Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Qlobal istiləşmənin sürətlə artmasına səbəb nədir?

Qlobal istiləşmənin sürətlə artmasına səbəb nədir?

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Dünya onilliklərdir istiləşir, lakin son vaxtlar qəfil və fövqəladə temperatur artımı iqlim sistemini heç vaxt olmadığı qədər naməlum bir nöqtəyə sürükləyir. Alimlər hələ də bu qeyri-adi istiləşmənin səbəbini anlamağa çalışırlar.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, son iki il ərzində temperatur qeydləri davamlı və təəccüblü şəkildə artıb ki, bu da elmi proqnozların sərhədlərini aşır.

Alimlər razılaşırlar ki, uzunmüddətli qlobal istiləşmə əsasən qalıq yanacaqların yanmasından qaynaqlanır. Bundan əlavə, təbii iqlim dəyişkənliyi də illik temperatur dalğalanmalarına səbəb ola bilər. Bununla belə, son vaxtlar bu fövqəladə temperatur artımına nəyin səbəb ola biləcəyi ilə bağlı mübahisələr hələ də davam edir.

Mütəxəssislər bulud strukturlarının dəyişməsi, havanın çirklənməsi və Yerin karbon saxlama qabiliyyəti kimi amillərin təsirli ola biləcəyini düşünürlər. Bununla belə, daha dəqiq nəticə əldə etmək üçün bir-iki il vaxt çəkə biləcəyi bildirilir.

NASA Goddard Kosmik Tədqiqatlar İnstitutunun direktoru Gavin Şmidt keçən ilin noyabrında verdiyi açıqlamada: "2023-cü ildəki istiləşmə bütün digər illərdən xeyli artıq olub və 2024-cü il də oxşar şəkildə davam edi", - deyib.

"Kaş ki səbəbini biləydim, amma bilmirəm. Biz hələ də bunun nə demək olduğunu və iqlim sisteminin fəaliyyətində dəyişiklik olub-olmadığını araşdırırıq", - deyə o əlavə edib.

Qalıq yanacaqların yanması nəticəsində atmosferə buraxılan karbon qazı kimi istixana qazları Yer səthinin yaxınlığında istiliyi saxlayır. Qalıq yanacaq emissiyaları 2023-cü ildə rekord səviyyəyə çatsa da, dəniz səthi və havanın temperaturu da davamlı olaraq artıb.

Lakin 2023-cü ilin iyunundan 2024-cü ilin sentyabrına qədər qlobal temperatur əvvəllər heç vaxt görülməmiş səviyyəyə çatıb. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, bu artım bəzən çox böyük fərqlərlə rekordları qırıb. Belə yüksək temperaturlar 2023-cü ili, sonra isə 2024-cü ili tarixin ən isti illəri edib.

İngiltərənin Reading Universitetindən iqlimşünas Riçard Allan AFP-yə: “Son iki ildə rekord qlobal temperatur artımı planeti naməlum nöqtəyə aparır”, - deyib.

Alimlər bildirirlər ki, iqlim dəyişkənliyi bu vəziyyəti qismən izah edə bilər. 2023-cü il, Yerin soyumasına və həddindən artıq istiliyi okeanların dərinliklərinə itələməsinə səbəb olan nadir üç illik La Nina hadisəsindən sonra gəlib. Bununla belə, 2023-cü ilin ortalarında bunu əvəz edən El Nino hadisəsi qlobal miqyasda temperaturu artırıb.

Buna baxmayaraq, yanvarda El Nino zirvəsinə çatdıqdan sonra da temperatur yüksək olaraq qalıb. Noyabr hələ də tarixdə ikinci ən isti ay kimi qeyd olunur.

Bəzi alimlər düşünürlər ki, 2020-ci ildə daha təmiz dəniz yanacaqlarına keçid buludların günəş işığını əks etdirmə qabiliyyətini azaltmaqla istiləşməni sürətləndirmiş ola bilər. Digər bir nəzəriyyə isə aşağı səviyyəli buludların azalmasının Yer səthinə daha çox istiliyin çatmasına səbəb olmasıdır.

Bununla belə, alimlər bildirirlər ki, mövcud məlumatlarla vəziyyət haqqında tam təsəvvür əldə etmək çətindir. Bu, daha dərin, transformasiya xarakterli dəyişikliklərin nəzərdən qaçma ehtimalını artırır.

Potsdam İqlimə Təsirin Tədqiqat İnstitutundan Yohan Rockstrom, okeanların sürətlə istiləşdiyini və bunun tam izah edilə bilməyəcəyini söylədi. Rockstrom: “Bu, planetin dayanıqlığını itirməyə başladığının ilk əlaməti ola bilərmi? Bunu istisna edə bilmərik”, - deyib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Dekabr 2024 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see325

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see303

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see289

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see282

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see268

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see263

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see263

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see259

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see258

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see248

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see243

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see237

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see233

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see233

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see231

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see221

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see219

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see211

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see211

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri