Icma.az
close
up
RU
QLOBAL FIRTINA: 900 dən çox milli informasiya resursusumuz niyə çökdü? 

QLOBAL FIRTINA: 900 dən çox milli informasiya resursusumuz niyə çökdü? 

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

" Təhlükəsizlik strukturlarımız doğru strategiya seçib" . Bu fikirləri öz sosial media hesablarından paylaşan İTK -a mütəxəssisi, ekspert Osman Gündüz bu gün dünyada və Azərbaycanda yaşanan milli informasiya resurslarımıza çöküşü, sayt və bir çox informasiya portallarının fəaliyyətinin dayanması , ölkənin informasiya təhdidlərinə dayanıqlı olub - olmaması barədə yazır: 

" Bu gün “Cloudflare” kimi qlobal anti-DDoS xidmətlərində yaranan fasilələr Azərbaycanda 9000 - dən çox milli resursumuşu da çökdürdü." 

O. Gündüz qeyd edib ki, baş verən hadisə milli rəqəmsal infrastrukturun dayanıqlığı ilə bağlı mühüm bir reallığı üzə çıxardı: xarici asılılıqlar ciddi fəsadlar verə bilər. 

Yəni rəqəmsal suverenlik dediyimiz məhz bu tip məsələlərdir.

Amma maraqlıdır ki , qlobal problemə baxmayaraq kritik təhlükəsizliyə cavabdeh olan XRİTDX və DTX perimetrinə daxil olan bütün dövlət qurumlarının saytları normal çalışıb.

Qısa bir monitorinq aparmaqla müəyyən etdim ki bütün Gov.az-lar normal çalışır.

XRİTDX tərəfindən mühafizə edilən dövlət informasiya ehtiyatlarına (AzStateNet və GOV.AZ zonası) baş verən qlobal problem heç bir təsir göstərməyib.

Təhlükəsizliyə cavabdeh olan bu qurumlar, əlbəttə bahalı olsa da, böyük xərclər tələb etsə də - kritik infrastrukturun dayanıqlığı üçün lokal mühafizə sistemlərindən və daxili AzStateNet şəbəkəsindən istifadə edir.

Cloudflare xidmətindən istifadə edən Azərbaycanın özəl və bəzi ictimai sektorunun, media sektorunun çox sayda resursları isə fəaliyyətini dayandırıb.

Özəllər və digər resurslar adətən dayanıqlı, rahat və güvənli fəaliyyət üçün daha ucuz və əlçatan olan Cloudflare xidmətlərindən istifadə edirlər. Amma görünən odur ki, bu tip güvənli qlobal resurslar da çökə bilir. 

Qlobal güvənli bir resursun sıradan çıxması ölkə daxilində biznesin dayanmasına səbəb oldu.

Bu, hər birimiz üçün, xüsusilə də kritikə aid olan özəllər üçün (qapalı informasiya olduğundan adlarını çəkmirəm, amma onların da saytlarından çökənlər vardı) ciddi bir dərsdir.

Ekspert qeyd edib ki, hətta ən etibarlı qlobal xidmətlər belə 100% zəmanət vermir. Xarici asılılıq nəzarətinizin xaricində olan risk deməkdir.

Düşünürəm ki, hibrid müdafiə strategiyasına üstünlük verilməsi - yalnız bir xarici xidmətdən asılı olmaq əvəzinə, yerli təhlükəsizlik həlləri ilə qlobal xidmətləri birləşdirən hibrid modellərə keçid daha doğru olardı.

Eyni zamanda dövlət tərəfindən milli statusa malik olan özəl və ictimai resursların, informasiya resurslarının dayanıqlığı üçün, onlar hətta kritikə aid olmasa da, təhlükəsizlik perimetrinə daxil edilməsi üçün səylər göstərilməsi doğru və faydalı olardı.

Turan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Noyabr 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see232

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see201

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see188

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see179

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see153

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see146

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see143

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see140

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see138

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see136

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see136

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri