Icma.az
close
up
RU
Şarl Mişel: Qlobal Bakı Forumu böyük imkan yaradır

Şarl Mişel: Qlobal Bakı Forumu böyük imkan yaradır

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Getdikcə daha çox ölkə münaqişələrə cəlb olunur. Artıq biz bunu bir neçə ildir davam edən uzunmüddətli bir tendensiya kimi müşahidə edirik.

APA xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel XIII Qlobal Bakı Forumu ilə bağlı mətbuat konfransında deyib.

“Birləşmiş Millətlər Təşkilatı sistemi üzərində qurulmuş beynəlxalq sistem əvvəlkindən daha az təsirli görünür. Bunun səbəbi qərarların icra olunmasında zəiflik və lazım olan islahatları həyata keçirməkdə yaranan yeni çətinliklərdir. Bu, bu gün hamımızın müşahidə edə biləcəyi bir reallıqdır.

Məhz buna görə belə bir forum və belə bir təşkilat indiki şəraitdə qarşılıqlı anlaşmanı yaxşılaşdırmaq üçün böyük bir imkan yaradır. Bu format sayəsində müxtəlif sahələrdən, müxtəlif təcrübə və biliklərə malik 350 şəxsiyyət bir araya gəlir. Onlar birlikdə oturur, bir-birini dinləyir və qarşılıqlı anlaşmanı inkişaf etdirməyə çalışırlar. Bu isə ən yaxşı qərarları qəbul etmək və daha ədalətli, daha proqnozlaşdırıla bilən bir dünya qurmaq üçün başlanğıc nöqtəsidir.

Sonda bu mərhələdə vurğulamaq istədiyim son məqam budur: əgər biz beynəlxalq ictimaiyyətin bir hissəsi kimi üzərimizə düşəni etməyə sadiqiksə, özümüzə üç sual verməliyik və mümkün cavablar üzərində düşünməliyik.

Birincisi, beynəlxalq ictimaiyyət olaraq biz birlikdə nə etmək istəyirik? Birlikdə nəyə nail olmaq istəyirik? Qarşımızda iqlim dəyişikliyi, iqtisadi inkişaf və qlobal təhlükəsizlik kimi bir çox çağırışlar var. Biz birlikdə necə çalışmaq istəyirik? Əməkdaşlıq etmək istəyirikmi, yoxsa yox?

İkincisi, biz qərarları birlikdə necə qəbul edirik? Bu isə beynəlxalq idarəetmə məsələsi ilə bağlıdır. Çoxtərəfli sistem və xüsusilə də Birləşmiş Millətlər Təşkilatı haqqında çox danışmaq olar.

Üçüncüsü, birlikdə etdiklərimizi necə maliyyələşdiririk? Beynəlxalq səviyyədə ədaləti daha çox necə təmin edə bilərik?

Düşünürəm ki, bu gün və qarşıdakı günlərdə bütün bu mövzular haqqında dərin fikir mübadiləsi aparmaq imkanı əldə edəcəyik. Ümid edirəm ki, bu söhbətlər hamımıza qarşılaşdığımız problemləri daha yaxşı anlamağa və gələcək üçün daha çox ümid və nikbinlik yaratmağa kömək edəcək”, - Şarl Mişel qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Mart 2026 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir

29 Sentyabr 2026 11:58see145

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see143

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see143

Bakıda piyada özünü avtomobilin önünə atdı VİDEO

29 Sentyabr 2026 11:58see143

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see142

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see140

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see140

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see139

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see139

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see138

Gələcək investisiya siyasətinin əsas istiqamətlərindən biri

29 Sentyabr 2026 12:13see138

Sənaye Sİ ə güvənməyə hazırdır

29 Sentyabr 2026 12:19see137

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see137

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see136

Bakı forumunda Prezident İlham Əliyevin investorlara mesajı ŞƏRH

29 Sentyabr 2026 12:13see135

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see135

“Metallurgiya sənayesi yüksək əlavə dəyər yaratmaq imkanına malikdir“ MİLLƏT VƏKİLİ

29 Sentyabr 2026 11:19see131

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see130

Cənubi Qafqazda “Putin Yolu” layihəsi

29 Sentyabr 2026 11:52see127

Bakıda 3 böyük obyekt hərraca çıxarılır

29 Sentyabr 2026 12:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri