Icma.az
close
up
RU
Qlobal borc 2024 cü ildə rekord səviyyəyə 318 trilyon dollara çatıb

Qlobal borc 2024 cü ildə rekord səviyyəyə 318 trilyon dollara çatıb

Icma.az, Banco.az portalına istinadən məlumat yayır.

Müəllif - Eldar Kərimov - Banco.az

Beynəlxalq Maliyyə İnstitutunun (IIF) məlumatlarına görə, 2024-cü ildə dövlətlərin, ev təsərrüfatlarının, maliyyə və qeyri-maliyyə şirkətlərinin öhdəliklərini əhatə edən dünya borcunun həcmi 7,2 trilyon dollar artaraq rekord səviyyədə 318,4 trilyon dollara yüksəlib.

IIF qeyd edib ki, bu artım 2023-cü ildəki 16 trilyon dollarlıq artımla müqayisədə xeyli aşağı olub. 2023-cü ildə borcun artımı ABŞ Federal Ehtiyat Sisteminin pul-kredit siyasəti ilə bağlı idi.

Keçən il qlobal iqtisadi artım templərinin yavaşlaması səbəbindən borcun ÜDM-ə nisbəti 1,5 faiz bəndi artaraq 328%-ə çatıb. Bu göstəricinin yüksəlməsi son dörd ildə, yəni COVID-19 pandemiyasından bəri ilk dəfə qeydə alınıb.

2024-cü ildə dünya borcunun artımının təxminən 65%-i inkişaf etməkdə olan bazarlara, xüsusilə Çin, Hindistan, Səudiyyə Ərəbistanı və Türkiyəyə düşüb. Yetkin bazarlarda isə borcun yığılması əsasən ABŞ, Böyük Britaniya, Kanada və İsveçdə baş verib.

Borc artımının demək olar ki, üçdə ikisi dövlət sektoruna aid olub. Dünya dövlət borcunun həcmi 95,3 trilyon dolları ötüb, bu, pandemiyadan əvvəlki 2019-cu ildəki 70 trilyon dollarla müqayisədə xeyli yüksəkdir.

IIF 2025-ci ildə dünya dövlət borcunun 5 trilyon dollardan çox artacağını proqnozlaşdırır. Bu artım əsasən ABŞ, Çin, Hindistan, Fransa və Braziliyanın borclanmalarını artırması ilə bağlıdır.

İnkişaf etməkdə olan ölkələrdə ümumi borc həcmi 2024-cü ildə 4,5 trilyon dollar artaraq tarixi maksimuma - ÜDM-in 245%-nə çatıb. Bu il həmin dövlətlər rekord səviyyədə 8,2 trilyon dollar öhdəliyi ödəməli olacaq, bu borcun təxminən 10%-i xarici valyutalarda ifadə olunub.

"Hesabatda qeyd olunur ki, biz 2025-ci ilin ilk yarısında, xüsusilə dünya borcunun yığılma templərinin daha da yavaşlayacağını gözləyirik. Qlobal iqtisadi siyasətdə qeyri-müəyyənlik rekord səviyyəyə - pandemiyanın pik dövründəkindən də yuxarı çatıb. Borclanma xərcləri hələ də yüksək olaraq qalır, bu da borcalanların daha ehtiyatlı mövqeyi səbəbindən özəl sektorun kredit tələbatını cilovlayacaq."

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://banco.az
archiveBu xəbər 27 Fevral 2025 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri