Qızmar Günəş altında: Bakı sakinləri isti ilə necə mübarizə aparırlar?
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Bakıda artıq on gündən çoxdur, havanın temperaturu 38-40 dərəcə Selsi civarındadır.
Qızmar asfaltdan qalxan buxar, yaşıllıqları üstələyən mərmər və betonun istisi, bir sıra sərnişin avtobuslarının kondisionersiz işləməsi nəfəs kəsir desək, yanılmarıq.
Bəs Bakı sakinləri bu istidən özlərini necə qoruyurlar? İsti havada necə sərinləməli?
Oxu.Az-ın əməkdaşı bununla bağlı şəhər sakinləri arasında sorğu keçirib.
Suallarımızı cavablandıran sakinlərin çox hissəsi ancaq kondisionerin köməyi ilə sərinləndiyini deyib.
Respondentlər arasında isti havaya məhz isti ilə qarşılıq verərək çayla sərinlədiklərini deyənlər də az olmayıb.
Məsələ ilə bağlı pediatr-infeksionist Aytən Ziyadovanın da fikrini öyrəndik.
Həkim Oxu.Az-a açıqlamasında isti havanın mənfi təsirlərindən söz açdı, günvurma halları və ondan qorunmağın yollarından danışdı.
Ətraflı videomaterialı təqdim edirik:
Qızmar Günəş altında: Bakı sakinləri isti ilə necə mübarizə aparırlar?
Aygün Mirakif
Video: Əqdəm Qasımov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 25 İyul 2025 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















