Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Qlobal kapital, milli fürsət: “Blackstone” Azərbaycan əməkdaşlığı nə vəd edir?

Qlobal kapital, milli fürsət: “Blackstone” Azərbaycan əməkdaşlığı nə vəd edir?

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 26 sentyabr, Ceyhun Xəlilov, AZƏRTAC

Prezident İlham Əliyevin sentyabrın 22-də Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşü ölkəmiz üçün yeni iqtisadi imkanların qapısını açdı. Dünyanın ən iri investisiya holdinqlərindən biri olan “Blackstone” ilə əməkdaşlıq Azərbaycanın iqtisadi inkişafında yeni mərhələdir. Bu görüş təkcə iki tərəf arasında rəsmi təmas deyil, həm də Azərbaycanın qlobal iqtisadi xəritədə artan nüfuzunun parlaq nümunəsidir. Bəs “Blackstone” - Azərbaycan əməkdaşlığı nə vəd edir?

AZƏRTAC bu tərəfdaşlığın gözlənilən iqtisadi faydalarını və ölkəmizə gətirəcəyi strateji üstünlükləri oxuculara təqdim edir.

“Blackstone”un miqyası və beynəlxalq nüfuzu

“Blackstone” alternativ aktivlərin idarə olunması sahəsində dünyanın ən böyük şirkəti hesab olunur. Son illərdə idarə edilən aktivlərin ümumi dəyəri 1,1 trilyon dolları ötərək qlobal miqyasda şirkətin təsir gücünü daha da artırıb. Bu rəqəm təsadüfi deyil - dünyanın hər yerində yüzlərlə iri layihə, yüzminlərlə işçi və milyardlarla dollar dövriyyəsi olan şirkətdir “Blackstone”.

Şirkətin fəaliyyəti yalnız bir və ya iki istiqamətlə məhdudlaşmır, investisiya portfeli daşınmaz əmlakdan tutmuş yüksək texnologiyalara, maliyyə xidmətlərindən tutmuş enerji və infrastruktur layihələrinə qədər bir çox sahələri əhatə edir. Bu baxımdan, “Blackstone” sadəcə investor deyil, həm də iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına strateji töhfə verən qlobal tərəfdaşdır.

Conatan Qrey isə hazırda şirkətin əsas idarəçilərindən biridir. O, “Blackstone”un prezidenti və baş əməliyyat direktoru olaraq bütün əsas qərarların qəbulunda həlledici fiqurdur. Onun rəhbərliyi ilə şirkət son illərdə daha da böyüyüb, yeni bazarlara daxil olub, qlobal investisiya xəritəsini genişləndirib. C.Qreylə görüş Azərbaycanın qlobal maliyyə mərkəzləri ilə əlaqələrinin ən yüksək səviyyədə qurulmasının bariz göstəricisidir.

Azərbaycanın perspektivləri və əməkdaşlıq sahələri

Azərbaycanın bu əməkdaşlıqdan əldə edə biləcəyi faydalar da çoxşaxəlidir. İlk növbədə, ölkəyə iri həcmdə xarici kapitalın cəlb olunması gözlənilir. Bu, infrastruktur layihələrindən tutmuş sənaye, kənd təsərrüfatı və enerji sektorlarına qədər geniş sahələrin, ən ənəmlisi qeri-neft sektorunun inkişafına xidmət edə bilər.

İnfrastruktur və logistika: Azərbaycan bu gün Orta Dəhliz beynəlxalq nəqliyyat marşrutunda strateji mövqedədir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Limanı və digər logistika layihələri bu dəhlizin əsas hissəsini təşkil edir. "Blackstone"un idarəçiliyi altında fəaliyyət göstərən müxtəlif fondlar Asiyada strateji logistika şəbəkələrinin inkişafında önəmli rol oynayıb. Məsələn, “Greater Bay Area Logistics Parkı” (Çin), “Dexus Australian Logistics Trust” (Avstraliya) və Yaponiyada geniş anbar portfelləri kimi layihələr vasitəsilə şirkət modern logistika parklarının, yük terminallarının və e ticarət anbarlarının yaradılmasını təmin edib. Bu da həm tranzit potensialının artırılması, həm də ölkənin regional (hətta bir neçə region üzrə) ticarət mərkəzinə çevrilməsi üçün mühüm imkanlar açır.

Enerji sektoru və yaşıl enerji keçidi: Azərbaycan ənənəvi olaraq neft və qazla tanınsa da, son illərdə bərpaolunan enerji mənbələrinə böyük diqqət yetirir. Qarabağ və Şərqi Zəngəzur bölgələri Günəş və külək enerjisi baxımından böyük potensiala malikdir. “Blackstone” müxtəlif törəmə şirkətləri vasitəsilə ABŞ, Avropa və Asiyada bu sahədə layihələrə sərmayə qoyur, enerji səmərəliliyi və saxlama texnologiyalarını dəstəkləyir. Şirkət, həmçinin dünya miqyasında yaşıl enerji keçidinin aparıcı oyunçularından biri kimi tanınır. Bu təcrübə Azərbaycanda yaşıl enerjinin inkişafına, eləcə də Avropaya alternativ enerji mənbələrinin çatdırılmasına dəstək ola bilər.

Daşınmaz əmlak və şəhərsalma layihələri: Azərbaycanın paytaxtı Bakı artıq Qafqazın ən mühüm iqtisadi və mədəni mərkəzlərindən biridir. “Blackstone”un beynəlxalq daşınmaz əmlak bazarındakı təcrübəsi burada yeni otellərin, biznes mərkəzlərinin, yaşayış komplekslərinin və ictimai infrastrukturun inşasında istifadə oluna bilər. Bu, həm turizmin inkişafına, həm də Bakının müasir şəhərsalma modelinə keçidinə təkan verəcək.

Rəqəmsal infrastruktur və data mərkəzləri: XXI əsrin əsas resursu informasiya və texnologiyadır. Azərbaycan son illərdə rəqəmsal transformasiya və elektron xidmətlərin genişləndirilməsi sahəsində mühüm addımlar atır. Blackstone-un beynəlxalq təcrübəsi, məsələn, ABŞ-da “QTS Data Centers” portfeli və Avropada interkonnektiv data mərkəz layihələri göstərir ki, şirkət beynəlxalq standartlara uyğun, yüksək texnologiyalı data mərkəzlərinin yaradılmasında strateji tərəfdaş ola bilər. Bu, ölkəmizi regionun rəqəmsal mərkəzlərindən birinə çevirərək texnologiya sahəsində inkişaf üçün zəmin yaradır.

Maliyyə və özəl kreditlər: Yerli şirkətlərin inkişafı üçün maliyyələşmə ən vacib amillərdən biridir. “Blackstone”un özəl kredit və maliyyə alətləri üzrə zəngin təcrübəsi Azərbaycanın biznes mühitinə yeni nəfəs gətirə bilər. Xüsusən kiçik və orta sahibkarların inkişafı üçün belə kapital mənbələri əvəzolunmazdır.

Azərbaycan üçün gözlənilən nəticələr:

• Xarici kapital axını - ölkəyə milyardlarla dollarlıq investisiya cəlb edilə bilər,

• Yeni iş yerləri - infrastruktur, sənaye və xidmət sektorlarında minlərlə iş yeri açılacaq,

• Texnologiya və təcrübə transferi - beynəlxalq idarəetmə təcrübəsi, şəffaflıq və innovativ yanaşmalar ölkəmizə gətiriləcək,

• Vergi və büdcə gəlirləri - yeni iqtisadi fəaliyyətlər dövlət büdcəsinə əlavə gəlir gətirəcək,

• Regional nüfuzun artması - Azərbaycan qlobal investorlar üçün cəlbedici mərkəzə çevriləcək,

• Tranzit və logistika imkanlarının genişlənməsi - ölkəmizin “Orta Dəhliz”dəki rolu daha da möhkəmlənəcək.

Qlobal tərəfdaşlıqdan milli inkişaf strategiyasına

Azərbaycanın “Blackstone” kimi nəhəng bir şirkətlə əməkdaşlıq perspektivləri milli inkişaf strategiyası ilə üst-üstə düşür. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz son illərdə iqtisadiyyatını şaxələndirməyə, qeyri-neft sektorunu inkişaf etdirməyə, yeni texnologiyaların və investisiyaların cəlb olunmasına xüsusi diqqət yetirir. Bu əməkdaşlıq isə həmin məqsədlərə çatmaq üçün mühüm vasitə ola bilər. Ən əsası, “Blackstone” ilə əməkdaşlıq Azərbaycanın iqtisadiyyatını yalnız daxili resurslarla deyil, həm də beynəlxalq kapitalla gücləndirəcək. Bu, ölkəmizin gələcək onilliklərdə regional liderlik mövqeyini möhkəmləndirməsinə xidmət göstərəcək.

Nəticə olaraq, dünyanın ən böyük investisiya şirkətlərindən biri olan “Blackstone” ilə əməkdaşlıq Azərbaycanın iqtisadiyyatına yeni nəfəs gətirəcək. Bu əməkdaşlıq həm xarici kapitalın cəlb olunması, həm də texnologiya, təcrübə və beynəlxalq nüfuz baxımından ölkəmiz üçün tarixi fürsətdir. Görüşün strateji əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan artıq sadəcə regional oyunçu deyil, qlobal kapitalın diqqət mərkəzində olan etibarlı tərəfdaş kimi qəbul edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Sentyabr 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see261

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see246

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see212

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see212

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see198

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see194

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see174

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see167

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see164

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see160

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see156

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see150

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see139

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see138

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see136

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see135

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri