Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

Qlobal Cənub: İnteqrasiya güclənir

Qlobal Cənub: İnteqrasiya güclənir

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan BƏƏ münasibətləri: yeni dövrün strateji  əməkdaşlıq prioritetləri

Bakı: sabitlik ünvanı, inkişaf perspektivi və qlobal dünyaya açılan qapı

Azərbaycan özünün praqmatik və qarşılıqlı maraqlara əsaslanan xarici siyasət kursunda əməkdaşlığı ən mühüm şərtlərdən biri kimi önə çəkir. Bunun nəticəsidir ki, son illərdə Azərbaycanın əməkdaşlıq arealı öz coğrafiyasını genişləndirir. Bu mənada Qlobal Cənub kontingenti ilə Bakı arasında əməkdaşlığın inkişafı xüsusilə diqqəti cəlb edir. Vurğulanmalıdır ki, Qlobal Cənubun təmsilçiləri olan dövlətlər də öz növbəsində qarşılıqlı şəkildə Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını irəli sürürlər.

Geniş əlaqələr, isti münasibətlər...

Qlobal Cənub ilə Azərbaycan arasında münasibətlərin dinamizminə nəzər saldıqda, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə münasibətlərimiz daha parlaq şəkildə ön plana çıxır. Qeyd edək ki, BƏƏ Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrın 26-da tanısa da, diplomatik əlaqələrin inkişafı, iki ölkə arasında münasibətlərin dostluq zəminində yüksək trayektoriya qazanması 1993-cü ildən, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı əlaqələr çoxşaxəli və dinamikdir. Siyasi dialoqun qurulması enerji və iqtisadi əlaqələrin də inkişafına mühüm təsirlər göstərib.

Eyni zamanda, ölkələrimiz arasında ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafı üçün bir sıra mexanizmlər tətbiq olunur. 2017-ci ildən bəri Dubay şəhərində ölkəmizin Ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsulların BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və “Made in Azerbaijan” brendinin BƏƏ bazarında daha çox tanıtmaq üçün “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Hazırda Azərbaycanda çox sayda BƏƏ investisiyalı kommersiya qurumu (sahələr: sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət) qeydiyyatdadır. Bu əlaqələri yeni mərhələdə daha da inkişaf etdirmək üçün olduqca münbit bir zəmin mövcuddur. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 9-da BƏƏ-yə səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi bunu deməyə əsas verir.

Cari il sentyabrın 16-da BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfəri və onun işğaldan azad edilən Şuşa şəhərində qarşılanması əlamətdar tarixi hadisədir. Bu səfər qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin davam və inkişaf etdirilməsini nəzərdə tutan 14 sənədin imzalanması ilə başa çatıb ki, bu da tərəflərin dostluq münasibətlərinin göstəricisidir. İlk növbədə, “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə”nin əhəmiyyətini qeyd etmək lazımdır. Bəyannamədə iki dövlət arasındakı iqtisadi və siyasi münasibətlərin inkişaf etdirilməsinin zəruriliyi vurğulanır və inkişafın tərəflər üçün faydalı olduğu nəzərə çatdırılır. Bəyannamədə ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlığın davam edəcəyi öz əksini tapıb.

İqtisadi münasibətlər sisteminin əsaslandığı hüquqi baza...

İyulda imzalanan “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Saziş”in (CEPA) əsas məqsədi tərəflər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi, ticarətin liberallaşdırılması və asanlaşdırılması, eyni zamanda Azərbaycan və BƏƏ arasında strateji əlaqələrin bir hissəsi kimi iqtisadiyyatın şaxələndirilməsini və rifahı artırmağın hədəflənməsi, gələcək çağırışlara cavab verən dayanıqlı, biliyə və innovasiyaya əsaslanan iqtisadiyyatın inkişafı üçün əhəmiyyətli baza yaradılması, sənaye, bərpaolunan enerji, kənd təsərrüfatı, maliyyə, logistika, turizm, tikinti və digər sahələrin inkişafına imkanların açılması, eləcə də qarşılıqlı sərmayə axınını artırmaqla təchizat zəncirlərinin gücləndirilməsinə, sahibkarların qlobal miqyasda fəaliyyətlərinin genişləndirilməsinə də töhfə verməkdirsə, “Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə” daha geniş əməkdaşqlıq spektri formalaşdırmaqdadır. Son imzalanan Bəyannamə iki ölkə arasında siyasi, iqtisadi, təhlükəsizlik, enerji və digər sahələrdə əməkdaşlığın sistemli şəkildə genişləndirilməsini nəzərdə tutur. İmzalanan sənədlər sırasında xüsusilə enerji, o cümlədən “yaşıl enerji”, investisiya, nəqliyyat, turizm, prokurorluq, media və süni intellekt sahəsində əməkdaşlığa dair razılaşmalar diqqət çəkir. Bunlarla yanaşı, Azərbaycan-BƏƏ Birgə Biznes Şurasının yaradılması haqqında sənəd də mühüm əhəmiyyətə malikdir. Bu razılaşmalar iki ölkə arasında əlaqələrin yalnız ənənəvi sahələrlə məhdudlaşmadığını, eyni zamanda, müasir texnologiyalar və gələcəkyönümlü sahələrdə də əməkdaşlıq potensialının gücləndirildiyini göstərir.

Birgə Bəyannamə: hərtərəfli əlaqələrin inkişafı üçün yeni imkanlar...

“Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə”ni təhlil edərkən bir çox məqamlara diqqət yetirilməlidir - ilk növbədə, bu əməkdaşlıq platformasının müəyyənləşdirdiyi istiqamətlər nəzərə alınmalıdır. Bəyannamədə yer alan əsas bəndlər:

- Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin yaradılması: Tərəflər dövlət nümayəndələrinin iştirakı ilə birgə komitə təsis edir. Bu komitə tərəfdaşlığın həyata keçirilməsi üçün yol xəritəsi, icra proqramları və iş planları hazırlayacaq. Bu addım əlaqələrin strukturlaşdırılmış, davamlı və sistemli inkişafına zəmin yaradır. Belə mexanizmlərin olması tərəflər arasında qarşılıqlı anlaşma və koordinasiyanın yüksək səviyyədə təmin olunmasına imkan verir.

- Parlamentlərarası əməkdaşlığın gücləndirilməsi: Parlamentlər səviyyəsində əməkdaşlığın artırılması dostluq və etimadın möhkəmlənməsinə, qanunvericilik sahəsində təcrübə mübadiləsinə və siyasi dialoqun genişlənməsinə səbəb olur. Bu əməkdaşlıq dövlətlərarası münasibətlərin demokratik institutlar səviyyəsində daha da dərinləşdiyini nümayiş etdirir.

- Müdafiə, təhlükəsizlik və kibertəhlükəsizlik sahələrində əməkdaşlıq: Bəyannamədə tərəflər müdafiə və təhlükəsizlik sahələrində, xüsusən də kibertəhlükəyə qarşı birgə mübarizəni genişləndirməyi planlaşdırırlar. Bu, müasir dövrdə artan rəqəmsal təhdidlərə qarşı daha səmərəli müdafiə sistemlərinin yaradılması və regional sabitliyin qorunması baxımından vacibdir.

- İqtisadi əməkdaşlığın dərinləşdirilməsi və Birgə Biznes Şurasının yaradılması: İqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, xüsusilə şirkətlər arasında birgə layihələrin dəstəklənməsi, ticarət və investisiyaların artırılması, sənaye və xidmət sektorlarında işgüzar əlaqələrin dərinləşdirilməsi məqsədi güdür. Birgə Biznes Şurasının yaradılması işgüzar dairələr arasında əlaqələrin səmərəliliyini artıracaq, qarşılıqlı investisiya və innovasiya mühitini gücləndirəcək.

- Enerji sektorunda əməkdaşlığın davam etdirilməsi: Enerji sahəsi Azərbaycan-BƏƏ əlaqələrinin ən vacib istiqamətlərindən biridir. Bəyannamə tərəflərin neft-qaz, elektrik enerjisi və bərpaolunan enerji layihələrində birgə fəaliyyətini təqdir edir və gələcək əməkdaşlıq niyyətini vurğulayır. Bu, regional enerji təhlükəsizliyi və dayanıqlı inkişaf üçün əhəmiyyətli addımdır.

- Təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafı: Sosial sahədə qarşılıqlı əlaqələrin genişləndirilməsi insan resurslarının inkişafı və mədəniyyətlərarası dialoqun gücləndirilməsi baxımından vacibdir. Bu sahədə daimi əməkdaşlıq iki ölkənin vətəndaşları arasında dostluq və qarşılıqlı anlaşmanı artıracaq.

Bəyannamənin 8-ci bəndi təhlükəsizlik məsələlərində məsləhətləşmələrlə bağlıdır. Bu bənd tərəflərə milli və regional təhlükəsizliyə təhdid yaradan vəziyyətlərdə qarşılıqlı məsləhətləşmələr aparmaq imkanı verir. Xüsusi halda, komitə çərçivəsində fövqəladə iclasların keçirilməsi razılaşdırıla bilər. Bu mexanizm tərəflərin təhlükəsizlik məsələlərində vahid mövqe formalaşdırması və mümkün risklərə vaxtında və koordinasiyalı reaksiya verməsi baxımından önəmlidir. Bir sözlə, bu Bəyannamə Azərbaycan-BƏƏ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin əyani göstəricisidir.

İqtisadi ticari əlaqələr genişlənir

Xatırladaq ki, iki ölkə arasında 2024-cü ildə ticarət dövriyyəsi 96,80 milyon dollar səviyyəsində olub. 2025-ci ilin yanvar-iyul aylarında isə bu göstərici 90,59 milyon dollara çatıb, bu da artımın davam etdiyini təsdiqləyir. Azərbaycandan BƏƏ-yə ixrac daha yüksək olmaqla (64,45 milyon dollar), ticarətdə balanslı əlaqələr formalaşıb.

İnvestisiya və biznes əlaqələrinə gəldikdə, 2023-cü ilin dekabrında Azərbaycan İnvestisiya Holdinqi ilə Əbu-Dabi İnkişaf Holdinq Şirkəti arasında 1 milyard dollar maliyyə imkanı olan Birgə İnvestisiya Fondunun yaradılması ölkələrimiz arasında qarşılıqlı sərmayənin yeni mərhələyə qalxmasına xidmət göstərir.

Azərbaycan və BƏƏ arasında energetika sektorunda əməkdaşlıq ən strateji sahələrdən biridir. SOCAR, ADNOC və “Masdar” şirkətləri arasında əlaqələr ölkələrarası enerji təhlükəsizliyinin təminatında həlledici rol oynayır.

2024-cü ilin noyabrında “SOCAR Green”, “Masdar” və “ACWA Power” şirkətləri arasında Xəzər dənizində külək enerjisi üzrə anlaşma memorandumunun imzalanması isə gələcəkdə enerji sektorunda əməkdaşlığın yeni mərhələsini açır.

Təhlükəsizlik və iqlim mühafizəsi fonunda müştərək fəaliyyət...

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər təkcə siyasi və iqtisadi müstəvidə deyil, həm də humanitar və təhlükəsizlik sahələrində dinamik şəkildə inkişaf edir. Bu çərçivədə xüsusi qeyd olunmalıdır ki, BƏƏ hökumətinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə imzaladığı Anlaşma Memorandumu əsasında işğaldan azad olunmuş ərazilərimizdə minatəmizləmə fəaliyyətlərinə 5 milyon ABŞ dolları həcmində maliyyə dəstəyi ayrılıb. Bu addım yalnız humanitar yardımın göstərilməsi deyil, həm də BƏƏ-nin Azərbaycanın ərazi bütövlüyünə və postmünaqişə dövründə bərpa proseslərinə verdiyi siyasi dəstəyin ifadəsidir.

Bu tərəfdaşlıq, həmçinin BƏƏ-nin beynəlxalq humanitar siyasətində əsas tutduğu prinsiplərin, - insan təhlükəsizliyi, davamlı inkişaf və sülh quruculuğunun, - Azərbaycan kontekstində təzahürüdür. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işləri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi baxımından strateji əhəmiyyətə malikdir. BƏƏ-nin bu prosesi fəal şəkildə dəstəkləməsi isə iki ölkə arasında etibarlı, davamlı və səmərəli tərəfdaşlığın formalaşdığını göstərir.

Digər tərəfdən, BƏƏ-nin COP29 çərçivəsində Azərbaycanın təşəbbüslərinə göstərdiyi güclü dəstək, - xüsusilə “COP29 Green Energy Pledge: Green Energy Zones and Corridors”, “Global Energy Storage and Grids Pledge” və “Hydrogen Declaration” kimi mühüm təşəbbüslərə qoşulması, - regional və qlobal miqyasda ekoloji diplomatiya sahəsində müştərək mövqeləri və strateji baxışları ortaya qoyur.

Qarşılıqlı inteqrasiya imkanları genişlənir...

Azərbaycan-BƏƏ münasibətlərinin mühüm tərkib hissələrindən biri də mədəniyyət, təhsil və insanlararası mübadilə sahəsində əməkdaşlıqdır. Bu əməkdaşlıq dövlətlərarası əlaqələrin humanitar dəyər üzərində qurulduğunu və xalqlar arasında dərin bağların formalaşdırılmasına xidmət göstərdiyini nümayiş etdirir.

Bu kontekstdə Azərbaycan Dillər Universitetində 2024-cü ildə Şeyx Zayed adına ərəb dili auditoriyasının açılması xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs həm ərəb dili və mədəniyyətinin Azərbaycanda daha geniş tədrisinə, həm də gənclər arasında BƏƏ-yə marağın artmasına səbəb olub. Auditoriyanın açılması təkcə bir təhsil infrastrukturu deyil, kulturoloji körpünün qurulması və mədəni inteqrasiyanın təşviqi kimi də dəyərləndirilməlidir.

Təhsil sahəsində bu cür təşəbbüslər, iki ölkənin universitetləri arasında mümkün gələcək əməkdaşlıqlar - tələbə mübadiləsi, ikili diplom proqramları, ortaq tədqiqat layihələri və akademik forumların təşkili üçün baza formalaşdırır. Bu isə insan kapitalının inkişafına və uzunmüddətli strateji tərəfdaşlığın sosial təməlinin möhkəmləndirilməsinə xidmət edir.

Bundan əlavə, iki ölkə arasında hava nəqliyyatı sahəsində geniş əlaqələrin qurulması (Bakı-Dubay, Dubay-Bakı, Əbu-Dabi-Bakı, Şarja-Bakı istiqamətləri üzrə 40-a yaxın birbaşa uçuş) qarşılıqlı münasibətlərin artmasına və turizm sahəsində dinamikanın güclənməsinə imkan yaradır. Həmçinin 2023-cü ildən qüvvədə olan vizasız rejim vətəndaşlar üçün daha rahat səyahət və əməkdaşlıq mühiti yaradıb ki, bu da iqtisadi və sosial inteqrasiyanı daha da sürətləndirir.

Pərviz SADAYOĞLU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Sentyabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see323

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see298

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see294

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see251

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see248

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see240

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see228

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see224

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see219

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see209

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see208

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see202

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see198

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see194

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see193

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see191

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see190

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see181

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri