Icma.az
close
up
RU
Qlobal çağırışlara milli baxış: COP uğurundan WUF 2026 ya ŞƏRH

Qlobal çağırışlara milli baxış: COP uğurundan WUF 2026 ya ŞƏRH

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 25 dekabr, AZƏRTAC

2026-cı ilin 17–22 may tarixlərində Bakı daha bir mühüm qlobal platformaya – Ümumdünya Şəhər Forumuna (WUF) ev sahibliyi edəcək. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək qlobal əhəmiyyətli tədbir Azərbaycanın beynəlxalq nüfuzunun, xüsusilə dayanıqlı inkişaf və şəhərsalma sahəsində artan rolunun məntiqi davamıdır. Bu tədbirin Bakıda keçirilməsi təsadüfi deyil və son illərdə ölkəmizin qazandığı çoxşaxəli beynəlxalq təcrübənin nəticəsidir.

Azərbaycan artıq uzun müddətdir ki, qlobal miqyaslı tədbirlərin keçirildiyi etibarlı mərkəz kimi tanınır. Bakı daha əvvəl BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Qoşulmama Hərəkatının Zirvə Görüşü, Dünya Dini Liderlərinin Sammiti kimi mötəbər tədbirlərə uğurla ev sahibliyi edib. Bu tədbirlər təkcə təşkilati baxımdan deyil, həm də siyasi, humanitar və intellektual məzmununa görə beynəlxalq aləmdə yüksək qiymətləndirilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, politoloq Kazım Kazımov söyləyib.

K.Kazımov bildirib ki, xüsusilə COP çərçivəsində Bakının nümayiş etdirdiyi performans Azərbaycanın qlobal proseslərdə məsuliyyətli və təşəbbüskar aktor kimi mövqeyini daha da möhkəmləndirdi. COP zamanı yaradılan açıq dialoq mühiti, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunun oynanılması, iqlim ədaləti və maliyyələşmə məsələlərinin gündəmdə saxlanılması dünya ictimaiyyətində geniş rezonans doğurdu. Beynəlxalq media orqanlarında, analitik mərkəzlərin hesabatlarında və ekspert müzakirələrində Bakının COP-a verdiyi töhfələr xüsusi vurğulandı.

Onun sözlərinə görə, COP-un uğurla keçirilməsi bir daha sübut etdi ki, Azərbaycan qlobal çağırışlara yalnız ev sahibliyi edən ölkə kimi deyil, həm də fəal fikir və təşəbbüs mərkəzi kimi yanaşır: “Bu yanaşmanın arxasında isə Prezident İlham Əliyevin siyasi iradəsi, strateji baxışı və beynəlxalq əməkdaşlığa verdiyi önəm dayanır. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan multilateralizmə, dialoqa və qarşılıqlı hörmətə əsaslanan xarici siyasət xəttini ardıcıl şəkildə həyata keçirir.

Prezident İlham Əliyevin COP çərçivəsində səsləndirdiyi mesajlar – qlobal məsuliyyətin bölüşdürülməsi, inkişaf etməkdə olan ölkələrin maraqlarının nəzərə alınması, enerji keçidinin ədalətli şəkildə həyata keçirilməsi – beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə qarşılandı. Bu mövqelər Azərbaycanın təkcə regional deyil, qlobal problemlərə dair düşünən və həll yolları təklif edən dövlət olduğunu nümayiş etdirdi”.

Politoloq bildirib ki, Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı da uğurlu siyasi paralellik aparmaqdır. Beləcə, 2026-cı il həm respublikamız həm də beynəlxalq aləm üçün şəhərsalma və memarlığa mühüm töhfə ili olacaq. Məhz bu kontekstdə Ümumdünya Şəhər Forumunun Bakıda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Şəhərsalma, təhlükəsiz və dayanıqlı yaşayış məkanlarının yaradılması XXI əsrin əsas qlobal çağırışlarındandır. Urbanizasiya proseslərinin sürətlənməsi, iqlim dəyişikliklərinin şəhərlərə təsiri, sosial bərabərsizlik və infrastruktur problemləri WUF kimi platformalarda kompleks şəkildə müzakirə olunmalıdır.

“Bakı Forumu çərçivəsində şəhərlərin gələcəyi ilə bağlı qlobal baxışların formalaşdırılması, innovativ həllərin paylaşılması və praktiki əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi gözlənilir. Azərbaycan üçün bu Forum həm də milli şəhərsalma təcrübəsinin, azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının beynəlxalq auditoriyaya təqdim olunması baxımından mühüm fürsətdir.

COP təcrübəsi açıq şəkildə göstərdi ki, Azərbaycan böyük miqyaslı beynəlxalq tədbirləri yüksək peşəkarlıqla təşkil etmək imkanına malikdir. Bu səbəbdən “COP-u uğurla keçirdiyimiz kimi, WUF da uğurlu olacaq” fikri sadəcə optimist yanaşma deyil, real təcrübəyə əsaslanan qənaətdir”, - deyə o əlavə edib.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı vurğulayıb ki, WUF 2026 Bakını qlobal şəhərsalma diskursunun əsas mərkəzlərindən birinə çevirəcək, dayanıqlı inkişaf məqsədlərinə töhfə verən ideyaların formalaşmasına və beynəlxalq tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edəcək. Azərbaycanın açıq dialoqa, çoxtərəfli əməkdaşlığa və qlobal məsuliyyətə sadiqliyi bu Forumda da aydın şəkildə öz əksini tapacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri