Icma.az
close
up
RU
Azərbaycanın qlobal platformalarda aparıcı rolu daha da möhkəmlənib ŞƏRH

Azərbaycanın qlobal platformalarda aparıcı rolu daha da möhkəmlənib ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 18 mart, AZƏRTAC

Bu gün dünyada qarşıdurmaların dərinləşdiyi, geosiyasi maraqların toqquşduğu bir mərhələdə açıq və səmimi fikir mübadiləsinə ehtiyac daha da artır. Məhz bu baxımdan Qlobal Bakı Forumu müxtəlif ölkələri, fərqli siyasi mövqeləri və baxışları təmsil edən şəxsləri bir araya gətirən, qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət edən platformalardan biridir. Burada səsləndirilən fikirlər nəzəri yanaşmalarla yanaşı, real siyasi qərarların qəbuluna təsir göstərən praktik xarakter daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

O bildirib ki, Forumun əsas üstünlüklərindən biri də geniş və çoxşaxəli mövzuları əhatə etməsidir. Panel iclaslarında təhlükəsizlik məsələləri, şəhərsalma, dayanıqlı inkişaf və iqlim dəyişiklikləri kimi bəşəriyyətin gələcəyini müəyyən edən istiqamətlər geniş müzakirə olundu. Müzakirələr onu göstərir ki, müasir dövrdə təhlükəsizlik anlayışı artıq yalnız hərbi və siyasi çərçivələrlə məhdudlaşmır, həm də ekoloji, sosial və urbanistik amillərlə sıx bağlıdır. Xüsusilə şəhərsalma və iqlim mövzularının gündəmə gətirilməsi təsadüfi deyil. Sürətli urbanizasiya, şəhərlərin dayanıqlı inkişafı, ekoloji balansın qorunması və iqlim risklərinə qarşı davamlı infrastrukturun qurulması artıq qlobal prioritetlər sırasındadır. Ölkəmiz bu istiqamətdə həyata keçirdiyi layihələrlə, “yaşıl enerji zonaları”, müasir şəhərsalma konsepsiyaları və ekoloji təşəbbüslərlə müzakirələrə real təcrübə ilə töhfə verir.

Forumun panel müzakirələrində diqqət çəkən əsas mövzulardan biri də beynəlxalq təhlükəsizlik sisteminin gələcəyi, regional münaqişələrin həlli mexanizmləri, enerji təhlükəsizliyi və yeni əməkdaşlıq modellərinin formalaşdırılmasıdır. Bununla yanaşı, qlobal idarəetmənin effektivliyi, beynəlxalq təşkilatların rolu, rəqəmsallaşma və informasiya təhlükəsizliyi kimi məsələlər də geniş şəkildə təhlil olunur.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən və balanslı xarici siyasət Azərbaycanın bu kimi qlobal platformalarda aparıcı rolunu daha da möhkəmləndirib. Dövlətimizin başçısının təşəbbüsü ilə ölkəmiz beynəlxalq dialoqu təşviq edən, müxtəlif baxışların uzlaşdırıldığı etibarlı məkan kimi tanınır. Ölkə rəhbərinin qlobal çağırışlara münasibətdə sərgilədiyi prinsipial mövqe və irəli sürdüyü təşəbbüslər Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb və rəsmi Bakını mühüm geosiyasi dialoq mərkəzlərindən birinə çevirib.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Qlobal Bakı Forumu fikir mübadiləsi platforması olmaqla yanaşı, həm də qlobal çağırışlara cavab axtaran, yeni yanaşmaların formalaşdığı intellektual mərkəzə çevrilib. Azərbaycanın bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin artan nüfuzunun, balanslı və prinsipial xarici siyasətinin, eləcə də dialoq və əməkdaşlıq təşəbbüslərinə verdiyi önəmin bariz göstəricisidir”, - deyə G. Ağamalı vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Mart 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri