Icma.az
close
up
RU
Qlobal çağırışlar fonunda Bakıdan verilən mesajlar ŞƏRH

Qlobal çağırışlar fonunda Bakıdan verilən mesajlar ŞƏRH

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Martın 12-də Bakının tarixi və rəmzi məkanlarından biri olan “Gülüstan” sarayı yenidən beynəlxalq siyasi dialoqun mühüm mərkəzinə çevrildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi ilə keçirilən və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan XIII Qlobal Bakı Forumu dünya siyasətinin aktual problemlərinin müzakirə edildiyi nüfuzlu platformalardan biri kimi diqqət çəkdi. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunan forumda çıxış edən cənab Prezident İlham Əliyev müasir beynəlxalq münasibətlər sisteminin mürəkkəbliyi, regional təhlükəsizlik, enerji sabitliyi və nəqliyyat əlaqələrinin strateji əhəmiyyəti barədə mühüm fikirlər səsləndirdi. Ölkə başçısı çıxışının əvvəlində Qlobal Bakı Forumunun artıq beynəlxalq miqyasda ciddi nüfuz qazandığını vurğuladı. Onun sözlərinə görə, forum illər ərzində təkcə müzakirə platforması deyil, həm də yeni siyasi ideyaların və yanaşmaların formalaşdığı məkan kimi tanınıb. “Qlobal Bakı Forumu çox nüfuzlu beynəlxalq tədbirdir və qlobal miqyasda əsas beynəlxalq forumlarla eyni səviyyədədir”. Bu sözlər təsadüfi deyil. Son illərdə Bakı müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməklə diplomatik dialoqun mühüm mərkəzlərindən birinə çevrilib. Forumda müxtəlif ölkələrin liderləri, sabiq prezident və baş nazirləri, diplomatlar, analitiklər və ictimai xadimlərin iştirakı Azərbaycanın beynəlxalq platforma kimi rolunu daha da möhkəmləndirir. Cənab Prezidentin çıxışında xüsusi vurğulanan məsələlərdən biri qlobal təhlükəsizlik böhranı oldu. Dövlət başçısı qeyd etdi ki, hazırkı beynəlxalq vəziyyət bütün ölkələri təhlükəsizlik məsələlərinə daha həssas yanaşmağa vadar edir. “İndi heç vaxt olmadığı qədər aydındır ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır”. Bu fikir dünyada baş verən geosiyasi gərginliklərin, regional münaqişələrin və yeni risklərin artması fonunda xüsusi aktuallıq kəsb edir. Cənab Prezidentin sözlərinə görə, təhlükəsizlik təmin edilmədən nə iqtisadi inkişafdan, nə də sosial rifahdan danışmaq mümkündür. Cənab Prezident çıxışında Azərbaycanın son onilliklərdə keçdiyi mürəkkəb tarixi yolu da xatırlatdı. O qeyd etdi ki, ölkə uzun müddət işğal və münaqişə şəraitində yaşayıb. “Təxminən 30 il ərzində ərazimizin təxminən 20 faizi işğal altında olmuşdur”. Dövlət başçısının sözlərinə görə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü beynəlxalq hüququn prinsipləri əsasında bərpa olunub. “Biz işğal olunmuş əraziləri güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq”. Bu fikir Azərbaycanın münaqişənin həlli prosesində hüquqi və siyasi əsaslara söykənən mövqeyini göstərir. Cənab Prezident qeyd etdi ki, ölkənin əldə etdiyi təcrübə – işğal şəraitindən sülh mərhələsinə keçid – beynəlxalq müstəvidə nadir nümunələrdən biri hesab oluna bilər.

Cənab Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas mesajlardan biri sülh siyasətinə sadiqlik idi. Dövlət başçısı vurğuladı ki, müharibənin başa çatmasından sonra Azərbaycan regionda sabitliyin təmin olunması istiqamətində addımlar atmağa davam edir. “Sülhdən daha yaxşı heç nə yoxdur”. Bu fikirlə cənab Prezident Azərbaycanın regionda uzunmüddətli sabitliyin tərəfdarı olduğunu bir daha bəyan etdi. Onun sözlərinə görə, sülh sazişi yalnız formal sənəd deyil, artıq real həyatda özünü göstərən prosesdir. Cənab Prezident həmçinin qeyd etdi ki, sərhədlərdə sabitlik yaranıb və hərbi qarşıdurmalar dayandırılıb. Bu isə regionda yeni əməkdaşlıq perspektivlərinin yaranmasına zəmin yaradır. Prezident İlham Əliyev çıxışında enerji təhlükəsizliyinin qlobal siyasətdə artan roluna da diqqət çəkdi. Dövlət başçısının fikrincə, enerji məsələləri artıq yalnız iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik faktoruna çevrilib. “Enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır”. Azərbaycan bu sahədə mühüm rol oynayan ölkələrdən biridir. Cənab Prezidentin sözlərinə görə, ölkə hazırda neft, qaz, neft-kimya və elektrik enerjisinin istehsalı və ixracı ilə məşğuldur. O həmçinin bildirdi ki, Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı son bir ildə daha da artaraq 16-ya çatıb. Bu fakt ölkənin beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir. Cənab Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mövzulardan biri nəqliyyat və logistika marşrutlarının əhəmiyyəti idi. O vurğuladı ki, müasir dünyada münaqişələr ənənəvi ticarət və nəqliyyat yollarını pozur və bu da qlobal iqtisadiyyat üçün ciddi problemlər yaradır. “Biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq”. Azərbaycanın coğrafi mövqeyi ölkəni Avropa ilə Asiyanı birləşdirən strateji tranzit mərkəzinə çevirir. Cənab Prezident qeyd etdi ki, ölkə bu sahədə geniş infrastruktur layihələri həyata keçirib və nəqliyyat dəhlizlərinin inkişafına böyük sərmayələr yatırıb. O həmçinin gələcəkdə regionda yeni nəqliyyat marşrutlarının formalaşmasının mümkünlüyünü də qeyd etdi. Bu marşrutlar region ölkələri üçün yeni iqtisadi imkanlar yarada bilər. Dövlət başçısı çıxışının sonunda Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsini də xatırlatdı. O, ölkənin qlobal problemlərin müzakirə olunduğu mühüm platformalardan birinə çevrildiyini qeyd etdi. “Ümid edirəm ki, bir neçə aydan sonra Bakıda sizlərlə görüşüb dünyada sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi kimi ortaq məqsədimizə dair müzakirələrimizi davam etdirəcəyik”. Bu sözlər Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq proseslərində artan rolunu bir daha nümayiş etdirir.

Cənab Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı müasir dünyanın əsas çağırışlarını əhatə edən geniş siyasi mesajlarla yadda qaldı. Bu çıxış bir neçə mühüm məqamı ön plana çıxardı: qlobal təhlükəsizlik məsələlərinin prioritet əhəmiyyəti; Azərbaycanın münaqişədən sülhə keçid təcrübəsi; enerji təhlükəsizliyində ölkənin artan rolu; nəqliyyat və logistika əlaqələrinin strateji əhəmiyyəti; Azərbaycanın beynəlxalq dialoq platforması kimi mövqeyi. Beləliklə, XIII Qlobal Bakı Forumu yalnız beynəlxalq tədbir deyil, həm də qlobal siyasətdə mühüm ideyaların formalaşdığı platforma kimi əhəmiyyətini bir daha təsdiqlədi.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:110
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Mart 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri