Icma.az
close
up
RU
Bakı Təşəbbüs Qrupu Qlobal Cənub Gənclər Platformasının üzvlərini bir araya gətirib

Bakı Təşəbbüs Qrupu Qlobal Cənub Gənclər Platformasının üzvlərini bir araya gətirib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 13 avqust, AZƏRTAC

Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı və Qlobal Cənub Gənclər Platformasının (GSYP) birgə tərəfdaşlığı ilə 12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə geniştərkibli videokonfrans keçirilib.

BTQ-dən AZƏRTAC-a bildirilib ki, BMT Baş Assambleyası tərəfindən 1999-cu ildə təsis edilən bu əlamətdar gündə baş tutan virtual görüş, Qlobal Cənubun gənc liderlərinin beynəlxalq müstəvidə fəaliyyətini əlaqələndirmək və müştərək beynəlxalq layihələri müzakirə etmək məqsədi daşıyıb.

Görüş zamanı tərəflər təmsil etdikləri qurumların fəaliyyət istiqamətləri və prioritetləri barədə məlumat verib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Onlayn konfransda 20 fərqli ölkədən, müxtəlif gənclər təşkilatlarının üzvləri, rəhbərləri və BMT İnkişaf Proqramının məsləhətçiləri iştirak ediblər.

Müzakirələr çərçivəsində BTQ və GSYP arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi imkanları, perspektivlər, eləcə də birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri nəzərdən keçirilib. Tərəflər qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi və davamlı əlaqələrin yaradılmasının əhəmiyyətini qeyd ediblər.

Görüşdə, həmçinin gələcəkdə mühüm qlobal tədbirlərdə birgə təşəbbüslərin həyata keçirilməsi və digər fəaliyyətlərin təşkili imkanları müzakirə olunub, mümkün əməkdaşlıq formatları barədə ilkin fikir mübadiləsi aparılıb.

Tərəflər gənclərin beynəlxalq proseslərdə fəal iştirakının təşviqi, müxtəlif regionlardan olan gənclər arasında əlaqələrin gücləndirilməsi və onların qlobal əhəmiyyətli məsələlər üzrə dialoqa cəlb olunması istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.

Xatırladaq ki, Qlobal Cənub Gənclər Platforması (GSYP) Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi və təşkilatı dəstəyi ilə 2026-cı il mayın 1-də yaradılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Avqust 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri