Icma.az
close
up
RU
Qlobal enerji keçidi prosesində Azərbaycanın rolu daha da güclənir ŞƏRH

Qlobal enerji keçidi prosesində Azərbaycanın rolu daha da güclənir ŞƏRH

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 16 mart, AZƏRTAC

Müasir beynəlxalq münasibətlər sistemində qlobal iqtisadi və siyasi proseslərin sürətlə dəyişdiyi bir dövrdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafı yalnız ikitərəfli əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır. Eyni zamanda, bu tərəfdaşlıq Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya məkanında təhlükəsizlik, enerji və nəqliyyat əlaqələrinin formalaşmasına təsir göstərən mühüm geosiyasi amilə çevrilib. Bu il martın 11-də Bakıda Prezident İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında keçirilən görüş də məhz bu kontekstdə strateji əhəmiyyət kəsb edir. Son illərin statistik nəticələri göstərir ki, Avropa İttifaqı Azərbaycan üçün əsas iqtisadi tərəfdaşdır. Sadəcə, 2026-cı ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən 50 faizinin Aİ ölkələrinin payına düşməsi bu münasibətlərin iqtisadi əsaslarının nə qədər möhkəm olduğunu göstərən mühüm məqamdır. Həmçinin bu fakt Avropa bazarının Azərbaycan üçün yalnız enerji ixracı istiqamətində deyil, həm də investisiya, texnologiya və ticarət əlaqələrinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıdığını təsdiqləyir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

Azərbaycan-Avropa İttifaqı münasibətlərinin əsas sütunlarından birinin enerji əməkdaşlığı olduğunu vurğulayan politoloq əlavə edib: “2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” bu əməkdaşlığı yeni mərhələyə yüksəldib. Həmin sənəddən sonra Azərbaycanın Avropa ölkələrinə qaz ixracının həm həcminin, həm də coğrafiyasının genişləndiyini aydın şəkildə müşahidə etmək mümkündür. Hazırda Avropa İttifaqının 10 üzvü birbaşa olaraq Azərbaycan qazını alır və ümumilikdə 16 ölkə Azərbaycanın boru kəmərləri vasitəsilə qaz təchizatından istifadə edir. Bu göstərici isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi rolunun daha da artdığını nümayiş etdirir. Cənub Qaz Dəhlizi bu əməkdaşlığın strateji infrastruktur əsasını təşkil edir. Azərbaycan yaxın illərdə qaz hasilatının artırılmasını və yeni yataqların istismara verilməsini planlaşdırır. Proqnozlara görə növbəti iki-üç il ərzində qaz hasilatı mövcud səviyyə ilə müqayisədə ən azı 10 milyard kubmetr artacaq. Bu isə öz növbəsində Avropanın enerji təchizatının şaxələndirilməsi strategiyasına mühüm töhfə verəcək.

Enerji əməkdaşlığının digər perspektiv istiqaməti isə bərpaolunan enerji sahəsidir. Azərbaycan külək, Günəş və su elektrik enerjisi sahələrində böyük potensiala malikdir və yaxın illərdə ixraca yönəlmiş 6-8 giqavatlıq bərpaolunan enerji gücü yaratmağı planlaşdırır. Xüsusilə də Qara dəniz sualtı kabel layihəsi kimi təşəbbüslər Azərbaycan ilə Avropa arasında yaşıl enerji bağlantısının formalaşmasına xidmət etdiyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu layihələr həm də qlobal enerji keçidi prosesində Azərbaycanın rolunu daha da gücləndirir”.

Qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq

Aytən Qurbanova bildirib ki, Azərbaycan-Aİ tərəfdaşlığının digər mühüm istiqaməti nəqliyyat və logistika sahəsində əməkdaşlıqdır. Azərbaycan Avrasiya məkanında Şərq ilə Qərbi birləşdirən əsas tranzit mərkəzlərindən biri kimi çıxış edir. Orta Dəhlizin inkişafı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Avropa İttifaqının “Qlobal Qapı” təşəbbüsü çərçivəsində Azərbaycana göstərilən dəstək, xüsusilə də nəqliyyat infrastrukturu və Naxçıvan Muxtar Respublikasında dəmir yolunun modernləşdirilməsi istiqamətində əməkdaşlıq regionun nəqliyyat xəritəsinin yenidən formalaşmasına töhfə verən önəmli hadisədir. Bu təşəbbüs Avropa ilə Mərkəzi Asiya arasında alternativ və təhlükəsiz logistika marşrutlarının yaradılması baxımından da strateji əhəmiyyət daşıyır. Eyni zamanda, tərəflər rəqəmsal transformasiya, innovasiya və süni intellekt kimi yeni texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Bu istiqamətdə əməkdaşlıq yalnız iqtisadi inkişaf üçün deyil, eləcə də regional dayanıqlılıq və rəqabət qabiliyyətinin artırılması baxımından mühüm rol oynayır.

Politoloqun sözlərinə görə, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq modelinə çevrilir. Enerji, nəqliyyat, investisiya, rəqəmsal iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlığın genişlənməsi bir daha göstərir ki, bu tərəfdaşlıq yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, həm də daha geniş Avrasiya məkanında sabitlik və iqtisadi inteqrasiyanın möhkəmlənməsinə xidmət edir. Azərbaycan-Avropa İttifaqı münasibətlərinin mövcud dinamikasına nəzər yetirdikdə aydın şəkildə müşahidə etmək mümkündür ki, tərəflər arasında əməkdaşlıq artıq yeni strateji mərhələyə daxil olub. Bu tərəfdaşlıq həm Azərbaycanın milli maraqlarına uyğun olaraq ölkəmizin beynəlxalq iqtisadi və siyasi mövqelərini gücləndirir, həm də Avropanın enerji təhlükəsizliyi və regional bağlantı strategiyasında Azərbaycanın rolunu daha da artırır. Bu isə gələcək illərdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın daha geniş və institusional xarakter alacağını deməyə əsas verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Mart 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri