyyət daşımaq qız uşaqlarının psixikasına ağır zərbə vurur. Bəzən bu travmalar depressiyaya, hətta intihara qədər aparır.

Bu qızların əksəriyyəti həyat yoldaşlarından yaşca xeyli kiçik olur, həyatları ər və qayınana-qayınata təzyiqləri altında keçir.

Çıxış yolları...

Psixoloq Vüsalə Rüstəmova deyir ki, əgər biz doğrudan da erkən nikahla mübarizə aparmaq istəyiriksə, ilk növbədə bu cinayəti törədənlərin — xüsusilə də öz övladını qurban verən ata fiqurlarının cəzalandırılmasını təmin etməliyik. Hüquqi mexanizmlər var, amma onların işə düşməsi üçün cəmiyyətin susmaması və qurbanların dinlənməsi vacibdir.

Ekspert çıxış yolu kimi aşağıdakıları təklif edir:

Maarifləndirmə kampaniyaları – Televiziya, sosial media və məktəblərdə valideynlərə yönəlik maarifləndirmə işi aparılmalıdır.

Heç kimə güzəşt olunmamalı – Erkən nikaha məcbur edənlərə qarşı sərt hüquqi tədbirlər tətbiq olunmalıdır.

Təhsil imkanlarının artırılması – Xüsusilə kənd qızlarının təhsilə çıxışı artırılmalı, təqaüdlər və dəstək proqramları genişləndirilməlidir.

Psixoloji və sosial dəstək mərkəzləri – Erkən nikah riski olan ailələrlə işləyən mərkəzlər yaradılmalıdır.

Atalara son söz

Erkən nikah bir insanın həyatını, arzularını və potensialını əlindən almaqdır. Qız uşaqları oyuncaqlarını bir kənara qoyub uşaq böyütməyə deyil, öz həyatlarını qurmağa layiqdirlər. Atalar bu yolda ya onların qəhrəmanı, ya da qəssabı olur. Seçim hər bir kişinin vicdanına bağlıdır.

Qızlarını erkən nikaha məcbur edən atalar, unutmayın: bir ömrün yükünü qızınızın çiyinlərinə qoyduğunuzda, əslində öz vicdanınızı əzirsiniz.

A.Zeynalov 

Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 İyul 2025 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see240

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see235

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see231

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see187

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see170

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri