Icma.az
close
up
RU
Siyasətdə düşmən olan AİLƏLƏR

Siyasətdə düşmən olan AİLƏLƏR

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Siyasət bəzən insanları ideyalar uğrunda elə səngərlərə salır ki, ordan qohumluq, uşaqlıq, ailə xatirələri belə çıxış yolunu tapa bilmir. Tarixdə eyni evin fərqli otaqlarında iki düşmən siyasi düşərgənin formalaşdığı hallar çox olub. ABŞ-də Kennedi və Nikson ailələrindən gələn siyasi rəqabət, Hindistanda Nehru-Gandi sülaləsinin içində yaranan fikir parçalanmaları, Britaniyada isə Corbin qardaşlarının — biri Leyborist, biri mühafizəkar cəbhədə yer alması — ailə ilə siyasətin heç də həmişə eyni masada otura bilmədiyini sübut edib.


Modern.az xəbər verir ki, bu hadisələrin bənzəri Azərbaycanın siyasət səhnəsində də yaşanır. Bəzən eyni valideynin övladları fərqli ideologiyalara, zidd mövqelərə sahib olur, biri hökumətə yaxın, digəri müxalif cəbhədə yer alır. Sərdar Cəlaloğlu və qardaşı Qurban Məmmədov, Zərdüşt Əlizadə və qardaşı Araz Əlizadə, eləcə də son günlərin ən çox danışılan mövzusu — Milli Məclisin deputatı Günay Ağamalı və qardaşı Elçin Ağamalı bu ziddiyyətin yerli nümunələridir.


Uzun illər Milli Məclisdə təmsil olunan, Ana Vətən Partiyasının sədri kimi tanınan Fəzail Ağamalı Azərbaycan siyasətinin köhnə məktəbinə aid fiqurlardandır. O, uzun illərdir partiyasını idarə edib. Lakin bir müddətdir partiya sədrliyi uğrunda mübarizədə Ağamalı ailəsi daxili toqquşma ilə gündəmə gəlib.


Partiyanın növbədənkənar qurultayında Fəzail Ağamalı sədrliyə qızı, Milli Məclis deputatı Günay Ağamalının namizədliyini irəli sürsə də bu qərar birmənalı qarşılanmayıb.


Fəzail bəyin oğlu Elçin Ağamalı qurultayda öz namizədliyini elan edib və öz iddiasına görə, zaldakı nümayəndələrin bir hissəsinin dəstəyini qazanaraq sədr seçilib. Qurultay gərginlik içində keçib. Zaldakı səs-küy, işığın sönməsi, tərəfdarların bir-birinə qarşı çıxması “ailədaxili siyasi çevriliş” mənzərəsi yaradıb.


Lakin hadisələr bununla yekunlaşmayıb. Fəzail Ağamalı və onun tərəfdarları Elçin Ağamalının “sədr seçildim” açıqlamasını qeyri-qanuni və əsassız adlandırıblar.


Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı açıqlamasında bildirib ki, qurultayda qarşı tərəf tərəfindən əvvəlcədən hazırlanmış təxribat və qalmaqal yaradılıb:


“Partiyanın sədri Fəzail Ağamalı qarşı tərəfdən qaynaqlanan, əvvəlcədən hazırlanmış və qurultayın gedişinə mane olan qeyri-etik, qalmaqal, təhdid xarakterli davranışlar səbəbindən növbədənkənar qurultayı qeyri-müəyyən müddətə təxirə saldı. Qarşı tərəf sosial media üzərindən özünü partiyanın sədri seçilməsi haqqında dezinformasiya yayır. Bütün bunlar əsassızdır.”


Günay Ağamalının sözlərinə görə, qurultayın aparılması üçün sədr seçilmiş Fəzail Ağamalı və Nuranə Axundova fasilə elan etdikdən sonra zalı tərk ediblər və iclas rəsmi qaydada başa çatmayıb.


O, əlavə edib ki, Fəzail Ağamalı çıxışında sədrliyindən istefa vermək niyyətini ifadə etsə də, bu qərar rəsmi şəkildə təsdiqlənməyib, yəni onun istefası hüquqi qüvvə qazanmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Oktyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see404

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see370

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see368

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see332

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see328

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see320

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see253

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see243

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see222

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see214

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see210

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see210

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see205

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see195

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see194

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see190

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see190

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri