Icma.az
close
up
RU
Qlobal güclər Azərbaycanla barışdı? Bakı razılığının pərdəarxası

Qlobal güclər Azərbaycanla barışdı? Bakı razılığının pərdəarxası

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

300 milyard dollar məsələsində razılığa gəlinməsi qlobal güclərin Bakı ilə anlaşdığına, barışdığına dəlalət edir?

Globalinfo.az-a danışan deputat politoloq Zaur Məmmədov deyib ki, rəsmi Bakı COP29-u uğurla başa vurdu:

“Özü də bu bəzi dövlətlərin hökumətlərinin riyalarlığına baxmayaraq oldu. Bakıda baş tutan tədbir COP tarixində ilk dəfə olaraq dünyadakı bəzi dövlətlərin riyakar siyasətini tam çılpaqlığı ilə ifşa etdi. Bu da təsadüfi deyil. Çünki Qərbin, xüsusilə Kanada, Fransa, Aİ-nin tutduğu mövqe uzun illərdir ki, qlobal çağırışların həll edilməsinə ən böyük maneədir. COP29 onları ifşa etdi və planetin aparıcı dövlətlərinin destruktiv siyasətini bir daha hər kəsə sübuta yetirdi.

2009-cu ildə inkişaf etmiş ölkələr 2020-ci ilə qədər ildə 100 milyard dollar “səfərbərlik” etmək barədə razılığa gəlmişdilər. Həmin rəqəm inkişaf etməkdə olan ölkələrin ehtiyaclarının böyük bir hissəsini ödəməsə də, razılıq bundan ibarət idi. Sonradan trilyon dollardan danışılsa da, indiyədək hətta 100 milyard dollarlıq vəsait belə inkişaf etmiş dövlətlərin bir çoxu tərəfindən xəsisliklə qarşılanıb. Nümunə üçün, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) görə, onlar 2020-ci ildə cəmi 83,3 milyard dollar toplamışdılar. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) son hesabatı belə nəticəyə gəlir ki, inkişaf etməkdə olan ölkələrə iqlimlə bağlı sərmayələr 2030-cu ilə qədər dörd-səkkiz dəfə artmalı və ildə təqribən 2-3 trilyon dollara çatmalıdır”.

Zaur Məmmədov

Politoloq qeyd edib ki, Paris danışıqlarından bu tərəfə COP tədbirlərində maliyyə yardımının ayrılması ilə bağlı yekun məxrəcə gəlmək mümkün olmur:

“Daha doğrusu, Qərbin bəzi aktorlarının destruktiv fəaliyyəti ucbatından qlobal güclər üçün böyük rəqəm sayılmayacaq vəsaitinın inkişafda olan və geridə qalmış dövlətlərə ayrılması mümkün olmayıb.

Bu dəfə də, COP29 ərəfəsində və tədbirlər zamanı bəzi iştirakçı dövlətlərin tutduğu mövqe qlobal çağırışlarla bağlı onların məsuliyyətsiz və riyakar olduğunu göstərdi. Xüsusən rəsmi Parisin atdığı addımlar XXI əsrdə hələ də neomüstəmləkəçi siyasəti aparan dövlətin imicinə böyük bir zərbədir.

Beləcə, Azərbaycanı və bəşəriyyət qarşısında duran problemlərin həllini istəməyən qüvvələrin səylərinə baxmayaq Bakıda keçirilən COP29 tədbirində COP tarixində ilk dəfə olaraq mühüm razılıqlar əldə edildi. Bu uğurlara rəsmi Bakının sərf etdiyi böyük əmək nəticəsində nail olundu. Azərbaycan bu kimi tədbirləri keçirən və keçirmək istəyən dövlətlər üçün nümunə rolunu oynadı. Göstərmiş oldu ki, etimadı qazanmaq azdır, etimadı doğrultmaq lazımdır”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Noyabr 2024 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri