Icma.az
close
up
RU
Qlobal istiləşmənin Azərbaycanda təzahürləri

Qlobal istiləşmənin Azərbaycanda təzahürləri

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illər dünyada təbii fəlakətlərin sayı artıb. Quraqlıq, leysanlar, meşə yanğınları və daşqınlar artıq təəccüblü deyil. Mütəxəssislər təbiətin şıltaqlığını planetin yeni ekoloji reallığı kimi qəbul edirlər. Atmosferdəki kəskin dəyişikliklərin əsas səbəbi isə temperaturun yüksəlməsidir. Hava isindikcə, özündə daha çox su buxarı, yəni rütubət saxlayır. Nəticədə buludlarda yığılan su qısa müddətdə normadan artıq yağış şəklində yerə tökülür. Bu vəziyyət sel və daşqın riskini artırır, şəhərləri iflic edir və milyardlarla dollar zərər vurur.

Mövzu ilə bağlı coğrafiya elmləri doktoru Səid Səfərov bildirdi ki, fəlakətlərin kökündə qlobal hava axınlarının pozulması dayanır: “Normal şəraitdə Arktika üzərində formalaşan soyuq hava kütlələri müəyyən xətt üzrə hərəkət edir. Elmdə “hava burulğanı” adlanan bu sistemlər dünyada iqlim balansını qoruyur. Lakin qlobal istiləşmə və güclü atmosfer təzyiqləri səbəbindən bu burulğanlar zəifləyir və parçalanır. İstiqamətini itirən hava axınları fərqli bölgələrə yayılır. Nəticədə müxtəlif yerlərdə qəfil temperatur dəyişmələri, güclü leysanlar və sellər yaranır”. Alimin sözlərinə görə, son aylar ölkəmizdə və regionda müşahidə olunan qeyri-sabit hava şəraiti məhz qlobal proseslərin nəticəsidir. Bu, həm də havanın kəskin dəyişməsinin təsadüfi və ya yerli amillərlə bağlı deyil, arxasında böyük iqlim hərəkətlərinin dayandığını göstərir. Deməli, Azərbaycandakı intensiv yağışlar da ümumi iqlim dəyişikliyinin bir hissəsidir.

Coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev iqlim ssenarilərində fərqli məqama diqqət çəkir. Alim qeyd edir ki, hazırda dünyada iqlim dəyişmələrinin əsas səbəbi kimi antropogen, yəni insan amili ön plana çəkilsə də, təbii geofiziki faktorlar da bu dəyişikliklərdə böyük rol oynayır. Onun sözlərinə görə, aparılan tədqiqatlar ekstremal hava hadisələrinin, xüsusilə mart-may aylarında artan leysan yağışlarının həm də Günəş fəallığının yüksəlməsi ilə bağlı olduğunu sübut edir. H.Nəbiyev vurğulayır ki, Günəşin növbəti aktivliyi şimal-cənub istiqamətli kəskin hava axınlarını sürətləndirir. Azərbaycanda və ətraf coğrafiyada sel, daşqın və dolu kimi fəlakətlərin tez-tez təkrarlanması məhz bu meridional hava axınlarının intensivləşməsi ilə bağlıdır. İqlimşünasın fikrincə, hazırda Azərbaycanın dağətəyi zonalarında quraqlaşma və ümumi yağıntı azalması müşahidə edilsə də, yüksək dağlıq ərazilərə doğru qalxdıqca, yağıntıların qəfil artması və anomal xarakter alması prosesi gedir ki, bu da dağ çaylarında fəlakətli sellərin yaranma mexanizmini birbaşa stimullaşdırır.

Ekspert Sadiqə Mehdiyeva isə hesab edir ki, Azərbaycanın iqlim siyasətində əsas prioritet adaptasiya tədbirlərinin gücləndirilməsi olmalıdır. Onun sözlərinə görə, ölkənin qlobal istixana qazı emissiyalarında payı cəmi 0,1 faiz təşkil edir və Azərbaycan əsasən özünün yaratmadığı iqlim böhranının nəticələrini idarə etmək məcburiyyətindədir. Bu səbəbdən sosial, iqtisadi və urban planlaşdırma sahələrində iqlim risklərinin nəzərə alınması strateji zərurətə çevrilib.

* * *

Regional miqyasda da oxşar tendensiyalar müşahidə olunur. Rusiya Federasiyasının Dağıstan bölgəsi, Türkiyə, İran və Azərbaycan artıq eyni iqlim xəttində oxşar risklərlə üz-üzədir. İranda baş verən genişmiqyaslı daşqınlar kənd təsərrüfatı zonalarını və şəhər infrastrukturunu ciddi şəkildə zədələyib, minlərlə insan evsiz qalıb. Dağıstanda sel axınları dağlıq kəndləri və yol infrastrukturunu sıradan çıxarıb, insan itkilərinə səbəb olub. Türkiyədə isə intensiv yağışlar torpaq sürüşmələri və şəhər infrastrukturunun çökməsi ilə nəticələnib.

Azərbaycanda iqlim dəyişikliklərinin təsirləri daha sistemli şəkildə hiss olunur. Milli Hidrometeorologiya Xidmətinin məlumatlarına görə, Bakı və Abşeron yarımadasında qeydə alınan yağıntılar son illərdə rekord göstəriciləri üstələyib. Statistika son 10 ildə intensiv yağışların 6 dəfə, daşqınların isə 18 dəfə artdığını göstərir. Bu isə iqlim dəyişikliklərinin statistik deyil, struktur xarakter aldığından xəbər verir. Məsələn, mayın 17-də Bakıda və Abşeron yarımadasında sutka ərazində düşən yağıntının miqdarı 116 mm qeydə alınıb ki, bu da aylıq normanın 589 faizini təşkil edib.

2024-cü ildə təsdiqlənmiş Milli Adaptasiya Planında qeyd olunur ki, yaxın illərdə istilik dalğalarının, quraqlığın, güclü küləklərin və intensiv yağıntıların daha da artması gözlənilir. 1952, 1969, 1992, 1993 və 2026-cı illərdə Kür çayı hövzəsində daşqınlar tarixi nümunə kimi göstərilsə də, müasir dövrdə bu hadisələrin daha sıx intervalda baş verməsi vəziyyəti çətinləşdirir.

Şübhəsiz ki, Bakı və digər şəhərlərdə müşahidə edilən intensiv yağıntılar mövcud kanalizasiya və drenaj sistemlərinin layihə gücünü aşaraq subasma risklərini artırır. Bu isə urban infrastrukturun iqlim dəyişikliklərinə uyğunlaşdırılması məsələsini aktuallaşdırır.

* * *

Təbiət əvvəlki dayanıqlı sabitliyindən tamamilə uzaqlaşıb, proqnozlaşdırıla bilməyən və aqressiv xarakter alıb. Buna uyğun olaraq sürətli urbanizasiya və əhali sıxlığının artması fonunda şəhərsalma və infrastruktur sahəsində də köhnə standartlar öz effektivliyini itirib. Mövcud kommunikasiya, kanalizasiya və enerji sistemləri kəskin hava şəraitinə və qəfil subasmalara tab gətirmir. Bu vəziyyət şəhərlərin tamamilə “ağıllı” və ekoloji cəhətdən dözümlü modellərlə yenidən qurulmasını, memarlıqda yaşıl texnologiyaların tətbiqini qaçılmaz edir. Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumu məhz bu baxımdan qlobal iqlim gündəliyində xüsusi yer tutur. Forum şəhərlərin dayanıqlılığı, iqlim risklərinin idarə olunması və ekoloji təhlükəsizlik kimi məsələlərin beynəlxalq səviyyədə müzakirəsi üçün mühüm platformadır. Bakının bu cür beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın qlobal iqlim siyasətində aktiv rolunu və regional əməkdaşlığa verdiyi önəmi nümayiş etdirir.

Forum çərçivəsində “yaşıl şəhər” konsepsiyası, alternativ enerji mənbələrinin genişləndirilməsi, su ehtiyatlarının idarə olunması və iqlimə davamlı infrastruktur modellərinin hazırlanması kimi istiqamətlər üzrə ortaq yanaşmaların formalaşdırılması nəzərdə tutulur. Belə forumların əsas üstünlüklərindən biri də iqlim problemlərinin yalnız nəzəri müzakirə predmeti kimi deyil, konkret fəaliyyət planları və maliyyə mexanizmləri ilə birlikdə qiymətləndirilməsidir. Çünki şəhərlərin iqlim dəyişikliklərinə uyğunlaşdırılması böyük investisiya, yeni texnologiyalar və uzunmüddətli planlaşdırma tələb edir. Beynəlxalq təşkilatların, donor qurumların və müxtəlif ölkələrin eyni platformada bir araya gəlməsi isə maliyyə və idarəetmə proseslərinin koordinasiyasını gücləndirir.

Beləliklə, iqlim dəyişikliyi artıq fərziyyə və ya uzaq perspektiv deyil, bu gün dünya iqtisadiyyatını, kənd təsərrüfatını, su ehtiyatlarını və şəhər infrastrukturunu kökündən sarsıdan real qlobal böhrandır. Bu qlobal çağırışa adekvat cavab vermək, gələcək nəsillərin təhlükəsizliyini və planetin ekoloji tarazlığını qorumaq üçün yalnız texniki və ya inzibati addımlar kifayət deyil. Proses həm beynəlxalq təşkilatların, həm də cəmiyyətin bütün təbəqələrinin birgə, koordinasiyalı və uzunmüddətli fəaliyyətini tələb edir. Cəmiyyət səviyyəsində geniş maarifləndirmə işlərinin aparılması, hər bir fərdin suya qənaət, enerji səmərəliliyi və məsuliyyətli resurs istifadəsi kimi vərdişləri mənimsəməsi artıq tövsiyə xarakterli addımlardan çıxaraq, gündəlik həyat tərzinə çevrilməlidir.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 May 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri