Icma.az
close
up
RU
RusiyaUkrayna müharibəsi: yeni faza və gözləntilər... TƏHLİL

RusiyaUkrayna müharibəsi: yeni faza və gözləntilər... TƏHLİL

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Rusiya-Ukrayna müharibəsi yeni fazaya daxil olub.

Xüsusilə baş verən son iki hadisə həm diqqət çəkir, həm də narahatlıq yaradır:

1.ABŞ, Fransa və Britaniya Ukraynaya ATACMS və digər raketlərdən istifadəyə icazə verdi;

2.Prezident Vladimir Putin Rusiyanın nüvə doktrinasını təsdiq etdi.

Ukrayna ordusu artıq ATACMS və Britaniya istehsalı “Storm Shadow” uzaqmənzilli raketləri ilə Rusiyanın dərinliklərinə zərbə endirib. Rusiya isə nüvə silahından istifadə edəcəyinə dair xəbərdarlıq edir.

ABŞ, Fransa və Britaniyanın Ukraynaya verdikləri silahlardan istifadəyə razılıq verməsi onların birbaşa müharibəyə qoşulması mənasına gəlmir. Yəni müharibə yenə Rusiya və Ukrayna arasında gedir. ABŞ, Fransa və Britaniyanın bu addımı atmaqda həm kollektiv, həm də fərdi maraqları var. Lakin əsas məsələ “tamam, yoxsa davam” sualına cavab tapmaqdır.

Kiyev uzun müddət idi, ATACMS və digər bəzi silahlardan istifadəyə dair qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını istəyirdi. Hətta Rusiyaya effektiv cavab zərbəsi vura bilməmələrini də bununla əsaslandırırdılar.

Ukraynanın Rusiyadakı hərbi hədəfləri Qərbin uzaqmənzilli raketləri ilə vurmağa başlaması ilk vaxtlar effekt verəcək. Lakin bir müddət sonra rus ordusu bu hücumları da dəf edəcək və daha ağır cavab zərbəsi vuracaq. Bunu göstərən məqam isə Prezident Vladimir Putinin Rusiyanın nüvə doktrinasını təsdiq etməsidir.

Fikrimcə, Rusiya son ana qədər Ukraynaya qarşı nüvə silahından istifadə etməyəcək.

Kremlin mətbuat katibi Dmitri Peskovun da dediyi kimi, nüvə silahından istifadə Rusiya tərəfindən son çarə hesab olunur. Rusiya həmişə nüvə silahına çəkindirmə vasitəsi kimi baxıb.

Nüvə silahından istifadə həm xərcli, həm də riskli addımdır. Söhbət tələfatın miqyasının böyük olmasında deyil, zərbənin ətraf ölkələrə ekoloji zərərindən gedir. Rusiyanın ehtimal nüvə zərbəsi ən yaxşı halda Çernobıl fəlakəti ilə eyni miqyasda faciə ilə nəticələnə bilər.

Moskva müharibəni Ukrayna hakimiyyəti ilə apardığını, xalqı ilə problemi olmadığını deyir. Belə bir hücumdan sonra bu arqument sıradan çıxacaq. Yəni Rusiya Ukraynanı əbədiyyən itirə bilər.

Moskva son ana qədər nüvə silahından istifadə etməyəcək. Lakin əvəzində ballistik raketlərdən istifadə etməyə başlayıb.

Rusiya Trampın ABŞ prezidenti səlahiyyətini icra etməyə başlamasını gözləyir. Yəni, bu vaxta qədər radikal qərar verməsi real deyil. Putin Trampla ortaq məxrəcə gələ biləcəyini düşünür. Ən azından tərəflər arasında atəşkəs imzalana bilər. İndiki məqamda bu həm Rusiyaya, həm də Qərbə lazımdır.

O ki qaldı Üçüncü Dünya müharibəsinə, hələlik bundan danışmaq üçün tezdir. Ümumiyyətlə, klassik mənada Üçüncü Dünya müharibəsinin başlayacağını gözləmirəm. Lakin hazırda dünya miqyasında “müharibələr zənciri” var və bunu ən yaxşı halda “kölgə Üçüncü Dünya müharibəsi” adlandırmaq olar.

Üçüncü Dünya müharibəsindən danışmağımız üçün ən azından bundan öncəki iki müharibəyə nəzər yetirməli, niyə “dünya müharibəsi” dediyimizi analiz etirməliyik. Hətta Rusiya Ukryanada nüvə silahından istifadə etsə belə, bu, qeyd olunan tərzdə qlobal müharibəyə səbəb olmayacaq. Çünki təcrübə göstərir ki, bu tipli silahlar istifadə edildikdən sonra müharibə başlamır, əksinə bitir.

Turan Rzayev

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://mia.az
archiveBu xəbər 21 Noyabr 2024 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri