Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Qlobal problemin çözümündə Azərbaycanın növbəti diplomatik qələbəsi

Qlobal problemin çözümündə Azərbaycanın növbəti diplomatik qələbəsi

Icma.az bildirir, Oxu.az portalına istinadən.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni iqlim hədəfini qəbul etməyə müvəffəq olması ona qarşı aparılan təbliğatın iflasa uğramasının şübhə doğurmayan göstəricisidir. COP29-da qəbul edilən sənədə əsasən, inkişaf etmiş dövlətlərin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 300 milyard dollar vəsait ayırmaları təmin olunacaq. 2035-ci ilədək bu məbləğ tədricən 1,3 trilyon dollara çatdırılacaq. Bu göstəricinin əvvəlki 100 milyardlıq həddən 300 milyarda çatdırılması Bakıda baş tutan qlobal tədbirin əldə etdiyi danılmaz nailiyyətdir.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Məcburi etiraf

Yüksək təşkilatçılıq, dünya birliyinin hədsiz marağı və iştirakçıların kütləviliyi fonunda COP29-a ev sahibliyi edən Azərbaycana qarşı aparılan qaralama kampaniyasının uğursuzluğu ona sponsorluq edən dövlətlərin özləri tərəfindən də etiraf edilir. Tədbir başa çatandan sonra rəsmi Vaşinqtonun Prezident Co Baydenin adı ilə xüsusi bəyanat yayması və COP29-un nəticələrini alqışlaması, yaxud Avropa İttifaqının İqlim məsələləri üzrə komissarı Vopke Hukstranın açıqlaması həm okeanın o tayında, həm də Brüsseldə Bakı konfransının uğurunun həzm edilməyə başlandığını göstərir. Əlbəttə ki, məcburən həzminin...

COP29-un bu nailiyyətini ev sahibliyi edən Azərbaycanın inadkar və ardıcıl iradəsinin bəhrəsi də hesab etmək olar. Çünki düz bir ildir ölkəmizə qarşı sürdürülən qarayaxma kampaniyası həm də COP29-un yekun sənədini sabotaj etməyə yönəlmiş niyyət idi.

Qərbin xəsisliyi

İqlim dəyişilməsi və ekologiyanın korlanması kimi qlobal problemlər böyük ölçüdə elə həmin inkişaf etmiş dövlətlərin fəaliyyətinin nəticəsidir. Böyük sənaye potensialına malik, açıq okeanda nüvə sınaqları keçirməyə qadir ABŞ və Fransa kimi dövlətlərin bu qarayaxma kampaniyasının önündə getmələri bəşəriyyət üçün dağıdıcı təhlükəyə malik qlobal problemin çözümünə vəsait ayırmaq istəməmələrindən irəli gəlir. Halbuki həm Vaşinqtonun demokratlar administrasiyası, həm Makron hökuməti, həm də Brüssel özlərini sanki problemin müqəddəratına məsul yeganə və əsas qüvvələr qismində nümayiş etdirməyə çalışırlar.

Belə bir gerçəklikdə iştirakçıların 300 milyard dollarlıq göstəricidə bərqərar olmaları həqiqətən də tarixi hadisədir. Şübhə yoxdur ki, qlobal Bakı konfransı gələcəkdə həllinə ümid edilən problemin çözülməsi istiqamətində tarixi mərhələ kimi xatırlanacaq.

Hədəf yekun sənəd idi

COP29-un iqlim dəyişikliyi ilə mübarizə prosesində tarixə düşdüyü bir gerçəklikdə Azərbaycana qarşı aparılan qərəzli və çirkin kampaniyanın bir neçə mərkəzdən idarə olunduğu və fərqli məqsədlər güddüyü aydın olur. ABŞ-nin demokratlar administrasiyasının, Makron Fransasının və Aİ-nin hədəfi Azərbaycanın səmimi təşəbbüslərini gözdən salmaqla qlobal konfransın gedişini pozmaq, nəticə etibarilə qəbul ediləcək qərarı əhəmiyyətsiz və təsirsiz etmək idi. Rəsmi Vaşinqtonun və Parisin ABŞ-nin qanunverici orqanında təmsil olunan senator və konqresmenlərdən, habelə beynəlxalq media qruplarından istifadə etməklə bir ilə yaxındır sürdürdükləri ləkələmə cəhdlərinin son ünvanı məhz COP29-un yekun sənədi olduğu şübhəsizdir.

Bütün bunlardan rəsmi Bakı kifayət qədər məlumatlı olub. Konfransın bitməsindən sonra Azərbaycan ictimai rəyinin və beynəlxalq birliyin də baş verənlərdən agah olması lazımdır. Avropa İttifaqı təmsilçisi Ursula fon der Lyayenin gülünc bəhanələrlə Bakıya gəlməməsi, Almaniyanın baş naziri Olaf Şoltsun ölkəsində hökumət koalisiyasının dağılmasını səbəb gətirərək anons edilmiş səfərini təxirə salması sıradan hadisələr deyildi. Reallaşmamış bu səfərlərin də əsas hədəfi COP29-un yekun sənədinə qarşı hesablanmşdı. Almaniya XİN tarixinin ən uğursuz rəhbəri Annalena Berbokun COP29-un son günlərində Bakıya gəlib iqlim dəyişilməsindən daha çox siyasi mövzularda bəyanat verməsini kollektiv Qərbin düşünülmüş planının yekun addımı saymaq olar.

Azərbaycanın növbəti diplomatik qələbəsi

Qərbin Azərbaycana qarşı qərəzli mərkəzlərinin apardıqları kampaniya ilk gündən siyasi məqsədlər daşıyıb. Niyyət COP29-un missiyası ilə yanaşı, Bakının namizədliyini də gözdən salmaq olub. İrəli sürülən iddiaların məntiqsizliyi, iqlim mövzusu ilə əlaqəli olmaması bu mərkəzlərin başladıqları kampaniyanın dayandırılması müqabilində Azərbaycandan hansısa siyasi güzəşti almağa, yaxud Bakının bir sıra məsələlərlə bağlı durduğu prinsipial mövqelərdən geri çəkilməyə məcbur edilməsinə hesablanmışdı. Bu kontekstdə təbii ki, gözlər önünə gələn ilk məqam Ermənistanla Azərbaycan arasında yekun sülhün imzalanması məsələsidir. ABŞ və Aİ-nin belə bir razılaşmaya COP29-dan öncə və ya onun gedişatında nail olunması üçün basqılar etməsinin əsas səbəbi İrəvanı son 30 illik işğal cinayəti və onun fəsadlarının məsuliyyətindən qurtarmaq idi.

Tələsik sülhün məhz iqlim konfransı fonunda əldə edilməsi bir sıra merkantil hədəflərə doğru yol aça bilərdi. Məsələn, yeni seçkilər ərəfəsində demokratların uğursuz administrasiyasının beynəlxalq siyasi nailiyyəti bu gözləntilərdən biri ola bilərdi.

Nəhayət, Ermənistan və dünya erməniliyi də öz "pay"ını qoparmaq gözləntisində idi: Azərbaycana qarşı ərazi iddialarının təsbit olunduğu Ermənistan konstitusiyasında dəyişiklik edilmədən imzalanan sülh ermənilərə gələcəkdə Azərbaycana qarşı təkrar ərazi iddiası üçün yeni imkan ola bilərdi. Bir neçə aydır "erməni əsirləri"nin azad edilməsi tələbləri ilə müşayiət olunan avantüra məhz COP29 hesabına İrəvanın ümidlərinin reallaşdırılmasına hesablanmışdı. Bu baxımdan, qlobal konfransın yekun sənədinin qəbulu beynəlxalq birliyin nailiyyətidirsə, Azərbaycana qarşı qarayaxma kampaniyasının təşkilatçılarının əliboş qalmaları da rəsmi Bakının daha bir parlaq diplomatik qələbəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://oxu.az
archiveBu xəbər 30 Noyabr 2024 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri