Icma.az
close
up
RU
Qızmar günəş altında işləyənlərə XƏBƏRDARLIQ

Qızmar günəş altında işləyənlərə XƏBƏRDARLIQ

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Yay aylarında havaların kəskin istiləşməsi xüsusilə açıq havada çalışan insanlar üçün ciddi risk yaradır. Tikinti, yol təmiri, kənd təsərrüfatı, kuryer xidməti və digər sahələrdə çalışan şəxslər uzun müddət günəş şüaları altında qaldıqda günvurma təhlükəsi ilə üzləşə bilirlər. Günvurmanın əlamətlərinin vaxtında tanınması, düzgün ilk yardım göstərilməsi və qoruyucu tədbirlərin görülməsi ağır fəsadların qarşısını almaq baxımından böyük əhəmiyyət daşıyır.
Bəs açıq havada işləyənlər günvurmadan necə qorunmalıdırlar, günvurmanın əsas əlamətləri hansılardır və belə hallarda hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan tibb üzrə ekspert Adil Qeybulla bildirir ki, gözlərin qaralması, soyuq tər və huşun itməsi günvurmanın əlamətlərinə daxildir:
“Günvurma və istivurma orqanizmdə termorequlyasiyanın (ətraf mühit temperaturunun dəyişməsinə baxmayaraq, canlı orqanizmlərin bədən istiliyini müəyyən sabit sərhədlərdə saxlamaq qabiliyyəti) pozulmasıdır. İsti havada insanın damarları dəri səthində genişlənir, istilik tərin buxarlanması və nəfəsalma vasitəsilə orqanizmdən xaric olunur. Bu proses müəyyən müddət davam etsə də, uzun müddət isti şəraitdə qaldıqda orqanizm artıq bu mexanizmlərlə temperaturu tənzimləyə bilmir.
Bir müddətdən sonra orqanizmin daxili temperaturu yüksəlməyə başlayır. Yəni kompensator mexanizmlər tükənir. Temperatur yüksəldikdə mikrosirkulyasiya, yəni xırda qan damarlarında qan axını pozulur. Qanın laxtalanması artır, təzyiq düşür, insanı soyuq tər basır, gözləri qaralır və huşu bulanır. Beyin oksigen çatışmazlığına və qan dövranının pozulmasına çox həssas olduğu üçün insan qısa müddətdə huşunu itirə bilər”.
Ekspert vurğulayır ki, isti havada hər hansı şəxs qeyd edilən əlamətləri hiss edirsə, dərhal kölgə və ya sərin yerə aparılmalıdır.
Bədəni sərin, nəm dəsmalla silinməli, alnına soyuq kompres qoyulmalı və bədən temperaturunu aşağı salmağa çalışılmalıdır. Onun sözlərinə görə, həddindən artıq soyuq su vermək düzgün deyil, lakin sərin su içirmək məqsədəuyğundur. Şəxs özünə gəldikdən sonra mütləq tibb müəssisəsinə müraciət edilməli və sərin şəraitdə yaxınlıqdakı tibb məntəqəsinə çatdırılmalıdır.
“Günvurma və istivurmanın ağırlığı insanın nə qədər müddət isti və ya birbaşa günəş şüaları altında qalmasından asılıdır. Günəş şüalarının birbaşa təsiri nəticəsində dəri yanıqları yarana bilər. Ağır hallarda bu yanıqlar həyati təhlükə də yarada bilər. Buna görə də günəşdən qoruyucu kremlərdən və gün eynəklərindən istifadə etmək, mümkün qədər kölgədə, çardaq və ya çətir altında qalmaq məqsədəuyğundur  ki, günəş şüaları bədənə təsir etməsin”- deyə o, məsləhət göüb.
A.Qeybulla qeyd edir ki, birbaşa günəş şüaları olmasa belə, həddindən artıq isti hava da istivurmaya səbəb ola bilər.
Xədicə Paşayeva, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 İyul 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri