Icma.az
close
up
RU
Qlobal Bakı Forumunda panel iclası “Yeni dünya düzənində orta güclər”

Qlobal Bakı Forumunda panel iclası “Yeni dünya düzənində orta güclər”

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu martın 14-də işini panel iclaslarla davam etdirib.

AZƏRTAC xəbər verir ki, Ekvadorun xarici işlər naziri Mariya Fernando Espinazonın moderatorluğu ilə keçirilən sessiya “Yeni dünya düzənində orta güclər" mövzusuna həsr edilib.

Bolqarıstanın xarici işlər naziri Georq Georqiev bu gün dünyanın geosiyasi təlatümlərlə üzləşdiyini qeyd edərək, İkinci Dünya müharibəsindən sonra dünyada hərbi münaqişələrin indiki qədər çox olmadığını diqqətə çatdırıb. "Bu gün sürətli dəyişikliklər gedir. Sosial bərabərsizlik dərinləşir, siyasi müstəvidə ayrı-seçkilik baş verir", - deyə o əlavə edib.

Xarici işlər naziri baş verən bu hadisələrin qlobal düzənə, sülhə və rifaha təhdid olduğunu bildirərək deyib: “Dünyada qlobal təhlükəsizlik və sabitlik bərqərar olmalıdır. Bolqarıstan həmişə çoxtərəfliliyi dəstəkləyir. Biz addımlarımızı BMT-nin Nizamnaməsi əsasında atırıq. Hazırda bütün dünyada dəyişikliklər gedir. Bolqarıstan hər zaman ümumi dəyərlərə və prinsiplərə dəstək olub. Biz, həmçinin Ukraynada dayanıqlı sülhü bərqərar etməliyik”.

Onun sözlərinə görə, Avropa İttifaqı enerji şaxələndirilməsində mühüm rol oynayır. “Bolqarıstan öz dayanıqlı səylərini bundan sonra da göstərəcək. Elə etməliyik ki, enerji təchizatımız dayanıqlı olsun, həmçinin iqlimə də zərər vurmasın”, - deyə nazir vurğulayıb.

Avstriyanın sabiq xarici işlər naziri Benita Ferrero-Valdner ortamiqyaslı ölkələrin koalisiyasının tez bir zamanda qurulmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, əgər koalisiya qurulsa, bu, konkret bir dövlətə təsir göstərmə gücünə malik ola bilər. Həmçinin bunun vasitəsilə regional tərəfdaşlıq da yarana bilər.

"Mən xarici işlər naziri olan dövrdə də bunu demişdim: ortaq sülh, sabitlik kimi əsas təməli təşviq edən siyasəti dəstəkləməliyik və ortamiqyaslı ölkələr bu sahədə böyük dəstək vasitəçisi ola bilər", - deyə Benita Ferrero-Valdner diqqətə çatdırıb.

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov dəyişən dünyada ənənəvi dəyərlərin elə biz danışdığımız zamanda da pozulduğunu, məhv edildiyini bildirərək, BMT-nin Nizamnaməsinə uyğun gəlməyən halların göründüyünü billdirib. "Azərbaycan uzun illər Ermənistanın hərbi təcavüzündən əziyyət çəkib. Biz Türk Dövlətləri Təşkilatını qurmuşuq və bu təşkilat hər il daha da güclənir. Qoşulmama Hərəkatı aparıcı platforma kimi çıxış edir. Bu hərəkat BMT-dən sonra ikinci böyük təşkilat hesab olunur. Dünyada isə münaqişələr səngimir. Belə bir vaxtda Azərbaycan fəal diplomatik təşəbbüslər nümayiş etdirir", - deyə o diqqətə çatdırıb.

Nazir müavini ölkələrin müstəqil qərar qəbul etmək iqtidarında olmasını vacib amil hesab edib. Bildirib ki, ölkələr milli maraqlarını üstün tutmalıdır. "Həmçinin iqtisadi müstəqillik olmadan özünüzü müdafiə edə bilməzsiniz. Əgər dünyada öz yerinizi müəyyənləşdirmək istəyirsinizsə, birmənalı olaraq güclü iqtisadiyyatınız olmalıdır", - deyə E.Məmmədov qeyd edib.

İslandiyanın sabiq Prezidenti Olafur Raqner Qrimsson dünyanın yüksək templə dəyişdiyini vurğulayaraq, prezidentliyinin sonuncu dövründə Asiyanın böyük bir gücə çevrildiyinin şahidi olduğunu bildirərək deyib: "Biz görürük ki, Çin orta və kiçikmiqyaslı ölkələrlə münasibət qurur. Bu isə düzgün taktikadır".

Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç regional güc haqqında danışaraq bir çox məsələdə əsas rol oynamaq üçün böyük güclərin orta güclərlə ümumi baxışlarının olmasının vacibliyini vurğulayıb. O qeyd edib: “Burada, həmçinin etimad da böyük rol oynayır. Biz bir yenilik gətirmək istəyirik və şansımız da var. Lakin bu, istədiyimiz məcrada getməyə də bilər. Təkliflərimiz orta güclər, məsələn, Avropa İttifaqı və Çin tərəfindən dəstəklənə bilər”.

Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov İkinci Dünya müharibəsindən sonra Amerikanın yeganə supergüc kimi özünü göstərdiyini qeyd edib. Sabiq Prezident, həmçinin Trampın tariflərlə bağlı qərarına orta gücdə olan ölkələrin necə münasibət göstərəcəyinin vacibliyinə də toxunub.

Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin iqlim dəyişmələrinin, miqrasiya məsələlərinin, kibertəhlükəsizliyin, süni zəkanın bu gün dünyada qarşılaşdığımız əsas problemlərdən biri olduğunu qeyd edib. O diqqətə çatdırıb: “Bizə yenə də sülh lazımdır. Azərbaycanla Ermənistan arasında dayanıqlı sülh hələ də əldə olunmayıb. Kosovo yenə də Serbiya ilə problemli vəziyyətdədir. Orta Şərq problemli vəziyyətdədir. Orta Şərq gələcəyimizi formalaşdıracaq. Bunun üçün kollektiv səy və əməkdaşlıq lazımdır. Hazırda isə bunun əksi baş verir. Trampın siyasəti çoxtərəfliliyə xidmət etmir. Cari problemlərin həllinə gəldikdə onların əllərində böyük imkanlar var. Türkiyə orta ölçülü və regional bir gücdür. Türkiyə qlobal rifahın əldə olunmasında mühüm rol oynayır.

Müasir tarixdə dəyişikliklərin baş verdiyini deyən Maltanın sabiq Baş naziri Cozef Muskat kiçik güclərin azadlığı təşviq etdiyini vurğulayaraq bildirib: "Bu, seysmik bir dəyişiklikdir və ən çox qloballaşma ilə bağlıdır".

Latviyanın sabiq müdafiə naziri Artis Pabriks isə diqqətə çatdırıb ki, kiçik və orta ölkələrin arzusu həmişə ədalətlə bağlı olur. Onlar ədaləti ya beynəlxalq təşkilatlarda, ya da müdaxilə edəcək tərəfdaşlarda axtarırlar və konsepsiya, nəzəriyyədən asılı olmayaraq, istədiklərini edirlər.

Monqolustanın sabiq Prezidenti Nambaryn Enkhbayar öz ölkəsi barədə danışaraq, kiçik dövlətləri açıq və fəal olmağa çağırıb. "Bizə müttəfiqlər lazımdır. Güclü ölkələr tək də bir hər şeyin öhdəsindən gələ bilərlər. Lakin kiçik ölkələr ləng davrana bilməzlər. Bu, onları ölümə sürükləyə bilər. Kiçik ölkələrin qərar vermək vaxtı gəlib çatıb. Biz islahatların önündə olmalıyıq", - deyə sabiq prezident əlavə edib.

Panel iclası müzakirələrlə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Mart 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri