Icma.az
close
up
RU
Qlobal iqlim dəyişikliyi Azərbaycana da təsirini göstərir Həsən Nəbiyev

Qlobal iqlim dəyişikliyi Azərbaycana da təsirini göstərir Həsən Nəbiyev

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Coğrafiya İnstitutunun İqlim şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev bildirib ki, qlobal istiləşmə xüsusilə Arktikada daha sürətlə gedir. Onun sözlərinə görə, qütbətrafı ərazilərdə temperaturun artması nəticəsində buzla örtülü sahələr azalır, bu isə yüksək və aşağı enliklər arasında temperatur və təzyiq fərqlərinin zəifləməsinə səbəb olur. Nəticədə hava kütlələrinin hərəkəti zəifləyir və isti hava daha uzun müddət eyni ərazidə qalır. Bu proseslər həm də atmosferdə rütubətin artmasına və ekstremal hava hadisələrinin güclənməsinə gətirib çıxarır. Məsələn, 2021-ci ilin iyul ayında Almaniyada baş vermiş və böyük dağıntılara səbəb olmuş “Bernd” siklonu bu tendensiyanın təzahürü hesab olunur.
Həsən Nəbiyev qeyd edib ki, “World Weather Attribution” qrupunun araşdırmalarına görə, son 100 ildə ekstremal isti hava dalğalarının təkrarlanma tezliyi on dəfədən çox artıb. Eyni zamanda, bu cür hadisələr zamanı temperatur əvvəlki dövrlərlə müqayisədə təxminən 4°C daha yüksək olur.

Atmosfer sirkulyasiyasında baş verən dəyişikliklər nəticəsində Aralıq dənizindən Barens dənizinə qədər uzanan yüksək təzyiq sahələri formalaşır və bu, Atlantik okeanından gələn rütubətli hava kütlələrinin hərəkətini məhdudlaşdırır. Nəticədə bəzi bölgələrdə quraqlıq, digərlərində isə intensiv yağıntılar müşahidə olunur.
“İqlim dəyişiklikləri Azərbaycanda da öz təsirini göstərir. Ölkə ərazisində sel, daşqın, dolu kimi təbii fəlakətlərin sayı artır, küləklərin istiqaməti və gücü dəyişir, temperatur yüksəlir, yağıntı azalır və su ehtiyatları ilə bağlı problemlər yaranır. Tədqiqatlar göstərir ki, bu dəyişikliklər həm də Günəş fəallığının artması ilə əlaqəlidir. Hazırda Günəşin 25-ci 11 illik siklinin aktiv mərhələsində olması atmosfer proseslərində dəyişkənliyi artırır və meridional hava axınlarının daha tez-tez baş verməsinə səbəb olur”,-deyə alim bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azvision.az
archiveBu xəbər 09 Aprel 2026 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri