Icma.az
close
up
RU
Qlobal dialoq və multikultural dəyərlərə töhfə ŞƏRH

Qlobal dialoq və multikultural dəyərlərə töhfə ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Müasir dünyada sülhün, qarşılıqlı anlaşmanın və mədəniyyətlərarası dialoqun təşviqi dövlətlərin və liderlərin əsas məsuliyyətlərindən birinə çevrilmişdir. Bu baxımdan, müxtəlif xalqlar və dinlər arasında həmrəyliyin gücləndirilməsinə xidmət edən təşəbbüslər beynəlxalq ictimaiyyət tərəfindən xüsusi diqqətlə qarşılanır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi də məhz bu kontekstdə mühüm siyasi və mənəvi hadisə kimi dəyərləndirilir. Zayed İnsan Qardaşlığı Mükafatı Birləşmiş Ərəb Əmirliklərinin mərhum lideri Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıyır. Bu mükafat insanlıq dəyərlərinin qorunması, dinlərarası dialoqun təşviqi, tolerantlıq və sülh ideyalarının yayılması sahəsində mühüm töhfələr vermiş şəxslərə təqdim olunur. Mükafatın əsas fəlsəfəsi fərqli mədəniyyətlərin və inancların qarşıdurma deyil, qarşılıqlı hörmət və əməkdaşlıq yolu ilə birgə yaşamasını təşviq etməkdir.

Prezident İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi Azərbaycan dövlətinin uzun illərdir apardığı multikulturalizm və tolerantlıq siyasətinin beynəlxalq miqyasda tanınmasının bariz nümunəsidir. Azərbaycan tarixən müxtəlif xalqların, etnik və dini icmaların dinc yanaşı yaşadığı məkan olmuşdur. Bu ənənə müasir dövrdə də dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi davam etdirilir. İlham Əliyevin rəhbərliyi dövründə multikulturalizm yalnız daxili ictimai münasibətlərin tənzimlənməsi vasitəsi deyil, həm də ölkənin xarici siyasətində mühüm ideoloji dayağa çevrilmişdir.

Paytaxt Bakı son illərdə beynəlxalq humanitar forumlara, mədəniyyətlərarası dialoq platformalarına və dinlərarası əməkdaşlıq tədbirlərinə ev sahibliyi edir. Bakı Prosesi, Dünya Mədəniyyətlərarası Dialoq Forumları və digər beynəlxalq təşəbbüslər müxtəlif regionlardan olan siyasətçiləri, alimləri və dini liderləri bir araya gətirərək qlobal problemlərin sülh yolu ilə həllinə töhfə vermişdir. Bu təşəbbüslərin arxasında Prezident İlham Əliyevin dialoq və qarşılıqlı anlaşmaya əsaslanan siyasi baxışı dayanır.

Zayed İnsan Qardaşlığı Mükafatı həm də İslam dünyasında sülh, humanizm və tolerantlıq ideyalarının gücləndirilməsinə xidmət edir. İlham Əliyevin bu mükafatı alması Azərbaycanın İslam mədəniyyəti ilə Avropa dəyərləri arasında körpü rolunu oynadığını bir daha nümayiş etdirir. Azərbaycan cəmiyyətində məscidlər, kilsələr və sinaqoqlar yanaşı fəaliyyət göstərir, dini icmalar arasında qarşılıqlı hörmət və əməkdaşlıq mövcuddur. Bu reallıq ölkənin multikultural modelinin praktik uğurunu göstərir

Prezident İlham Əliyev müxtəlif beynəlxalq tribunlardan çıxış edərək sülhün alternativsiz olduğunu, beynəlxalq hüququn əsas prinsiplərinə — dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına əsaslanan yanaşmanın region üçün yeganə dayanıqlı çıxış yolu olduğunu vurğulamışdır. Xüsusilə Ermənistanla uzun illər davam etmiş münaqişənin faktiki olaraq sona çatması Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşmasına zəmin yaratmışdır. Münaqişədən sonrakı mərhələdə kommunikasiya xətlərinin açılması, nəqliyyat və iqtisadi blokadaların mərhələli şəkildə aradan qaldırılması istiqamətində atılan addımlar beynəlxalq ictimaiyyət tərəfindən regionda sülhün möhkəmləndirilməsinə yönəlmiş konstruktiv təşəbbüslər kimi qiymətləndirilir. Onun bu mövqeyi Zayed İnsan Qardaşlığı Mükafatının əsas ideyaları ilə tam uzlaşır. Mükafatın təqdim edilməsi, eyni zamanda, Prezident İlham Əliyevin xüsusilə Ermənistanla uzunmüddətli münaqişədən sonra davamlı sülhün əldə olunması istiqamətində atdığı addımların və sülh sazişinin imzalanmasına yönəlmiş ardıcıl təşəbbüslərinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsi kimi dəyərləndirilə bilər.

Bu mükafat ölkəmiz üçün də mühüm siyasi və mənəvi əhəmiyyət daşıyır. Bir tərəfdən, ölkənin beynəlxalq imicinin güclənməsinə xidmət edir, digər tərəfdən isə multikulturalizm siyasətinin davamlılığını stimullaşdırır. İlham Əliyevin mükafat alması Azərbaycan cəmiyyətinə tolerantlıq və insan qardaşlığı dəyərlərinin qorunmasının nə qədər vacib olduğunu bir daha xatırladır.

Bu kontekstdə Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibədə səsləndirdiyi “Zayed İnsan Qardaşlığı Mükafatı kimi nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir” fikri xüsusi diqqət çəkir. Sözügedən sitat dövlət başçısının bu təltifi fərdi nailiyyətdən daha çox xalqlar və dövlətlər arasında qarşılıqlı etimadın, dialoqun və əməkdaşlığın nəticəsi kimi qəbul etdiyini göstərir və onun beynəlxalq münasibətlərdə tərəfdaşlığa verdiyi dəyərin ifadəsi kimi şərh oluna bilər.

Nəticə etibarilə, Ölkə başçısının bu mükafata layiq görülməsi təkcə bir siyasi liderin şəxsi uğuru deyil, bütövlükdə Azərbaycanın sülhə, dialoqa və humanist dəyərlərə sadiqliyinin beynəlxalq səviyyədə qəbul edilməsidir. Bu hadisə göstərir ki, müasir dünyada qarşıdurmaların dərinləşdiyi bir zamanda belə, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulan siyasət qlobal miqyasda təqdir olunur və nümunə kimi dəyərləndirilir.

Həsənli Cəlal

YAP Culfa rayon təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Yanvar 2026 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see355

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see302

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see292

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see272

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see271

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see260

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see246

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see226

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see224

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see222

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see197

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see176

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see176

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri