Icma.az
close
up
RU
Qlobal Bakı Forumu: “Yeni strategiyaların inkişafına zəmin yaradır

Qlobal Bakı Forumu: “Yeni strategiyaların inkişafına zəmin yaradır

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bu gün "Dünya düzənin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda keçirilən XII Qlobal Bakı Forumu Azərbaycanın siyasi münasibətlər sistemindəki yüksək nüfuzunun və rolunun göstəricisidir".

Bunu Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı "Cebheinfo.az"-a açıqlamasında deyib.

O bildirib ki, Qlobal Bakı Forumu çox önəmli bir platformadır:

"Dünyanın müxtəlif ölkələrindən liderlərin və ekspertlərin iştirakı fonunda keçirilən XII Qlobal Bakı Forumu iqtisadi və siyasi qeyri-sabitlik, geosiyasi gərginliklər, qlobal düzənin daha ədalətli olması və müasir çağırışlar kimi əhəmiyyətli mövzuların müzakirə olunduğu mühüm bir platformadır. Forum bu kimi vacib məsələlərin həlli üçün fikir mübadiləsi, effektiv yanaşma və yeni strategiyaların inkişafına zəmin yaradır".

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyev forumda çox mühüm mesajlar verib:

"Cənab Prezident İlham Əliyev tədbirin açılış mərasimində olduqca vacib fikirlər səsləndirib. Dövlət başçımız beynəlxalq miqyasda artan təhdidlərdən, Qlobal Şimal və Qlobal Cənub arasında formalaşan yeni situasiyalardan, ölkəmizin Cənubi Qafqazda yaratdığı geosiyasi reallıqlar və bu kontekstdə Ermənistanın, erməni lobbisinin və Avropa təsisatlarının qərəzli və destruktiv yanaşmalarından bəhs edib".

Günay Ağamalı qeyd edib ki, Azərbaycan hər zaman beynəlxalq hüququn aliliyinə, ədalət prinsiplərinə, hümanist dəyərlərə sadiqliyi ilə seçilib və bir çox ölkəyə nümunə olacaq işlər həyata keçirib:

"COVID-19 zamanı etdiyimiz humanitar yardımlar, irəli sürdüyümüz təşəbbüslər, dünya miqyaslı COP29 tədbiri və müxtəlif münaqişə zonalarında köməksiz vəziyyətdə qalan mülki insanlara göstərdiyimiz dəstəklər bunun bariz nümunəsidir.

Təəssüf ki, beynəlxalq münasibətlər sistemində uzun müddətdir siyasi və iqtisadi maraqlar insani dəyərlərin önünə keçib. Haqlının səsi eşidilmir və ona kömək göstərilmir. Bu isə geopolitik və geoiqtisadi böhranın sistematik xarakter daşımasına səbəb olur. 

Sevindirici məqam ondan ibarətdir ki, ölkəmiz yeni dünya düzənində bu kimi mənfi ritorikaların yer almaması üçün ciddi səylə çalışır və Qlobal Bakı Forumu kimi yüksək səviyyəli tədbirlər çərçivəsində daha çox dövlətin bir ideya ətrafında cəmləşməsini təmin edir". 

Elmir Mustafa 
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Mart 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see473

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see213

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see202

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see198

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see192

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see183

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see181

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see178

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see176

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see165

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see144

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see143

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see143

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri