Icma.az
close
up
RU
Menu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Xarici ticarət: ixrac və idxal azalır

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Azərbaycan Çin əməkdaşlığı qlobal layihələrə dəstək qazandırır

Azərbaycan Çin əməkdaşlığı qlobal layihələrə dəstək qazandırır

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyev ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumdakı çıxışında Azərbaycan – Çin münasibətlərinə də toxunaraq iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Bəyannaməni önəmini xüsusi vurğulayıb: “Həmin Bəyannamə ötən il mənim Sədr Si Cinpinlə görüşümün nəticəsində qəbul olunub. Bu isə ikitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli nailiyyət oldu. Çünki Çin kimi nəhəng ölkə ilə strateji tərəfdaşlıq formatına nail olmaq bizim üçün olduqca vacibdir”.

Dövlətimizin başçısı Azərbaycanın hazırda Çin şirkətləri ilə səmərəli əməkdaşlıq müstəvisində çoxsaylı layihələr gerçəkləşdirdiyini, dost ölkənin özəl qurumlarının müxtəlif sahələrdə, o cümlədən “yaşıl” enerji sahəsində strateji tərəfdaş olmağa dəvət edildiyini bildirib. Prezident İlham Əliyev, eyni zamanda, əlavə edib ki, Azərbaycan “yaşıl” ictimai nəqliyyat vasitələri buraxan Çin şirkəti müəyyənləşdirilib və bu il artıq ilk belə avtobusların istifadəyə veriləcəyi nəzərdə tutulub. Bununla yanaşı, Çin şirkətlərinin hazırladıqları Günəş panellərinin də Azərbaycanda başqa ölkələrin sərmayəsi ilə tikilən stansiyalarda istifadə olunması diqqətdə saxlanılıb. Eyni zamanda, artıq xeyli vaxtdır ki, Çin şirkətləri ilə “yaşıl” enerji sahəsinə birbaşa sərmayə yatırılması istiqamətində danışıqlara başlanılıb.

Prezident İlham Əliyev forumda Çinlə bağlı çıxışı zamanı diqqətçəkən bir məqama da toxunub: “Orta Dəhlizə – Sədr Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünə gəldikdə, nədənsə onu Avropada “qlobal qapı” adlandırmağa çalışırlar. Səmimi desəm, mən bilmirəm bunun mənası nədir. Ancaq “Bir kəmər, bir yol” layihəsinə gəldikdə, biz bunu ilk gündən dəstəkləmişik. Biz bunu təkcə ictimai bəyanatlarla deyil, həm də sərmayə yatırmaqla etdik. Biz Xəzər dənizinin ən böyük limanını inşa etdik. Bu gün bizim gəmiqayırma zavodumuzda altı gəmi inşa olunur. Bu zavodun sifariş siyahısı doludur. Biz dəmir yollarımızı müasirləşdirdik, hətta Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstandan keçən hissəsinə əlavə investisiya yatırdıq. Hazırda onun yükötürmə qabiliyyəti 5 milyon tondur. Zənnimizcə, Çindən gələn yüklərin bir hissəsi Zəngəzurdan, Zəngilan istiqamətindən keçə bilər”.

Qeyd edək ki, Azərbaycan Çin ilə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Hər iki dövlət “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.

Prezident İlham Əliyev hələ 2023-cü il iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsində müxbirin “Azərbaycanın “Bir kəmər, bir yol” kimi nəhəng infrastruktur layihəsini qısa müddətdə –307 günə icra etməsinə necə nail olub?” sualına cavabında da bu barədə ətraflı danışıb. Dövlətimizin başçısı belə bir təşəbbüsün inkişafımızın sürətlənməsində mühüm rol oynadığını xatırladaraq Azərbaycanın bu cür nəhəng regional bağlantının mərkəzində dayanmasının önəmli üstünlüklərini diqqətə çatdırıb. Ölkə rəhbəri daha sonra deyib: “Xəritəyə baxsanız, Azərbaycanın coğrafi üstünlüklərini görərsiniz. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Lakin nəqliyyat infrastrukturunun olmaması elə bir vəziyyət yaratmışdı ki, bizim coğrafiyadan istifadə edilmirdi. Mən tam əmin idim ki, biz bu vəziyyəti yaxşılaşdıra bilərik. Biz nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başladıq…”.

Ötən müddətdə Prezident İlham Əliyevin vurğuladığı kimi, ilk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün bu sahəyə geniş həcmdə investisiya qoyuldu, qonşularla bağlantı körpülərinin qurulması diqqətdə saxlanıldı. Beləliklə, “Bir kəmər, bir yol” layihəsi ilə bağlı ölkədaxili infrastruktur sistemi qısa zamanda gerçəkləşdi. Bununla da, sözügedən istiqamətdə sonrakı proseslərin sürətlə aparılmasına əlverişli zəmin yarandı.

Bu məqamda xatırlatmaq yerinə düşər ki, “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında “İpək yolu iqtisadi kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Çin Xalq Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” kimi mühüm sənədlərin imzalanması da ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin davamlı genişlənməsini və Çinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) marağının artmasını şərtləndirib.

Bu gün Çin Azərbaycandan kənd təsərrüfatı, kimya və sənaye məhsullarının idxalını daha da artırmağı, “İnternet ipək yolu”nun yaradılması, “İpək yolu” elektron ticarətinin inkişafı məqsədilə respublikamızla əməkdaşlığı dərinləşdirməyi planlaşdırır. Buna uyğun olaraq hər iki dövlət nəqliyyat və tranzit sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsini daim diqqətdə saxlayır.

Çinin Avropa ilə ticarət əlaqələrini Azərbaycan üzərindən həyata keçirməyə çalışması təkcə ölkəmizin coğrafi mövqeyindən ibarət deyil. Azərbaycan 15 milyon ton yükaşırma imkanı olan beynəlxalq dəniz limanına və ildə 5 milyon ton yükdaşıma imkanı olan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yoluna malikdir. Bu infrastrukturlar Orta Dəhlizin əsasını təşkil edir. Bu il BTQ-də genişləndirmə işlərinin başa çatacağı nəzərdə tutulur. Dəmir yolunun Gürcüstandan keçən hissəsində genişləndirmə işləri yekunlaşandan sonra yolun yükdaşıma imkanının10 milyon tona çatacağı da gözlənilir.

Xatırladaq ki, iqtisadi və siyasi baxımdan mühüm önəm daşıyan Orta Dəhliz Çinin “Bir kəmər, bir yol” layihəsinin bir parçasıdır, eyni zamanda, tarixi İpək yolunun ən mühüm komponentlərindən biridir. Bu marşrutun sürətli inkişafı istiqamətində Azərbaycan mühüm addımlar atmaqdadır. Belə ki, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı–Tbilisi–Qars dəmir yolunun istifadəyə verilməsi, Zəngəzur dəhlizinin yaradılması bu yöndə görülən ən mühüm işlərdəndir.

Bu məqamda onu da qeyd etmək yerinə düşər ki, son illər ərzində Orta Dəhlizdə yükdaşımaların artımında Azərbaycan önəmli rol oynayıb. Başqa sözlə, respublikamızda dəniz, dəmir yolu, avtomobil, hava nəqliyyatının inkişafı istiqamətində gerçəkləşdirilən genişmiqyaslı layihələr, habelə Şərqlə Qərb arasında ənənəvi ticarət və alternativ yollar üzərində diqqətçəkən geosiyasi, geoiqtisadi proseslər sözügedən marşrutun cəlbediciliyini artıraraq ölkəmizlə bərabər regionun da sürətli tərəqqisini şərtləndirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Aprel 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see223

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see206

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see195

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see195

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see186

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see185

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see180

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see163

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see157

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see155

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see154

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see153

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see151

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see147

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see147

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri