Icma.az
close
up
RU
Qlobal Bakı Forumu xalqlar arasında körpü yaradır ŞƏRH

Qlobal Bakı Forumu xalqlar arasında körpü yaradır ŞƏRH

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Platforma qlobal çağırışların həlli üçün qiymətli təkliflərlə çıxış edir, ortaq həll yollarının müəyyənləşdirilməsinə və sülhün təşviqinə töhfə verir"


Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XII Qlobal Bakı Forumu beynəlxalq medianın diqqət mərkəzindədir. Forumda “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” mövzusu ətraflı müzakirə olunmaqdadır. Tədbirdə  hazırkı və keçmiş dövlət, hökumət başçıları, Nobel mükafatı laureatları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətləri də daxil olmaqla, 400-dən çox nümayəndə iştirak edir. Foruma beynəlxalq maraq çox böyükdür. Çünki müzakirəyə çıxarılan məsələlər qlobal xarakter daşıyır və beynəlxalq ictimaiyyətin gündəmindədir. Dünyada köhnə düzənin pozulduğu, yeni şərtlərin meydana çıxdığı, münaqişələrin, müharibələrin şiddətləndiyi bir dönəmdə Bakıda belə bir mövzunun müzakirəyə çıxarılması olduqca böyük əhəmiyyət kəsb edir. 


Millət vəkili Mehriban Vəliyeva "Sherg.az"a bildirib ki, dünyada baş verən müharibələr, siyasi toqquşmalar, Qərbdə müşahidə olunan siyasi böhran inkişaf etməkdə olan ölkələri öz milli maraqlarını həmişəkindən daha güclü müdafiə etmələrini diktə edir. Deputatın sözlərinə görə, o baxımdan XII Qlobal Bakı Forumu qlobal gündəliyi narahat edən məsələlərin müzakirə olunduğu nadir platformadır: 


"Bu gün bütün ölkələrin maraqlarının və təhlükəsizliyinin qorunmasına xidmət edən beynəlxalq səviyyəli platforma yoxdur. Bakı Forumu artıq 12-ci dəfədir ki, qlobal problemlərin müzakirəsinə ev sahibliyi edir. Ölkəmiz sülh və ədaləti dəstəkləyən niyyət və məqsədlərini bu dəfə də bütün dünyaya bəyan edir, bütün dövlətləri beynəlxalq hüquqa hörmətlə yanaşmağa səsləyir. Bakı Forumu həm də Azərbaycanın prioritetlərini dünyaya təqdim etmək üçün unikal platformadır. Biz forum çərçivəsində ölkəmizin məqsədlərini və baxışlarını bir daha dünyaya çatdırırıq. Azərbaycan dünya düzəninin yenidən formalaşmasının tərəfdarıdır və bu prosesdə fəal rol oynamaq istəyir. Mövcud düzən özünü doğrultmur, günün tələblərinə, ölkələrin maraqlarına cavab vermir. Azərbaycan və Türkiyə də daxil olmaqla, əksər dövlətlər, xüsusilə də BMT-də ciddi islahatların aparılmasının vacibliyini vurğulayıblar. İkinci Dünya müharibəsinin nəticəsi olaraq meydana çıxan bu təşkilat yeni dünya çağırışlarına cavab vermir. Bütün dünyanın taleyinin sadəcə beş dövlət tərəfindən həll edilməsi heç cür qəbul edilə bilməz. Dünya 5-dən böyükdür. Azərbaycanın da aid olduğu türk və müsəlman dünyasından olan dövlətlərin BMT Təhlükəsizlik Şurasında təmsil olunmasına ehtiyac vardır. Yeni dünya modeli, əslində, qütblər və ya çoxqütblülük platformasına söykənir”.


Parlament üzvü qeyd edib ki, artıq heç bir dövlət hansısa siyasi, hərbi, iqtisadi birliyin diktəsi ilə oturub-durmaq istəmir: 

“Dövlətlər yeni birlik, ittifaqlar axtarışındadır. Qərbin patronajlığı altında yaradılmış birliklər özlərini daha çox neokolonializmin nümayəndələri kimi aparırlar və ayrı-ayrı ölkələri öz təsirləri altında saxlamağa çalışırlar. Bu isə haqlı narahatlıqlar, narazılıqlar yaradır. Azərbaycan da son illər özünə yaxın bildiyi ittifaqlarda layiqincə təmsil olunur. Yeni dünya düzəninin formalaşması prosesində yaxından iştirak etmək və özünün milli maraqlarını təmin etmək  istəyir. Bu mənada Qlobal Bakı Forumu multilateralizm böhranının aradan qaldırılmasına xidmət edir. Xalqlar arasında körpü yaradır, müxtəlif ölkələr və beynəlxalq iştirakçılar arasında tərəfdaşlığı təşviq edir. Beləliklə, XII Qlobal Bakı Forumu əvvəlki illərdə olduğu kimi, qlobal çağırışların həlli üçün qiymətli təkliflərlə çıxış edir, ortaq həll yollarının müəyyənləşdirilməsinə və sülhün təşviqinə töhfə verir". 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Mart 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri