Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Roma nın Raspadori planı

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” hökumətlərarası siyasi dialoqun inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Tərəflərin ikitərəfli münasibətlərin dərinləşdirilməsi ilə bağlı səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açacaq bu səfər Azərbaycan-Vyetnam əməkdaşlığında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir və iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlığın konturlarını daha da aydınlaşdırır.

Yarım əsrdən artıq dostluq münasibətləri olan ölkələrimiz çağdaş dövrdə əsas sektorlarda praqmatik yanaşma və ümumi maraqlara əsaslanan faydalı əlaqələr qurur. Qarşılıqlı iqtisadi münasibətlərin davamlı inkişafı hər iki ölkənin milli maraqlarına cavab verməklə yanaşı, regional iqtisadi inteqrasiyanın möhkəmlənməsinə xidmət edir. İntensiv əməkdaşlıq nəticəsində ticarət dövriyyəsi artır, neft-qaz sənayesində əlaqələr inkişaf edir, kiçik və orta biznesin arasında qarşılıqlı fəaliyyət üçün platformalar yaradılır, xüsusilə Azərbaycanın tranzit qovşağı kimi artan əhəmiyyətini nəzərə alaraq, mədəni dialoq gücləndirilir, nəqliyyat və logistika sahəsində yeni perspektivlər açılır.

Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Vyetnam Beynəlxalq Biznes Klubu arasında 2024-cü ildə sazişlərin imzalanması işgüzar əlaqələrin inkişafında əhəmiyyətli bir məqam kimi iki ölkənin sahibkarları arasında birbaşa əlaqələrin gücləndirilməsi və birgə layihələr üçün platformaların yaradılması məqsədi daşıyır.

Azərbaycan-Vyetnam əməkdaşlığının əsas sütunlarından biri enerji sektorudur. Vyetnam uzun illərdir ki, Azərbaycan neftinin sabit alıcısıdır, neft alan ölkələr arasında 21-ci yerdədir. On ildən artıqdır ki, SOCAR və Vyetnamın ən böyük enerji şirkətləri “PetroVietnam” və “Vietsovpetro” neftin kəşfiyyatı, təchizatı və emalı sahələrində əməkdaşlığı inkişaf etdirirlər.

“Strateji tərəfdaşlığın qurulması haqqında birgə Bəyanat”ın imzalandığı, ikitərəfli münasibətlərin müzakirə olunduğu görüş çərçivəsində Prezident İlham Əliyevin vurğuladığı kimi “neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələ əsaslanır – çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar.”

Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub. Tarixə nəzər salsaq görərik ki, Vyetnamda neft-qaz sənayesinin qurulmasında Azərbaycan neftçilərinin tarixi xidmətləri olmuşdur. 1981-ci ildə Vyetnamın neft yataqlarının kəşfiyyatı və işlənilməsi məqsədilə “Vietsovpetro” Sovet-Vyetnam birgə müəssisəsi yaradılır və Vyetnamın neft yataqlarının kəşfiyyatı, hasilatı üçün Azərbaycanın qabaqcıl neft mühəndisləri, geoloqları, ixtisaslaşmış işçiləri Vyetnama ezam olunurlar. Eyni zamanda, Azərbaycandan bu ölkəyə neft sənayesinə aid xeyli sayda texnika və avadanlıq gətirilir. Şirkətin 1981-1984-cü illərdə ilk baş direktoru azərbaycanlı mütəxəssis Cəlal Məmmədov, geologiya bölməsinin ilk rəhbəri isə Müslüm Vəliyev olub.

Azərbaycanın müstəqillik dövründə Vyetnamın neft sənayesinin inkişafına göstərdiyi dəstək də, 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında imzalanmış müqavilə də bu təməl üzərində qurulan iqtisadi həmrəylik ruhundan qaynaqlanır.
Müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə ticari-iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb. Komissiya mütəmadi dialoq və birgə təşəbbüslərin səmərəli reallaşdırılmasında mühüm platformaya çevrilib.

İkitərəfli əməkdaşlıqda iqtisadiyyat və enerji ilə yanaşı, humanitar və mədəni əlaqələr də getdikcə daha mühüm rol oynayır. Vyetnamda Azərbaycan Tarixi və Mədəniyyətinin Öyrənilməsi Mərkəzi, eləcə də iki ölkə xalqları arasında əlaqələrin genişləndirilməsinə yardım edən Vyetnam-Azərbaycan Dostluq Cəmiyyəti fəaliyyət göstərir. 2015-ci ildə Hanoyda təsis esilən bu cəmiyyət Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirir.

Təhsil sahəsi ölkələrimiz arasında əməkdaşlığın daha bir strateji istiqamətidir. Son 2024-2025-ci tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 105 ölkədən 11 minə yaxın əcnəbi tələbə təhsil alır. Eyni zamanda, Prezidentin sərəncamları ilə təsis edilmiş Təhsil Qrantı proqramları çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları olan 50-dək ölkədən 70-ə yaxın əcnəbi tələbə təhsil almaqdadır. Bu kontekstdə Vyetnam vətəndaşlarının Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələri üçün nəzərdə tutulmuş Azərbaycan Respublikasının dövlət təqaüd və qrant proqramlarında iştirak etməsi xüsusi əhəmiyyət kəsb edir və tərəflər arasında təhsil sahəsində əməkdaşlığın təşviqi baxımından dəyər yarada bilər. Bu cür imkanlar yalnız akademik mübadilənin genişlənməsinə deyil, həm də elmi tədqiqatların inkişafına və iki ölkənin gənc nəsilləri arasında şəxsi və peşəkar əlaqələrin möhkəmlənməsinə şərait yaradır. Təhsil sahəsində qarşılıqlı əməkdaşlıq elmi-texniki biliklərin mübadiləsi və insan kapitalının inkişafı baxımından da əhəmiyyətlidir.
Hər iki ölkənin zəngin mədəni irsi, qədim ənənələri və multikultural cəmiyyəti mədəni istiqamətdə əməkdaşlığın qurulmasında stimullaşdırıcı rol oynayır.

Azərbaycan və Vyetnam arasında xarici siyasət kursunda da həmrəylik və prinsipial beynəlxalq məsələlərdə birgə mövqenin müştərək ifadə edilməsi müşayiət olunur.

Xarici işlər nazirliklərinin xətti ilə aparılan siyasi məsləhətləşmələr bir çox qlobal mövzularda, beynəlxalq sülh və əməkdaşlıq formatının inkişaf etdirilməsində vahid siyasi iradənin nümayiş etdirilməsinə səbəb olmaqdadır.

Bu konteksdə, “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın qəbul edilməsi böyük əhəmiyyət kəsb edir. Bu, o deməkdir ki, Azərbaycanın dünyada strateji tərəfdaşlarının sayı əhəmiyyətli dərəcədə artmaqdadır. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat əslində, Vyetnam-Azərbaycan əlaqələrini daha yüksək pilləyə qaldıran bir sənəddir. Dövlətimizin başçısı bu yüksək səviyyəli münasibətlərin gələcək ikitərəfli əməkdaşlıq üçün də vacib rol oynayacağını diqqətə çatdıraraq bildirib ki: “Bu gün apardığımız danışıqlar və əldə edilmiş razılaşmalar onu deməyə əsas verir ki, biz qarşılıqlı əməkdaşlıq istiqaməti üzrə çox ciddi addım atmışıq. Vyetnam Kommunist Partiyasının Baş katibinin Azərbaycana dövlət səfəri çərçivəsində bu sənədlərin imzalanması, əlbəttə ki, onların əhəmiyyətini daha da artırır. Bizim birgə səylərimiz nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Bu gün bu və digər istiqamətlər üzrə məsələlər geniş müzakirə edirik”.

Dövlət başçısının da vurğuladığı kimi, Azərbaycan–Vyetnam münasibətlərini regionlararası əməkdaşlığın uğurlu nümunəsi kimi adlandırmaq olar. Müxtəlif mədəniyyətlərə, coğrafiyalara və tarixi təcrübələrə malik olmalarına baxmayaraq, iki ölkə arasında formalaşmış qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər bütün əsas istiqamətlər üzrə dinamik şəkildə inkişaf edir. Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, onun bu vəzifədə ilk xarici səfəri olmaqla, ikitərəfli əlaqələrin dərinləşdirilməsinə və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://sfera.az
archiveBu xəbər 09 May 2025 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see272

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see246

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see232

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see210

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see194

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see176

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see167

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see157

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see152

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see152

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see148

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see146

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see140

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see139

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see139

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see139

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see133

Flik komandasının yeni il üçün hədəflərini açıqlayıb

25 Dekabr 2025 22:55see133

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri