Orta Dəhliz və qlobal güc balansı: Çin Türkiyə Azərbaycan əməkdaşlığı nə vəd edir?
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
2026-cı ildə Orta Dəhliz üzrə Çin-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığının güclənməsi qlobal nəqliyyat və enerji marşrutları fonunda yeni geosiyasi reallıqlar formalaşdırır.
Bu prosesin böyük güclərin rəqabəti və regional balanslara təsiri ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Əziz Əlibəyli bildirib ki, Orta Dəhliz vizion baxımından Transxəzər beynəlxalq nəqliyyat marşrutudur. Bu xətt Çindən başlayaraq Mərkəzi Asiyaya, oradan Qafqaza, Xəzər hövzəsi vasitəsilə Türkiyəyə və daha sonra Avropaya uzanır:
“İlk baxışdan coğrafi olaraq Rusiya ilə İranı baypas edən bir marşrutdur. Çin bu dəhliz vasitəsilə Rusiyadan asılı olmadan Avropaya çıxışını özü formalaşdırır. Bu isə istər-istəməz Rusiya əleyhinə strateji xarakter daşıyır. Eyni zamanda Azərbaycan və Türkiyə əsas tranzit ölkələrə çevrilir və bu, onların regional statusuna əlavə üstünlük qazandırır”.
Onun sözlərinə görə, teorik baxımdan Çin üçün əsas qazanc ticarət risklərinin azalması və Avropaya çıxışın diversifikasiyasıdır. Avropa isə Orta Dəhlizi Rusiyadan asılı olmayan, daha təhlükəsiz alternativ ticarət və nəqliyyat yolu kimi qiymətləndirir. Bu baxımdan, proses elə qurula bilər ki, bir neçə tərəf eyni anda bu dəhlizdən faydalanmağa çalışsın:
“Amma Rusiya və İran bu xətti öz maraqlarına zidd hesab etdiyinə görə rəqabət elementi daim qalacaq. Məhz buna görə də onlar Şimal-Cənub dəhlizini gücləndirməklə strateji balans yaratmağa çalışırlar”.
Müshaibimiz hesab edir ki, bu əməkdaşlıq Azərbaycan üçün ciddi imkanlar yaradır. Dediyinə görə, Azərbaycan bu dəhliz vasitəsilə öz neftini, qazını və elektrik enerjisini həm Mərkəzi Asiyaya, həm də Avropaya daha rahat şəkildə ixrac edə bilər:
“Yəni iki istiqamətli enerji çıxışı formalaşır. Tranzit imkanları genişlənir, Bakı-Tbilisi-Qars xəttinin və Ələt Beynəlxalq Dəniz Limanının əhəmiyyəti artır”.
.jpg)
Əziz Əlibəyli: Region ölkələri arasında koordinasiya zəifdir
Ə.Əlibəyli qeyd edib ki, digər tərəfdən risklər də var. Onun sözlərinə görə, Rusiya və İran tərəfindən təzyiqlərin artması mümkündür və bu artıq son dövrlərdə daha açıq hiss olunur. Eyni zamanda region ölkələri arasında koordinasiyanın zəif olması prosesə mənfi təsir göstərə bilər.
Rusiya, İran və Hindistan kimi regional oyunçuların Orta Dəhlizin güclənməsinə verəcəyi reaksiyaya gəlincə, həmsöhbətimiz deyib ki, Rusiya və İran Orta Dəhlizə cavab olaraq Şimal-Cənub nəqliyyat dəhlizini genişləndirməyə çalışır. Politoloq bildirib ki, bu, həm ticarət axınlarını öz marşrutlarında saxlamaq, həm də geosiyasi təsiri qorumaq məqsədi daşıyır:
“Hindistanın da Orta Dəhlizə alternativ layihələri var və o, bu istiqamətdə aktivlik göstərir. Nəticədə bölgədə ciddi rəqabət və bloklaşma yaranır: bir tərəfdə Rusiya və onunla koordinasiyalı hərəkət edən ölkələr, digər tərəfdə isə alternativ marşrutları önə çıxaran dövlətlər”.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 09 Yanvar 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















