Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Dialoq, multikulturalizm və multikultural dəyərlərin qarşılıqlı əlaqəsi ŞƏRH

Dialoq, multikulturalizm və multikultural dəyərlərin qarşılıqlı əlaqəsi ŞƏRH

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 3 noyabr, AZƏRTAC

Azərbaycan Prezidentinin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı müasir beynəlxalq münasibətlər sistemində dialoq, multikulturalizm və multikultural dəyərlərin qarşılıqlı əlaqəsi haqqında düşünmək üçün mühüm konseptual əsaslar yaradır. Bu çıxışın mahiyyətini yalnız müxtəlif mədəniyyətlər arasında ünsiyyətin təşviqi kimi deyil, həm də fərqli dünyagörüşlərinin, milli kimliklərin və mənəvi dəyərlərin qarşılıqlı anlaşma şəraitində mövcudluğunun fəlsəfi izahı kimi qiymətləndirmək mümkündür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə bildirib.

Professor bildirib ki, müasir dünyada siyasi, iqtisadi və mədəni proseslərin mürəkkəbləşməsi xalqlar və dövlətlər arasında münasibətlərin yeni prinsiplər əsasında qurulmasını zəruri edir: “Mədəniyyətlərarası münasibətlərdə qarşıdurma, stereotiplər və qarşılıqlı etimadsızlıq meyillərinin güclənməsi dialoqun əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə dialoq yalnız kommunikativ vasitə deyil, həm də fərqliliklərin qəbuluna, qarşılıqlı hörmətə və birgəyaşayış mədəniyyətinin formalaşmasına xidmət edən sosial-fəlsəfi mexanizm kimi çıxış edir. Dialoq və multikulturalizm arasındakı əlaqənin təhlili göstərir ki, bu anlayışlar bir-birini tamamlayan, lakin mahiyyət etibarilə fərqli məzmun daşıyan kateqoriyalardır. Dialoq müxtəlif mədəniyyətlərin nümayəndələri arasında qarşılıqlı ünsiyyət və anlaşma prosesini ifadə etdiyi halda, multikulturalizm həmin müxtəlifliyin cəmiyyətdə tanınmasını, qorunmasını və inkişafını nəzərdə tutan sosial-mədəni yanaşmadır. Başqa sözlə, dialoq multikulturalizmin həyata keçirilmə vasitələrindən biri, multikulturalizm isə dialoqun davamlılığını təmin edən dəyər və münasibətlər sistemidir. Dialoqun fəlsəfi mahiyyəti ondan ibarətdir ki, o, fərqli mövqelərin qarşılıqlı şəkildə ifadə olunmasına və anlaşılmasına imkan yaradır. Dialoq zamanı tərəflər öz milli, dini və mədəni kimliklərini itirmədən digərinin mövqeyini anlamağa çalışırlar. Bu baxımdan dialoq fərqliliklərin aradan qaldırılmasını deyil, onların qarşılıqlı münasibətlər sistemində konstruktiv məzmun qazanmasını nəzərdə tutur. Multikulturalizm isə bu prosesin daha geniş sosial və siyasi müstəvidə reallaşmasını təmin edir. O, cəmiyyətdə müxtəlif mədəniyyətlərin mövcudluğunu sadəcə fakt kimi qəbul etməklə kifayətlənmir, həmin müxtəlifliyin ictimai həyatın zənginləşməsinə xidmət etməsini də nəzərdə tutur. Beləliklə, multikulturalizm dialoq üçün sosial zəmin yaradır, dialoq isə multikultural dəyərlərin praktik məzmununu üzə çıxarır”.

O bildirib ki, bu əlaqənin təhlili zamanı mühüm bir məqamı nəzərə almaq lazımdır: “Multikulturalizm yalnız fərqli mədəniyyətlərin yanaşı mövcudluğu demək deyil. Onun əsas məzmunu həmin mədəniyyətlər arasında qarşılıqlı hörmətin, bərabərhüquqlu münasibətlərin və mənəvi etimadın formalaşmasıdır. Əgər müxtəlif mədəniyyətlər bir-birini qəbul etsə də, qarşılıqlı ünsiyyət və anlaşma imkanları məhdud qalırsa, multikultural münasibətlərin potensialı tam şəkildə reallaşmır. Buna görə də dialoq multikulturalizmin dərinləşməsinin və davamlılığının mühüm şərtidir”. Onun fikrincə, Azərbaycanın multikulturalizm təcrübəsi bu münasibətlərin konkret sosial-siyasi və mənəvi müstəvidə təhlili üçün əhəmiyyətli nümunədir. Azərbaycan cəmiyyətinin tarixi inkişafı müxtəlif etnik, dini və mədəni ənənələrin qarşılıqlı əlaqəsi şəraitində formalaşıb. Bu təcrübə mədəni müxtəlifliyin milli birliyə zidd olmadığını, əksinə, düzgün sosial və siyasi yanaşma əsasında həmin birliyin möhkəmlənməsinə töhfə verə biləcəyini göstərir. Azərbaycanın multikulturalizm siyasətinin əsas fəlsəfi məzmunu milli kimliyin qorunması ilə mədəni müxtəlifliyin tanınması arasında tarazlığın yaradılmasıdır. Burada milli identiklik və multikultural dəyərlər bir-birini inkar edən deyil, qarşılıqlı şəkildə tamamlayan amillər kimi çıxış edir. Milli kimlik cəmiyyətin tarixi yaddaşını, mənəvi dəyərlərini və dövlətçilik şüurunu ifadə etdiyi halda, multikulturalizm bu kimliyin digər mədəniyyətlərlə qarşılıqlı münasibətlərdə açıq və tolerant xarakter almasına imkan yaradır.

Azərbaycan Prezidentinin VII Forumdakı çıxışının bu kontekstdə şərhi dialoqun yalnız beynəlxalq tədbirlərin və diplomatik münasibətlərin tərkib hissəsi olmadığını göstərir. Dialoq həm də cəmiyyətin daxili harmoniyasının, sosial etimadın və mənəvi birliyin formalaşmasına xidmət edən mühüm prinsipdir.

Azərbaycan təcrübəsi baxımından multikulturalizmə münasibətdə iki istiqaməti fərqləndirmək mümkündür: Daxili istiqamət: müxtəlif etnik və dini qrupların hüquq və azadlıqlarının qorunması, onların ictimai həyata inteqrasiyası və qarşılıqlı hörmət mühitinin möhkəmləndirilməsi. Beynəlxalq istiqamət: müxtəlif sivilizasiyalar arasında dialoqun təşviqi, mədəniyyətlərarası əməkdaşlığın genişləndirilməsi və qlobal problemlərin birgə həllinə töhfə verilməsi. Bu iki istiqamət bir-birini tamamlayır. Daxili multikultural münasibətlərin möhkəmlənməsi beynəlxalq dialoq üçün etibarlı zəmin yaradır. Eyni zamanda, beynəlxalq mədəniyyətlərarası əməkdaşlıq cəmiyyət daxilində tolerantlıq və qarşılıqlı anlaşma dəyərlərinin inkişafına müsbət təsir göstərir.

İlham Məmmədzadə vurğulayıb ki, müasir beynəlxalq münasibətlər sistemində mədəniyyətlərarası dialoqun əhəmiyyəti onun qlobal problemlərin həllində yaratdığı imkanlarla da bağlıdır. Müharibələr, siyasi qarşıdurmalar, dini və etnik zəmində meydana çıxan gərginliklər göstərir ki, yalnız siyasi və iqtisadi mexanizmlər əsasında davamlı sülhün təmin edilməsi çətindir. Sülhün uzunmüddətli xarakter alması üçün cəmiyyətlər arasında mənəvi etimadın, qarşılıqlı anlaşmanın və ortaq məsuliyyət hissinin formalaşması vacibdir. “Azərbaycanın təcrübəsi göstərir ki, milli kimliyin qorunması, mədəni müxtəlifliyin tanınması və qarşılıqlı hörmət prinsiplərinin möhkəmləndirilməsi bir-birini tamamlayan proseslərdir. Bu baxımdan dialoq və multikulturalizm yalnız ölkənin daxili ictimai münasibətlərinin deyil, həm də beynəlxalq əməkdaşlığın və sülhün möhkəmləndirilməsinin mühüm ideoloji və mənəvi əsasları kimi çıxış edir. Mədəniyyətlərarası dialoqun əsas məqsədi fərqlilikləri vahid çərçivəyə salmaq deyil, həmin fərqliliklər arasında anlaşma və əməkdaşlıq imkanlarını genişləndirməkdir. Multikulturalizmin əsas dəyəri də məhz bu müxtəlifliyin insanlığın ortaq inkişafına xidmət etməsində ifadə olunur”, - deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2026 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see647

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see320

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see305

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see294

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see290

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see288

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see270

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see269

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see264

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see261

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see249

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see247

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see225

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see215

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see215

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see214

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see209

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see204

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see201

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri