Icma.az
close
up
RU
Qlobal psixotron terror: milli təhlükəsizliyimiz təhlükədə

Qlobal psixotron terror: milli təhlükəsizliyimiz təhlükədə

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son dövrlərdə bir çox materialların şüuratına ciddi təsir göstərən subliminal mesajlarla dolu olması heç kimə sirr deyil. İnsanlara, kütlələrə mədəniyyətin, incəsənətin, medianın çox ciddi, böyük ölçüdə təsir göstərdiyi elmi əsaslarla dəqiq sübut olunub.

Sosial psixologiya elmində də bunun bir çox faktiki təzahürləri qeydə alınıb. Ümumiyyətlə, kütlələrin, insanların psixologiyasının formalaşması, əxlaqının, mənəviyyatının formalaşmasında 90%-dən çox rol oynayan mədəniyyət, incəsənət, media kimi kütləvi təsir və təbliğat vasitələridir. Təbliğatla insanların şüuru, psixologiyası, dəyərlər sistemi çox rahat şəkildə dəyişdirilir. Məhşur "Overton pəncərəsi" sistemi bu texnologiyanın həyata keçirilməsi mexanizmini dəqiqliklə izah edir.

Əlbəttə ki, bu normal insanlara aid deyil. Yəni, ancaq yüksək əxlaqlı, normal düşüncəli, savadlı insanlar bu təsirə, terrora məruz qalmır. Amma təəssüf ki, kütlə belə deyil. 90% bu psixotron terrora açıq vəziyyətdədir. Nəticədə mənəvi deqradasiya getdikcə güclənir.

Bu gün həm bizim ölkədə, həm dünyada cəmiyyətlərin psixologiyası, mənəvi dəyərləri onlara təbliğ olunan materialların təsiri ilə dəyişdirilir. Cəmiyyətlərdə kütləvi informasiya vasitələri, kino, musiqi, ədəbiyyat nəyi təbliğ edirsə, cəmiyyətin əhval-ruhiyyəsi, psixologiyası, mənəvi dəyərləri də o şəkildə formalaşır. Bu, inkarolunmaz faktdır.

Qaldı ki, gənclərin bu təsirlərə necə düşməsinə, məlumdur ki, insanların uşaqlıqdan bəri, daha doğrusu, orta məktəbdən, ailədən aldığı tərbiyə, onun savad və dünyagörüşü bu məsələlərdə şəxsi fikrinin formalaşmasına səbəb olur. Əgər o, nümunələr əsasında görsə ki, cəmiyyətdə hansı kriteriyalar, hansı xüsusiyyətlər daha doğrudur, bu yolun axırı nədir, o biri yolun sonu nədir və ona da düzgün adamlar məsləhət versə, məsələn, bir cəmiyyətin ziyalıları, onun valideynləri, müəllimləri düzgün istiqamət versə, o zərərli vərdişlərdən aralı qalacaq. Amma boşluqda qalan uşaqlar, gənclər belə təsirlərə tez düşürlər.

Məsələn adi kinoya baxmağı, musiqi dinləməyi götürək. Aparılmış elmi araşdırmalarda bəzi musiqi janrlarının psixologiyaya dağıdıcı təsir göstərdiyi sübut etmişdir. Məsələn, repin şeytani bir musiqi olduğu, insan psixologiyasını darmadağın elədiyini rəsmi surətdə sübut edilib. Hətta rep dinləyən insanların orqanizmində baş verən kimyəvi proseslər belə neqativ formada inkişaf edir. Belə bir təcrübələr aparılıb, klassik musiqi, xalq mahnıları dinləyən insanların orqanizmində daha düzgün proseslər gedir. Qan təzyiqindən, beyin siqnallarından ölçülən elmi araşdırmalar var ki, göstərir ki, həmin musiqilər insanın psixologiyasına da, eyni zamanda fiziki vəziyyətinə, sağlamlığına daha yaxşı təsir edir. Amma bu kimi neqativ mahnılar, kinolar var ki, (məsələn zombi filmləri, kriminal filmlər, porno filmlər və s), psixotron terror vasitələridir. Subliminal mesajlarla doldurulmuş, həm səs frekansları, həm görüntülər formasında materiallara yerləşdirilən bu elementlər insanların psixologiyasına çox ciddi təsir göstərir. Xüsusən də uşaq və gənclərin. Buna görə də gəncləri, uşaqları bundan qorumaq artıq dövlətin və cəmiyyətin əsas vəzifəsidir.

Təəssüf ki, bizdə buna qarşı mübarizədən söhbət belə gedə bilməz. Biz azadlıq, müasirlik adı altında bu sahəni tamamilə boş və anarxik bir formada buraxmışıq. Özəl televiziyalar dayanmadan insanlara, kütləyə, gənclərə yalnız neqativ xarakterli obrazlar təqdim edir, səhv yönəldir, açıq şəkildə əxlaqsızlıq təbliğ edir, müasirlik adı altında psixoloqların "azad olun, müasir olun, öz həyatınızı yaşayın, heç kimə fikir verməyin, kim nə deyir desin" və s. kimi məsləhətləri mənəvi deqradasiyaya gətirib çıxardır. "Başqaları nə deyər?" prinsipinin ziddinə gedərək, bunu vecinə almamaq, cəmiyyətə və onun dəyərlərinə tüpürməkdir. Yəni, "mənim kefim nə istəsə edərəm", prinsipi mənəvi deqradasiyanın ən pik nöqtəsidir. İnsan yaşadığı cəmiyyətin dəyərlərinə hörmət etməlidir, formalaşmış mənəvi dəyərlərə diqqət yetirməlidir, özünün də xarakterinin müsbət istiqamətdə formalaşmasına çalışmalıdır. Nəinki "mənim kefim nə istəyir onu da edim" demək.

Baxın, gənclər bu gün nəyə baxır, nəyi dinləyir? Bir çox filmlərdə, seriallarda, şou verilişlərdə, mahnılarda, ədəbiyyat nümunələrində fasiləsiz olaraq gənclərin beyninə müasirlik adı altında hər cür dəyərlərə tüpürmək təbliğ olunur. Bütün mənəvi dəyərlərə zidd getmək və yalnız əyləncə üçün yaşamaq. Reklamlar da buna çağırır. "Öz həyatını yaşa, əylən, kef elə" və s. dayanmadan bu təbliğ olunur. Heç bir yerdə təbliğ olunmur ki, elm öyrən, inkişaf elə, əxlaqi dəyərlərə riayət elə, sağlam yaşa, düzgün yaşa, vicdanlı ol. Bunların heç biri indi mədəniyyət, incəsənət materiallarında, mediada təbliğ olunmur. Amma əks materiallar açıq-aşkar təbliğ olunur və bunun da qarşısını heç bir qüvvə ala bilmir.

Yalnız dövlət bu prosesin qarşısını ala bilər. Mediaya, xüsusən televiziyalara, hətta internetə də ciddi nəzarət lazımdır. Biz görürük bu gün tiktokda, instagramda və sair şəbəkələrdə necə biabırçılıqdır. Məsələn, "qadın azadlığı" altında boşanmaların təbliğ olunması dəhşətli bir faciəvi vəziyyətə çıxartdı. Bu yaxılaradək dünyanın ən mğhkəm və sağlam ailə sisteminə sahib olan bir xalq olan biz artıq 50% boşanma ilə biz dünya lideri olmuşuq.

Bəzən deyirlər ki, guya ki, nə olacaq, hər hansı bir mahnıya qulaq asmaqdan, hər hansı bir filmə baxmaqdan insan əxlaqsız olur? Bəli, elə məhz bununla olur. Fakt biz gördük ki, son 30 ildə bunlar cəmiyyəti necə dəyişdi. XX əsrdəki filmlərə, mahnılara baxın, nə təbliğ olunurdu və hansı cəmiyyət formalaşmışdı? İndi son dövrlərdə nə verilir, nə təbliğ olunur və hansı cəmiyyət formalaşır, bizim gözümüzün qabağında inkarolunmaz faktdır və biz yeniyetmələrin, gənclərin davranışlarına psixologiyalarına baxanda görürük ki, tamamilə mənəvi dəyərlərdən uzaq, maddi dəyərlər üzərində qurulmuş bir psixologiya formalaşıb. Yalnız pul qazanmaq, əylənmək, gəzmək, hətta ailə qurmamaq ki, mən daha çox kef eliyim, heç bir mənəvi məsuliyyət daşımamaq, ata-anaya baxmamaq, böyük-kiçik saymamaq... yəni bəziləri o dərəcədə merkantil bir məxluqa çevrilib.

Eqoistlik, narsizm təbliğ olunur gənclərə ki, yalnız özünüzü sevin, öz əyləncənizi, özünüzü düşünün, gəzin, kef eliyin. Biz də öz milli dəyərlərimizi, milli mədəniyyətimizi kənara atıb, yad dəyərləri, yad psixologiyaları qəbul etdikcə "müasirlik" adı altında, "azadlıq" adı altında, təbii ki, bu öz mənfi nəticələrini göstərəcək. Belə gənclərin sayı təəssüf ki, çoxdur

İndiki gənclər hansı filmlərə baxır, hansı mahnıları dinləyir? Siz soruşun, onlar Azərbaycan xalq mahnılarının neçəsini eşidib bilir, hansı bədii ədəbiyyatımızdan nümunələri oxuyub bilir, hansı teatrlarımıza gedir? Yəni milli olan hər şey kənata atılır. İnternet də imkan verir ki, yad, xarici materialları daha çox izləsinlər, baxsınlar və dəbnən yaşasınlar.

Bütün dünyada, bütün ölkələrdə mənəvi dəyərləri çökdürmək planı gedir. Bu plan "Overton pəncərəsi" sistemi vasitəsilə cəmiyyətə otuzdurulur. Məşhur qlobal doktrinalar var, ki, açıq şəkildə dünya ölkələrində əxlaqsızlığın necə yayılması, mənəvi dəyərlərin necə çökdürülməsi, gənclərin necə yoldan çıxarılması prosesini göstərir və bunu nə ilə və necə edəcəklərini açıq şəkildə deyir. Bu doktrinalarda konkret deyilir ki, biz bunu medianın, mədəniyyətin, incəsənətin köməyi ilə edəcəyik. Həmin prosesi bütün dünyada aparırlar, bizim ölkədə də artıq çox ciddi, faciəvi nəticələrə gətirib çıxarır. Biz bunu hər gün açıq şəkildə müşahidə edirik, görürük. Hətta statistikalar da bunu göstərir.

Artıq mənəvi deqradasiyanın kulminasiyasına gəlib çatırıq. O cümlədən, narkomaniya da bunun tərkib hissəsidir. Əgər bir cəmiyyət, gənclər tamamilə boş buraxılarsa, onların münasib vaxtını düzgün təşkil edilməzsə, onlar düzgün yönəldilməzsə, yaradıcılıq mərkəzlərinə, idmana, elmi kurslara cəlb eləməklə onlara şərait yaradılmazsa, təbii ki, kənar təsirlərə tez məruz qalarlar. Bu halda da sağlam cəmiyyətdən söhbət gedə bilməz.

Sovet dövründə bu məsələyə çox diqqət verilmişdi. Gənclər, uşaqlar müxtəlif yaradıcılıq mərkəzlərinə, idman kurslarına, ixtiraçılıq klublarına cəlb olunurdular və fərdi inkişaf üçün müxtəlif sahələrdə özünü inkişaf elətdirib, realizə eləmək üçün imkanlar var idi. Pulsuz şəkildə uşaqlar bunlardan bəhrələnirdilər. Çox sayda gənclər evləri, pionerlər evləri, müxtəlif dərnəklər, gənclərin inkişafı, məşğuliyyəti üçün çoxsaylı imkanlar var idi.

İndi bu imkanlar yoxdur, olan da kütlə üçün əlçatan deyil, çünki bahadır. Belə kursların aylıq haqqı ən azı 50-100 manat təşkil edir. Normal ailə, əgər 2-3 uşağı varsa, bunları ödəyib göndərə bilməz. Belə bir halda təbii ki, boş qalan uşaqlar, yeniyetmələr zərərli vərdişlərə meyl edəcək, psixologiyası pozulacaq, işsizlik, təhsilsizlik narkomaniyaya aparıb çıxaracaq, başqa yollar axtaracaq, cinayətkarlığa meyillənəcək və bu, artıq məntiqi nəticədir.

Bu artıq bizim dövlət və cəmiyyət olaraq yanaşmamızın, ortaya qoyduğumuz bir formanın, cəmiyyətin, gələcəyimizin formalaşmasına yanaşmamızın əyani nəticəsidir ki, biz onu yaşayırıq. Əgər biz belə davam eləsək, heç bir sağlam gələcəkdən danışa bilmərik. Bir millət olaraq mənəvi deqradasiyamız daha da güclənə bilər, bütün milli genofondumuz məhv olar, biz mənəvi cəhətdən çökmüş bir kütləyə çevrilərik. Yəni xalq, millət səviyyəsinə qalxa bilməyib, sadəcə deqradasiya olunmuş bir kütləyə çevrilə bilərik. Ona görə də, əgər istəyiriksə həqiqətən düzgün, sağlam cəmiyyət formalaşdıraq, birinci növbədə dövlət bu istiqamətdə bir konsepsiya həyata keçirməlidir. Mediaya, sosial şəbəkələrə, televiziyalara ciddi nəzarət edilməli, ikinci bir tərəfdən də gənclərin inkişafı, onların dövlətçilik şüuruna, milli-mənəvi dəyərlərimizə sahiblənməsi üçün bütün imkanlar yaradılmalıdır.

Bundan başqa, valideynlər uşaqlar, yeniyetmələr, gənclər üzərində nəzarəti artırmalıdırlar və belə hallara qarşı birgə mübarizə aparılmalıdır. Sağalm gələcəyimiz üçün dövlət və cəmiyyət birgə mübarizə aparmalıdır. Qloballaşma dövründə milli mədəniyyətlərə qarşı müharibə gedir. Bu müharibədə uduzmağa haqqımız yoxdur.

Elçin Bayramlı

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Fevral 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see584

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see239

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see226

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see209

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see203

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see186

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see161

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see152

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri