Icma.az
close
up
RU
Qlobal Cənub Gənclər Platformasının Bakı iclasında mühüm qərarlar qəbul edilib

Qlobal Cənub Gənclər Platformasının Bakı iclasında mühüm qərarlar qəbul edilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 20 may, AZƏRTAC

Mayın 20-də Bakıda Qlobal Cənub Gənclər Platformasının birinci rəsmi İclası keçirilib.

AZƏRTAC xəbər verir ki, dekolonizasiya hərəkatı və qlobal gənclər əməkdaşlığı kontekstində mühüm əhəmiyyət kəsb edən tədbirin yekununda platformanın gələcək fəaliyyət istiqamətlərini müəyyən edən rəsmi sənəd qəbul olunub.

İclasda qəbul edilən qərarlara əsasən, platformaya daha 4 yeni ölkə və dənizaşırı ərazi rəsmən daxil olub. Bununla da Qlobal Cənub Gənclər Platformasının ümumi üzvlərinin sayı 20-yə yüksəlib. Təşkilata yeni qəbul edilən subyektlər Bonayre, Sent-Martin, Seneqal və Misirdir.

Qəbul olunmuş sənəddə platformanın daha geniş beynəlxalq iştirakçılıq və aktiv cəlbedicilik mexanizmləri vasitəsilə coğrafiyasını gələcəkdə də genişləndirmək niyyəti ifadə olunub.

Birinci rəsmi iclas çərçivəsində iştirakçılar qurumun əsas prioritetlərini bəyan ediblər. Qərarlarda üzv ölkələrin və dənizaşırı ərazilərin maraqlarını, prioritetlərini və gələcək istəklərini effektiv şəkildə müdafiə edəcək funksional, praktiki addımların atılmasının vacibliyi vurğulanıb.

Eyni zamanda, üzv dövlətlərin gəncləri arasında əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi və bu əlaqələrin institusionallaşdırılması istiqamətində növbəti mərhələdə atılacaq konkret addımlar müəyyən edilib.

Platformanın qarşıdakı fəaliyyət planında beynəlxalq təşkilatlar, çoxtərəfli qlobal təsisatlar və vətəndaş cəmiyyəti subyektləri ilə sıx tərəfdaşlığın qurulması əsas hədəf kimi müəyyənləşdirilib. Bu strateji əməkdaşlığın platformanın beynəlxalq miqyasda nüfuzunun və görünürlüğünün artırılmasına, qlobal qərarvermə proseslərində gənclərin iştirak payının genişləndirilməsinə, habelə birgə beynəlxalq layihələrin icrasına birbaşa töhfə verəcəyi gözlənilir.

Bakı iclasının yekun sənədi Qlobal Cənub gənclərinin dekolonizasiya prosesində və beynəlxalq həmrəyliyin gücləndirilməsində yeni bir mərhələnin əsasını qoyub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2026 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri