Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Epşteyn işi: Rusiya və Mossad versiyalarının pərdəarxası Ərəstun Oruclu

Epşteyn işi: Rusiya və Mossad versiyalarının pərdəarxası Ərəstun Oruclu

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Jeffri Epşteyn qalmaqalı ətrafında son günlər dövriyyəyə buraxılan “Rusiya agenti” və “Mossad əməliyyatı” versiyaları ciddi suallar doğurur. MTN-in keçmiş zabiti, “Şərq–Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bu iddiaları absurda bərabər adlandıraraq, Epşteyn cinayətinin böyük güclərin kəşfiyyat müharibəsinə alət edilməsinin təhlükəli nəticələrə yol aça biləcəyini deyir. Oruclunun fikrincə, məqsəd ağır cinayətlərin mahiyyətini kölgədə qoymaq, məsul şəxsləri cəzadan yayındırmaq və cəmiyyətlərin diqqətini real siyasi proseslərdən uzaqlaşdırmaqdır.

“Epşteyn Rusiya agenti imiş və belə çıxır ki, onun gördüyü çirkli işlər də Rusiya kəşfiyyatının əməliyyatı olub. Son 2 gündə dövriyyəyə buraxılan bu “məlumata” inansaq, o zaman başda ABŞ olmaqla, bütün qərb siyasi dairələrinin Rusiyanın qarmağında olduğunu qəbul etməliyik”.

Gununsesi.info xəbər verir ki, bu sözləri MTN-in keçmiş zabiti, “Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib.

O bildirib ki, Ceffri Epşteynin şəbəkəsində baş verənlərlə bağlı Rusiyanın da ətraflı məlumatı olub:

“Eyni zamanda onun seks kölələri arasında rus, belarus və s. millətlərin nümayəndələri arasında Rusiya xüsusi xidmət orqanları tərəfindən yeridilmiş agentlərinin olması da istisna deyil. Amma ABŞ-nin, xeyli Avropa ölkəsinin, ərəb monarxiyalarının, İsrailin biznes və siyasi dairələrindəki məşhur adlar “Rusiya agenti” Epşteyn tərəfindən belə bir çirkli işə cəlb olunubsa, (özü də ABŞ-nin “orta göbəyində”), o zaman buradan bir neçə qənaətə gəlmək olar:

Dünyanın aparıcı ölkələrinin xüsusi xidmət orqanlarında çalışanların azı 95%-ni oraya hansısa bir kolxozdan və ya tövlədən toplayıblar. Amma nə Amerikada, nə Avropada, nə də qalan ölkələrdə kolxozlar olmayıb və həmin ölkələrin xüsusi xidmət orqanlarında çalışanlar ciddi seçim və yoxlama prosedurlarıdan keçirlər. Seks yırtıcısının yetişməsində rolu olmuş bütün elm, sənət, biznes, media və siyasət əhli elə əvvəldən KGB, ardınca da FSB agentləri olublar. Absurddur, çünki belə olsaydı, nə Epşteynin iyrənc antiinsani əməllərinə, nə də onun özünə heç bir ehtiyac qalmazdı. Rusiya Epşteyn vasitəsilə az qala bütün aparıcı ölkələrin xeyli rəsmisini tələyə salıb. Cəfəngiyyatdır, çünki Rusiya xüsusi xidmət orqanlarının əlində az qala hər kəsə qarşı bu qədər “kompromat” olsaydı, ona qarşı tətbiq edilən sanksiyalara “cavab” çoxdan verilmiş olardı”.

Ərəstun Oruclu o cümlədən deyib:

Indi keçək xüsusilə bir sıra ABŞ informasiya platformaları tərəfindən səsləndirilən başqa bir versiyaya. Epşteyn “Mossad” agenti olub və gördüyü işlər də ona İsrail kəşfiyyatı tərəfindən tapşırılıb. Burada da əsas arqumentlər kimi aşağıdakı iddialar irəli sürülür:

Epşteyn və onun iş ortağı Gisleyn Maksvell, həmçinin də Epşteynin ortaya çıxmasında xüsusi rolu olmuş amerikalı iş adamlarının mütləq əksəriyyəti yəhudi kökənlidir. İlk baxışdan məntiqli görünür, amma nəzərə alanda ki, bütün bunların hamısı ABŞ-də baş verib, ortaya ciddi suallar çıxır.

Məsələn, 17-18 xüsusi xidmət orqanı olan bir ölkədə kiçik bir İsrail illər boyu bu cür əməliyyatlar keçiribsə, o zaman bu orqanların yüz minlərlə (bəli, məhz yüz minlərlə) əməkdaşı nə işlə məşğul olub? Xüsusi xidmət orqanlarının iş metodları ilə hətta səthi tanışlığı olan da bunun mümkün olmadığını deyə bilər. Elə həmin ABŞ-də İsrail kəşfiyyatına işləyən neçə casus ifşa edilərək həbsə atılıb. Məsələn, ABŞ hərbi institutlarından birinin analitiki olmuş Jonatan Pollard hərbi sirr təşkil edən məlumatları İsrail kəşfiyyatına ötürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilmişdi. Buna görə casusu ifşa edən ölkənin onun milli təhlükəsizliyinə təhdidlər yaradan Epşteynin cinayətinə illər boyu göz yumması yalnız nağıl kimi qəbul edilə bilər.

İsrail kəşfiyyatı Epşteyn vasitəsilə toplanmış kompromatlarla ABŞ siyasətçilərini təhdid edir.

ABŞ-də İsrailin xeyrinə qəbul olunan qərarlara qarşı çıxan siyasətçilər barmaqla sayılacaq qədər azdır və onların da heç biri Epşteyn qalmaqalının iştirakçıları arasında yoxdur. Demək, bu “arqument” də tənqidə davam gətirə bilməz.

Rusiya versiyasının bir, İsrail versiyasının isə digər (özü də əks) cinahdan ortaya atıldığını nəzərə aldıqda görünür ki, baş vermiş cinayətdən həm də daxili siyasi mübarizədə istifadə etmək niyyətində olanlar da az deyil. Elə Nyu-York merinin anası ilə bağlı deyilənlər də buna işarə edir”.

O, son olaraq bildirib:

“Xatırladım ki, Nyu-York meri Zohran Mamdaninin anasının guya Epşteynlə əlaqəsi olması haqda hətta “foto” da yayılmışdı. Onun saxta olduğu da sübuta yetirildi. Burada da məqsədlərdən biri törədilmiş ağır cinayətlərdən ibarət qalmaqalı siyasi mübarizə alətinə çevirərək, günahkarları cəzadan yayındırmaq ola bilər. Belə diskussiyalar sonda həm insanları yorur, həm də məsələnin ciddiliyini azaldır. Digər bir məqsəd də qalmaqal üzərindən həyata keçirilməsi nəzərdə tutulan planlardan insanların diqqətini yayındırmaq üçün ortaya belə predmetsiz və isbatı (eyni zamanda da təkzibi) mümkünsüz görünən iddialar atmaq ola bilər. Başqa bir və daha təhlükəli məqsəd də etnik, dini və irqi zəmində mübahisə və münaqişə(lər) yaratmaqla cəmiyyətləri yeni siyasi münasibətlər sisteminin qurulmasında iştirakdan kənarda qoymaq ola bilər. Bu da öz növbəsində bir daha sübut edir ki, Epşteyn cinayəti hansısa ayrıca bir ölkənin deyil, “kollektiv əməyin” bəhrəsidir və burada da ən başlıca vəzifələrdən biri (bəlkə də birincisi) insanları və cəmiyyətləri siyasi proseslərdən iştirakdan kənarda saxlamaqdır. Hələlik görünənlərdən biri budur”.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Fevral 2026 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri