Icma.az
close
up
RU
Qlobal Media Forumunun iştirakçıları Şuşa şəhərinin tarixi məkanları ilə tanış olublar

Qlobal Media Forumunun iştirakçıları Şuşa şəhərinin tarixi məkanları ilə tanış olublar

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları bu gün Şuşa şəhərinin tarixi məkanları ilə tanış olublar.

Bakıvaxtı.az xəbər verir ki, əvvəlcə qonaqlar Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baş çəkiblər. İşğal zamanı ermənilərin həmin heykəlləri Ermənistana apararaq əritmək istədikləri qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.

Qonaqlar, həmçinin Xan qızı bulağını da ziyarət ediblər. Məlumat verilib ki, 30 ilə yaxın işğal dövründə şəhərdəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Daha sonra qonaqlar Şuşa qala divarlarını ziyarət ediblər. Burada onlara Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr edib, xatirə fotoları çəkdiriblər.

Daha sonra nümayəndələr Molla Pənah Vaqifin məqbərəsini ziyarət ediblər.

Sonda Forum iştirakçıları Şuşa şəhərinin ən qədim məscidi olan Yuxarı Gövhər Ağa məscidinə baş çəkiblər. Onlara məlumat verilib ki, məscid onu inşa etdirən III Qarabağ xanı Mehdiqulu xanın bacısı məşhur şair və rəssam Gövhərnisə bəyimin şərəfinə adlandırılıb. Məscid eyni yerdə dörd dəfə təkrar inşa edilib. İlk məscid I Qarabağ xanı Pənahəli xanın təşəbbüsü ilə 1750-ci illərin əvvəllərində Şuşa qalası ilə eyni vaxtda qamışdan tikilib. 1768-1769-cu illərdə İbrahimxəlil xan qamış məscidi sökdürərək onun yerində daşdan yeni məscid tikdirib. Qarabağda və bütün Cənubi Qafqazda məşhur xeyriyyəçi kimi tanınan Gövhər ağa isə iki dəfə həmin məscidin tikintisi ilə məşğul olub. Əvvəlcə XIX əsrin birinci yarısında onun şəxsi vəsaiti hesabına İbrahimxəlil xanın tikdirdiyi məscidin yerində Şuşanın ilk qoşa minarəli məscidi inşa edilib. 1883-cü ildə isə yenə də Gövhər ağanın ayırdığı maddi vəsaitlə həmin məscidin yerində 4-cü dəfə, sonuncu və bu günə qədər gəlib çatan qoşa minarəli Cümə məscidi tikilib. Sonuncu mərhələdə məscidin memarı Qarabağda bir çox tarixi abidələrin müəllifi olan Kərbəlayi Səfixan Qarabaği olub. Minarələrin bəzəyi və məscidin mədrəsəsinin ikinci mərtəbəsindəki otaqlardan birinin divar rəsmləri Mir Möhsün Nəvvabın əl işləridir.

Qonaqların diqqətinə çatdırılıb ki, Ermənistan silahlı qüvvələri 1992-ci ildə Şuşanın işğalı zamanı və ondan sonra Yuxarı Gövhər Ağa məscidini vandalcasına dağıtmışdılar. Məscidin interyeri tamamilə dağıdılmış, fasadına ciddi ziyan dəymiş, minarələr zədələnmiş, minbər hissələri uçurulmuşdu.

Vətən müharibəsi nəticəsində Şuşanın azad olunmasından sonra məscid yenidən təmir və bərpa edilib. 2023-cü il mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə məscidin açılışı olub. Hazırda öz təyinatı üzrə fəaliyyət göstərən Yuxarı Gövhər Ağa məscidi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.

Forum iştirakçıları Şuşa şəhəri ilə tanışlıqdan zəngin təəssüratla ayrılıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 21 İyul 2025 20:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri