Qlobal güc münasibətlərinin qaranlıq aləmi: Epşteyn Mossad , yoxsa Rusiya agenti idi?
Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ceffri Epşteyn işi cinsi istismar iddialarından kənara çıxaraq qlobal güc münasibətlərinin qaranlıq aləmlərinə doğru genişlənir.
Publika.az xəbər verir ki, "Hürriyet" qəzetinin köşə yazarı Gökçe Aytulu məhz bu məsələyə aydınlıq gətirib.
Onun sözlərinə görə, Epşteyn siyasət və maliyyə dünyası arasında gizli qapıları açan bir agent olub.
"Bəziləri Epşteynin "Mossad" və ya Rusiya agenti olduğuna inanırlar. Epşteyn ilə Britaniyanın ABŞ-dakı keçmiş səfiri Peter Mandelson arasındakı münasibətlərə nəzər saldıqda aydın olur ki, söhbət sadəcə bir agentdən deyil, qlobal təsir gücünə malik nüfuz alverçisindən gedir.
Yayımlanan sənədlər göstərir ki, 2009-cu ildə Böyük Britaniyanın ticarət komissarı olan Mandelson, Aİ-nin valyutasını xilas etmək üçün həyata keçirdiyi 500 milyard avroluq paketin sirlərini Epşteyn ilə bölüşüb. 2003 və 2004-cü illərdə Epşteyndən 75 min dollar məsləhət haqqı aldığı ortaya çıxan Mandelson, bu yaxınlarda Leyboristlər Partiyasından istefa verdi. Amma məsələ bununla bitməyəcək. Mandelson işi, çox güman ki, böyük bir hüquqi araşdırmaya çevriləcək", - yazar qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 04 Fevral 2026 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















