Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Səhiyyə Nazirliyində yeni təyinat

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

5 dövlət şirkəti ləğv olundu QƏRAR

QLOBAL İQTİSADİYYATI TRANSFORMASİYA EDƏN 5D Deputatın yazısı

QLOBAL İQTİSADİYYATI TRANSFORMASİYA EDƏN 5D Deputatın yazısı

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Tahir Mirkişili,

Milli Məclisin deputatı

Qlobal iqtisadiyyat indi bir neçə il əvvəl, koronavirus pandemiyasından əvvəl olduğundan çox fərqlidir. Hazırda qlobal iqtisadiyyatı və qlobal maliyyəni dəyişdirən əsas struktur dəyişiklikləri baş verir.

Bu dəyişikliklər 5 əsas qüvvənin – “5D”nin: deqloballaşma (de-globalization), karbonsuzlaşma (de-carbonization), borc (debt), rəqəmsallaşma (digitalization) və demoqrafiyanın (demographics) eyni vaxtda təsiri ilə reallaşır.

Deqloballaşma faktoru. Qloballaşmadan geri çəkilmə sürətlənir, çünki ticarət gərginliyi, geosiyasi rəqabətlər və təchizat zəncirindəki zəifliklərin yenidən qiymətləndirilməsi iqtisadi millətçiliyin canlanmasını və ticarətin regionallaşdırılmasını gücləndirir.

Dünyada hər il tətbiq edilən ticarət məhdudiyyətlərinin sayı 2019-cu ildə təxminən 1000-ə yaxın idisə, 2023-cü ildə 3000-i keçmişdor. Tramp administrasiyasının ABŞ tariflərini artırmaqla bağlı elan etdiyi siyasəti nəzərə alsaq, bu rəqəm daha da artacaq.

Deqloballaşma iqtisadi artım üçün əhəmiyyətli problemlər yaradır və inflyasiyanın yüksəlməsi risklərini əhəmiyyətli dərəcədə artırır. Ticarətin parçalanması ixtisaslaşma və rəqabətin faydalarını azaldır və iqtisadiyyatın moqyas effektini məhdudlaşdırır. Eyni zamanda, maliyyə parçalanması transsərhəd kapital axınını məhdudlaşdırır və makromaliyyə dəyişkənliyini sürətləndirir.

Təhlillər göstərir ki, deqloballaşmanın iqtisadiyyata təsirləri müxtəlif olacaqdır. İnkişaf etməkdə olan iqtisadiyyatların birbaşa xarici investisiyalardan asılılığı və enerji və əmtəə təchizatı risklərinə məruz qalması səbəbindən inkişaf etmiş iqtisadiyyatlarla müqayisədə qeyri-mütənasib şəkildə təsirlənəcək. Nəzərə almaq lazımdır ki, deqloballaşma iqlim dəyişikliyi kimi qlobal problemlərin həlli səylərinə də mane ola bilər.

Eyni zamanda, bəzi ölkələr və ya regionlar artıq qurulmuş ticarət əlaqələrinin pozulmasından və yenilərinin formalaşmasından faydalana bilər. Məsələn, Çinin ABŞ ilə ticarət əlaqələri zəiflədikcə Cənub-Şərqi Asiyada yeni ticarət əlaqələri yaranır.

Dekarbonizasiya faktoru. Tanınmış iqlimşünas Ramanathan xəbərdarlıq edir ki, qlobal istiləşmə gözlənildiyindən daha sürətli baş verəcək və emissiyalara nəzarət edilməzsə, 2030-cu ilə qədər iqlim dəyişikliyi hamı tərəfindən hiss olunacaq – “COVID-19 kimi hər evə daxil olacaq”.

İqlim dəyişikliyinin ekstremal hava hadisələri şəklində təsirləri artıq acı reallıqdır: yağışlar, daşqınlar, yanğınlar, qasırğalar adı hal almağa başlamışdır.

İqtisadi tərəfdən baxanda bu reallıqlar inflyasiyaya meyllidir: iqlim dəyişikliyinə uyğunlaşmaq üçün fiskal dəstək tələb olunur, lakin bu dəstək məhsuldarlığın artması və ya vergi bazasında artım hesabına təmin oluna bilmir. Yaşıl istiqrazlar və davamlı kreditlər artsa da, onlar hələ bu problemləri həll etmək üçün kifayət qədər yetərli deyillər.

Demoqrafik amil. Əhalinin yaşlanması işçi qüvvəsinin azalmasına səbəb olur. Gözlənilən ömür uzunluğunun artması və məhsuldarlığın azalması yaşlanmış əhali üçün səhiyyə və pensiya müavinətləri xərclərinin artması səbəbindən fiskal yükü daha da artırır.

Borc faktoru. Qlobal miqyasda dövlət xərclərinin artması artıq rekord həddə çatan dövlət öhdəliklərinin artmasına səbəb olur. Dünya İqtisadi Forumunun məlumatına görə, qlobal borc əsasən inkişaf etmiş ölkələrin hesabına rekord həddə - 307 trilyon dollara çatıb. Təkcə koronavirus pandemiyası zamanı dəstək təsbirləri inkişaf etmiş ölkələrin dövlət borcunu 50 trilyon dollar artırıb.

Son iki onillikdə olduğundan daha yüksək faiz dərəcələri ilə birlikdə dövlət borcunun bu artımı, çox güman ki, əlavə borcların alınması üçün daha yüksək risklərin yaranmasına və borclara xidmət xərclərinin daha da artmasına səbəb olacaq. Məsələn, 2025-ci ildə ABŞ-da dövlət borcun ödənilməsi xərcləri büdcənin müdafiə xərclərini keçəcəkdir. Təqdirə layiq haldır ki, Azərbaycanda bunun əksi baş verir. Belə ki, borca xidmətlə bağlı xərclər dövlət büdcəsini müdafiə xərclərindən bir neçə dəfə azdır.

Artan borc hökumətin infrastruktura, təhsilə və tədqiqata - uzunmüddətli iqtisadi artım üçün əsas olan sahələrə investisiya qoymaq imkanlarını məhdudlaşdırır. Davamlı dövlət borclanması özəl sektor üçün də kapitalın dəyərini artırarsa və bu, faiz dərəcələrinin artmasına səbəb olarsa, bu sıxışdırıcı təsir daha da güclənə bilər.

Rəqəmsallaşma faktoru. Qlobal iqtisadi artım üçün yuxarıda göstərilən bütün əhəmiyyətli çətinliklərdən tamamilə fərqli olaraq, rəqəmsallaşmaya doğru tendensiyalara daha çox əls təsir göstərir. Rəqəmsallaşma, süni intellekt (AI) və texnoloji innovasiyalar iqtisadi artımı ləngidən amillərə qarşı tarazlıq təmin etməyi vəd edir. Məsələn, sənaye üzrə generativ süni intellektin (GenAI) geniş tətbiqi zamanı əmək məhsuldarlığının ildə təxminən 1,5% artması və ümumi iqtisadi faydanın idə 2,6 trilyon dollardan 4,4 trilyon dollara qədər olacağı təxmin edilir.

Bütün bu "5D" faktorları arasındakı qarşılıqlı əlaqə olduqca mürəkkəbdir, Tariflərin artırılması iqtisadi fəallığın azalmasına və nəticədə vergi daxilolmalarının azalmasına, büdcə kəsirinin pisləşməsinə gətirib çıxarır. Eyni zamanda dekarbonizasiya və demoqrafik dəyişikliklərlə əlaqədar sosial sahənin maliyyələşdirilməsi çətinləşəcək. Eyni zamanda, dekarbonizasiya ilə bağlı xərclər inflyasiya xarakteri daşıyır və pul siyasətinin effektivliyini məhdudlaşdırır.

Digər tərəfdən, rəqəmsal texnologiyaların inkişafı enerji istehlakını optimallaşdırmağa və yaşıl texnologiyalardan inkişafı sürətləndirməyə kömək edə bilər. Texnologiyaların geniş tətbiqi potensial olaraq istənilən inflyasiya təsirini azalda və daha geniş mənada məhsuldarlığın artımını təmin edə bilər.

Azərbaycan iqtisadiyyatınln sabit inkişafı həm bu faktorların təsiri altında baş verir. İqtisadi gəlirlərimizin artması, iqtisadiyyatın çeşidlənməsi, sosial dəstəyin güclənməsi, rəqəmsallaşmanın sürətlənməsi gələcəkdə yarana biləcək bir çox risklərin indidən neytrallaşmasına imkan verəcəkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Mart 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see488

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see459

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see333

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see267

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see250

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see247

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see241

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see233

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see229

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see228

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see221

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see214

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see212

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see209

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see206

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see197

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see189

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see180

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see180

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri