Icma.az
close
up
RU
Qlobal ticarət müharibələri: dünya iqtisadiyyatı təhlükədə

Qlobal ticarət müharibələri: dünya iqtisadiyyatı təhlükədə

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qlobal ticarətdə qarşılıqlı qarşıdurmalar və təhdidlər miqyası artır. Daha əvvəl ABŞ-yə qarşı cavab addımları atan Pekin bu dəfə Çinə qarşı ABŞ-nin yanında olan ölkələrə xəbərdarlıq edib və həmin ölkələrə qarşı cavab tədbirləri görəcəyini bildirib.

Pekin bu dəfə təkcə ABŞ-yə deyil, həm də Vaşinqtonla Pekinin maraqlarını təhlükə altına alan şəkildə əməkdaşlıq edən ölkələrə qarşı cavab tədbirləri görəcək. Çinin xəbərdarlığı ABŞ Prezidenti Donald Tramp administrasiyasının ABŞ-li tərəfdaşlarına Çinlə münasibətlərini məhdudlaşdırmaq istiqamətində təzyiq etmək üçün tarif danışıqlarından istifadə etməyi planlaşdırdığı vaxta təsadüf edir.

Bildirək ki, Tramp bu ay digər ölkələrə yönəlik böyük gömrük vergisi artımlarını 90 gün ərzində dayandırarkən, Çindən gələn mallara tətbiq edilən vergiləri 145%-ə yüksəldib.

Çin Ticarət Nazirliyi açıqlamasında "Çin hər hansı bir tərəfin Çinin maraqlarına zidd olan razılaşmanın əldə edilməsinə qəti şəkildə qarşıdır" deyə vurğulayıb. Belə bir vəziyyətdə Çin Ticarət Nazirliyi Çinin bunu qəbul etməyəcəyini və qətiyyətli əks tədbirlər görəcəyini bildirib. Nazirlik beynəlxalq ticarətin “cəngəllik qanunu”na dönməsinin bütün ölkələr üçün risklər yaradacağı xəbərdarlığını edib.

Açıqlamada həmçinin Çinin bütün tərəflərlə işləməyə və beynəlxalq ədaləti müdafiə etməyə hazır olduğu, eyni zamanda, ABŞ-nin hərəkətlərini "tariflərdən sui-istifadə" və "birtərəfli zorakılıq" kimi səciyyələndirdiyi bildirilir.

ABŞ-Çin qlobal iqtisadi savaşı dünya iqtisadiyyatı üçün nə vəd edir və Çinin cavab tədbirləri nədən ibarət ola bilər?

“Xalq Cəbhəsi” mövzunu millət vəkilləri və iqtisadçı ekspertlərlə araşdırıb.

“Qlobal iqtisadiyyatda resessiya meyilləri sürətlənir”

Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov qeyd edib ki, qlobal ticarət müharibələrinin bütövlükdə dünya iqtisadiyyatına 2025-ci ildə 330 milyard dollara yaxın ziyan vuracağı gözlənilir: “Biz qlobal ticarət müharibələrinin xüsusən də Çin və ABŞ arasında daha sıx şəkildə getdiyini müşahidə edirik. Qarışıqlı tariflərin bütövlükdə dünyanın iki aparıcı ölkəsi arasında iqtisadi əlaqələrə birbaşa təsir göstərdiyi müşahidə olunmaqdadır. ABŞ-də tətbiq edilən tariflərdən sonra Çinin qarşılıqlı olaraq tarif siyasəti həyata keçirildi. Çin bu istiqamətdə addımlarını atdı. Bu da təbii ki, bütövlükdə məhz qlobal ticarətə təsir edir və qlobal iqtisadiyyatda resessiya meyillərini sürətləndirir”.

“Bu, yeni bir mərhələnin başlanmasına gətirib çıxarıb”

V.Bayramov əlavə edib ki, bu aspektdən ən vacib məqamlardan biri məhz qlobal ticarət müharibələrinin həm də birjalara, eyni zamanda, strateji məhsulların qiymətinə təsirinin müəyyənləşdirilməsidir: “Çünki biz strateji məhsulların qiymətlərində də azalmalar müşahidə edirik. Amma bütövlükdə son proseslər ondan xəbər verir ki, məhz qarşılıqlı tariflər dünya iqtisadiyyatında yeni bir mərhələnin başlanmasına gətirib çıxarıb. Bu mərhələ nəticə etibarı ilə daha çox çağırışları olan və eyni zamanda daha çox iqtisadi çətinliklərin olduğu qlobal bir mərhələ kimi xarakterizə olunur”.

“Çin geri çəkilməyəcəyini nümayiş etdirdi”

İqtisadçı ekspert Xalid Kərimli dünyanın 2 nəhəng dövləti - ABŞ və Çin arasında ticari sahədə müharibə getdiyini deyərək əlavə edib ki, Çin həmin ölkələrə bildirir ki, siz ABŞ-nin hərəkətlərini yamsılamayın: “ABŞ Çinə əlavə 125 faiz rüsum tətbiq etdi, Çin də əlavə yenə 125 faiz rüsum tətbiq etdi və geri çəkilməyəcəyini nümayiş etdirdi. Hətta ABŞ-dən də qorxmadığını bildirdi”.

Ekspert qeyd edib ki, eyni qayda ilə ABŞ-nin yanında olan ölkələr də Çinə sanksiya tətbiq edirlər: “Çin onları da proposinal və adekvat şəkildə geri qaytaracaq. Yəni görünən budur. Çin deyir ki, mən başlamıram, amma siz mənə qarşı neyləsəniz mən eyni cür əks addım atacam. Çinin imkanları genişdir, böyük daxili bazarı mövcuddur. Həmçinin 1,3 milyard əhalisi var. Bu, dünya əhalisinin 16-17 faizini təşkil edir. Dünya istehsalının 25 faizi oradadır. Çin dünyada texnologiya sahəsində ABŞ ilə yeganə rəqabət aparan, alternativ texnologiyaları ortaya qoyan dövlətdir. Bu baxımdan həm texnologiyaların satışında, həm də şirkətlərinin Çində fəaliyyətinə maneə yaradıla bilər. Həmçinin tariflərin tətbiqi də ola bilər. Bu, Çinin nəzərdə tutduğu ölkələrin davranışından asılı olacaq”.

“Bu, doğru yanaşma deyil”

İqtisadçı Eldəniz Əmirov diqqətə çatdırıb ki, ABŞ-nin sərt tarif siyasəti zərurətdən doğsa belə bu tarif siyasətinin miqyasının bu qədər geniş götürülməsi ABŞ tərəfindən, yeni komanda tərəfindən doğru olmayan bir addımdır: “Çünki bu, öz mənfi təsirini ən çox ABŞ-yə göstərəcək. Çinin ABŞ-nin yanında olan ölkələrə çağırış etməsinə qalanda isə hesab edirəm ki, bu da doğru yanaşma deyil. Yəni kütləvi olaraq təhdid dili ilə danışmaq müasir qloballaşan dünyada mənfi effekt verir. Onsuz da ABŞ sərt tarif siyasətini demək olar ki, bütün ölkələrə tətbiq etməklə o ölkələri özündən uzaqlaşdırıb. Çin də ölkələrə belə bir hədə-qorxu gələrsə, bu da oxşar bir davranışın bir az fərqli təzahür forması olacaq”.

“Hazırkı vəziyyətdə ABŞ-nin imici zədələnib”

E.Əmirovun sözlərinə görə, onsuz da dövlətlər seçim qarşısında qalan zaman ABŞ-ni seçəcək: “Ələxsus da Çinə qonşu olmayan ölkələr. Amma Çinin ətrafında və təsir dairəsində olan ölkələr isə Çinin bu çağırışına qoşula bilər. Lakin hazırkı vəziyyətdə onsuz da ABŞ-nin imici yetəri qədər zədələnib. Çinin cavab tədbirlərinə gəldikdə isə Çin öz iqtisadiyyatının ABŞ-dən asılılığını azaltmalıdır, ABŞ-yə olan ixracını əvəz edəcək digər ölkələr, alternativ bazarlar tapmalıdır. Xüsusən də Asiya, Afrika və Latın Amerikası ölkələrini ixrac hədəfi olaraq seçə bilər. O cümlədən özünü müasir texnoloji tətbiqlər baxımdan tam təmin etməyə çalışmalıdır. Onsuz da hər iki istiqamət üzrə ciddi işlər gedir və bunların arasında texnoloji baxımdan özünü təmin etmə səviyyəsi isə digər ölkələrlə müqayisədə Çində kifayət qədər yuxarı səviyyədədir. Ən əsası isə Çində olan bu dinamika dünyanın heç bir ölkəsində yoxdur. Nə ABŞ-də, nə Avropada, nə də digər ölkələrdə. Həm süni intellekt, həm yarımkeçiricilər, həm də digər istiqamətlər üzrə ələxsus da müasir elmi texnoloji tətbiqlərin ideyadan layihəyə keçməsi zamanına görə ən böyük sürət Çinə məxsusdur. Bu da birmənalı olaraq Çini orta perspektivdə daha da gücləndirəcək”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 Aprel 2025 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri