Icma.az
close
up
RU
Menu

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Qvardiola Mançester Siti nin matçında

Ankara və İrəvanın yeni məramları nədir?

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

Qlobal enerji bazarı təhlükədə: Böhran ehtimalı nə qədərdir?

Qlobal enerji bazarı təhlükədə: Böhran ehtimalı nə qədərdir?

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Rusiya ilə Qərb arasındakı, onsuz da, gərgin olan münasibətlər son günlərdə yeni mərhələyə qədəm qoyub. ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə qarşı sərtləşən ritorikası Vaşinqtonun Moskva ilə bağlı mövqeyində əhəmiyyətli dəyişikliklərin işarəsidir. Bundan əlavə, ABŞ Avropa İttifaqı ilə imzaladığı saziş çərçivəsində Avropa ölkələrinin Rusiyadan neft və qaz almaması şərtini qoyub və bu sahədə sanksiya təhdidlərini artırıb. Bəs bu addımlar qlobal enerji bazarına necə təsir edəcək? Mümkün böhran ehtimalı nə qədərdir?

Mövzunu Oxu.Az-a dəyərləndirən türkiyəli iqtisadçı, professor Mehmet Yüce bildirib ki, Donald Trampın Avropa İttifaqına (Aİ) ticarət sanksiyaları tətbiq etməsi və Rusiya enerji məhsullarına dolayı yolla sanksiyalar qoyması qlobal enerji bazarında ciddi bir böhranın başlanğıcı ola bilər:

"Bu inkişaf həm təchizat təhlükəsizliyini zəiflədəcək, həm də qiymətlərin sabitliyini poza bilər. Trampın Aİ-yə qarşı tarifləri xüsusilə sənaye istehsalında rəqabət qabiliyyətini azaldacaq və Avropa iqtisadiyyatında yavaşlamaya səbəb olacaq. Bu vəziyyət qısa müddətdə enerji tələbatında azalmaya gətirib çıxarsa da, enerji qiymətlərində volatillik (maliyyə bazarlarında aktivin qiymətinin dəyişmə sürəti) riskini artıracaq".

"2022-ci ildən sonrakı sanksiyalara baxmayaraq, Rusiya, xüsusilə təbii qaz sahəsində, Avropanın bir çox ölkəsi üçün hələ də dolayı bir tədarükçü mövqeyindədir. Əgər Tramp administrasiyası Rusiyadan birbaşa enerji idxal edən ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etsə, Almaniya, Macarıstan və Slovakiya kimi ölkələr ciddi təchizat çətinliyi ilə üzləşə bilərlər. Bu vəziyyət 2022-ci ildə baş verən təbii qaz böhranını yenidən gündəmə gətirə bilər. Təchizatın azalacağı gözləntisi ilə "Brent" markalı neftin qiyməti 100 dolları keçə bilər. Eyni şəkildə, TTF (Title Transfer Facility - mülkiyyət hüququnun ötürülməsi) əsaslı təbii qaz qiymətləri də 2022-ci il səviyyələrinə yaxınlaşa bilər. Aİ-nin artan LNG (maye təbii qaz) tələbi isə ABŞ, Qətər və Avstraliya kimi istehsalçı ölkələri qiymətləri artırmağa təşviq edəcək", - deyə professor vurğulayıb.

O əlavə edib ki, enerji marşrutlarında qırılmalar baş verdiyi bir zamanda Türkiyə kimi tranzit ölkələr daha da önəmli hala gəlir:

"TANAP və "Türk axını" kimi layihələrin yenidən gündəmə gəlmə ehtimalı olduqca yüksəkdir. Bu baxımdan, Tramp dövründə baş verə biləcək enerji təchizatı böhranı Ankara-Bakı əməkdaşlığını daha da dərinləşdirəcək. Türkiyənin enerji mərkəzinə çevrilmə hədəfi fonunda Azərbaycan qazının əhəmiyyəti artacaq və bu da iqtisadi və diplomatik əlaqələri daha strateji bir səviyyəyə daşıyacaq. Digər tərəfdən, Rusiya enerjisini Çin və Hindistan kimi alternativ bazarlara yönəltməklə Asiya mərkəzli enerji tərəfdaşlıqlarını gücləndirir".

"Tramp administrasiyasının Aİ-yə qarşı iqtisadi təzyiqləri və Rusiyaya enerji sahəsində tətbiq etdiyi sanksiya siyasəti təkcə trans-Atlantik münasibətləri deyil, eyni zamanda, qlobal enerji təchizatının təhlükəsizliyini və qiymət sabitliyini də təhdid edə bilər. Bu ssenari yeni bir enerji böhranı dalğasının yaranma potensialını daşıyır. Avropanın enerji təchizatını diversifikasiya etmə strategiyaları sürətlənə bilər, lakin qısa müddətdə bazar sabitliyinin pozulması qaçılmaz görünür.

Əgər Trampın siyasəti Rusiya enerji axınlarını məhdudlaşdırarsa, qısa müddətdə Azərbaycan Avropanın əsas enerji tədarükçülərindən birinə çevrilə bilər. Lakin bu qazanc, eyni zamanda, geosiyasi təzyiqlər, enerji infrastrukturuna düşəcək yük və diplomatik balansın qorunması ehtiyacını da gündəmə gətirəcək. Belə bir şəraitdə Azərbaycan üçün Türkiyə ilə əməkdaşlığını gücləndirən, Rusiya və İranla münasibətləri ehtiyatla tənzimləyən və Qərb sərmayələrini artıran balanslı bir strateji xətt izləmək qaçılmaz olacaq", - müsahibimiz fikrini yekunlaşdırıb.

İqtisadçı ekspert Rəşad Həsənov isə Oxu.Az-a açıqlamasında bildirib ki, son proseslər fonunda və gözlənilən sanksiyaların təsdiqlənməsi halında enerji bazarlarına pozitiv istiqamətdə təsir göstərən amillər də mövcuddur:

"Bu, Avropa İttifaqı və ABŞ arasında rüsum siyasəti ilə əlaqədar əldə edilmiş razılaşmadan qaynaqlanan, qlobal iqtisadi artım tempində pozitiv meyillərin ortaya çıxması və dolayısı ilə də neftə olan tələbatın artması istiqamətində bir konyunktur formalaşdırıb və bazarlar artıq bunu dəyərləndirməyə başlayıb. Neftin qiyməti də bu məlumatlar fonunda bahalaşır".

"Amma digər tərəfdən, Rusiya neftinin qlobal bazarlara çıxış imkanının məhdudlaşdırılması da var ki, bu sanksiyaların tətbiq edilməsi qısamüddətli dövrdə, ola bilsin ki, bazarlarda təchizat zəncirində fasilələrin yaranmasına və neftin qiymətinin daha sürətli bahalaşmasına təsir göstərə bilər. Amma orta-uzunmüddətli dövrdə bir çox neft hasilatçısı ölkələri, məsələn, İraq, Venesuela, Səudiyyə Ərəbistanını daxil etmək olar ki, bunlar dünya bazarlarına, əslində, qısa müddətdə daha böyük həcmdə neft tədarük etməyə hazırdırlar. Bu baxımdan, Rusiyadan təchiz olunan neftin azalmasından yaranmış boşluğu bir bareli 70 ABŞ dolları ətrafında olan "qara qızıl"la doldurmaq gücündədirlər", - ekspert vurğulayıb.

Onun sözlərinə görə, bu, proseslərin hansı istiqamətdə cərəyan edəcəyindən asılıdır:

"Xüsusilə də nəzərə alsaq ki, qlobal iqtisadi və siyasi münasibətlər hazırda qeyri-rasional məcradadır. Ümid edirəm ki, ən yaxın zamanda münasibətlərin daha məntiqi sonluğa doğru yönəlməsi və bu istiqamətdə çərçivələrin qorunması ilə bağlı qərar qəbul edənlərin müəyyən mövqeyi formalaşacaq. Belə olduğu təqdirdə, neftin qiymətinin optimal səviyyəsi, yəni Azərbaycan üçün təxmini 70 dollar/1 barel səviyyənin üzərində olması təmin oluna bilər".

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 İyul 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see375

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see276

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see232

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see219

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see201

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see197

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see189

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see188

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see187

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see180

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see178

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see174

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see173

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see172

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see171

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see168

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see168

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see166

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see165

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri