Icma.az
close
up
RU
Qlobal Cənub yeni dünya nizamına yön verən mərkəzlərdən biridir Deputat

Qlobal Cənub yeni dünya nizamına yön verən mərkəzlərdən biridir Deputat

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycan növbəti dəfə mühüm bir tədbirə ev sahibliyi edir. Qlobal Cənub QHT-nin Forumu bu il Bakıda keçirilir. Bu, Azərbaycanın beynəlxalq təşkilatlarla işləmək təcrübəsinin daha da zənginləşməsi deməkdir".

Bu barədə 525.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, eyni zamanda, bu hadisə Azərbaycanın get-gedə beynəlxalq münasibətlər sistemində artan nüfuzu deməkdir.

"Məsələnin başqa bir mühüm cəhəti ondan ibarətdir ki, hazırda Qlobal Cənub bütövlükdə yeni dünya nizamına yön verən mərkəzlərdən biri kimi iştirak edir. Təsadüfi deyil ki, Şuşada keçirilən beynəlxalq forumda Prezident Azərbaycanı  Qlobal Cənubun tərkib hissəsi adlandırmışdı. Azərbaycan Prezidenti Qlobal Cənubun əsas ağırlıq mərkəzi hesab olunan Çinə səfərində də bir daha məsələ ilə bağlı öz fikirlərini bildirib. Qlobal Cənub və onun perspektivlərindəndanışaraq bu mövzuda mühüm strateji məsələlərə toxundu, eyni zamanda Azərbaycanın BRIKS və Şanxay Əməkdaşlıq Təşkilatında iştirakı məsələlərini də bu kontekstdə qiymətləndirdi. Ona görə də əlbəttə ki, hazırda QHT-lər mühüm yumuşaq güc vasitələrindən biri kimi dünyada baş verən bu proseslərin əsas aktorlarından biridir və biz Azərbaycan QHT-nin gücünü, nəyə qadir olduqlarını hələ 2022-ci ilin dekabr ayından başlayıb 2023-cü ilin aprel ayına qədər davam edən Laçın yolunun nəzarətə götürülməsi və orada Azərbaycan nəzarət-buraxılış məntəqəsinin qurulması məsələsində bir daha gördük", -deputat söyləyib.

QHT-lər mühüm güc olduğunu deyən H.Babaoğlu əlavə edib Azərbaycanın bu təşkilata həm də sədr seçilməsi gələcəkdə ölkəmizin beynəlxalq münasibətlər sistemində daha mühüm funksiya yerinə yetirəcəyinin göstəricisi hesab edilə bilər.
Xatırladaq ki, Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forum keçirilir. Forum çərçivəsində Qlobal Cənub QHT Platforması təsis olunub.

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Aprel 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see213

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see208

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see173

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see153

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see149

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see139

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see133

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see131

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see131

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see131

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see130

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see129

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see126

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see124

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

12 Dekabr 2025 00:17see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri