Icma.az
close
up
RU
Qlobal psixotron terror: Müdafiə olunmayanlar məhv olacaq KÜNCDƏN BAXIŞ

Qlobal psixotron terror: Müdafiə olunmayanlar məhv olacaq KÜNCDƏN BAXIŞ

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Elçin Bayramlı

Son yarım əsrdə dünyada ailə anlayışı və dəyərləri köklü şəkildə dəyişməyə başlayıb. Daha doğrusu dəyişdirilməsinə başlanıb. Bu istiqamətdə qlobal planların həyata keçirildiyi, qlobal təbliğat üçün yüz milyardlarla dollar vəsaitlər ayrıldığı heç kimə sirr deyil. Əsas məqsəd bütün mənəvi dəyərlərin dağıdılması, süni, heç bir mənəvi-əxlaqi kriteriyaya olmayan, zombiləşdirilmiş insan kütləsinin formalaşdırılmasından ibarətdir. Burada ən əsas məqamlardan biri də ənənəi ailə sisteminin dağıdılmasından ibarətdir. Bu istiqamətdə saysız hesabsız layihələr həyata keçirilir, media, kino, serial və sair kütləvi təbliğat vasitələri ilə peşəkar təşkil olunan kampaniyalar təşkil olunur.

Çox təəəssüf ki, bu psxtron mənəvi terror kampaniya xüsusən də şərq ölkələrinə qarşı aparılır. Onlardan biri də, süni mayalanma və ya ailəsiz uşaq dünyaya gətirmənin təbliğidir.Süni mayalanma və bu kimi digər texnologiyaların inkişafı qadınlara kişi partnyor və ya evlilik olmadan ana olmaq imkanı verir.

Əgər əvvəllər bu, yalnız övlad sahibi ola bilməyən ailələr üçün bir tibbi çıxış yolu idisə, indi bir çox Qərb ölkəsində qadınlar sosial seçim kimi bu üsula müraciət edirlər. Bu isə cəmiyyətin əsas dayağı sayılan ailə institutuna ciddi təsirlər göstərir.

Azərbaycan cəmiyyətində hələ ki, bu hal nüadir müşahidə olunsa da, prosesin dünyada sürətlə yayılması artıq sosial və mənəvi müzakirə mövzusuna çevrilib. Bilinməyən kişi donordan dünyaya gətirilən uşaqların atasız böyüməsi sosial, psixoloji və mənəvi baxımdan çox ciddi nəticələr doğura bilər. Bunun nəticəsində bacı-qardaş evliliyindən tutmuş çox sayda problemlər yaranır.

Bu prosesi sırf texnoloji yenilik deyil, qlobal ideoloji terrorun bir hissəsi kimi qiymətləndirmək lazımdır. Süni mayalanma da bu siyasətin bir parçasıdır, yəni təbii ailə modelinin yavaş-yavaş sıradan çıxarılması. Dünyada ailə institutunun sarsıdılması planlı şəkildə həyata keçirilir. Təəssüf ki, bu gün bəşəriyyət çox qorxunc bir düşmənlə, şeytani bir qüvvə ilə üz-üzə qalıb. Dünyada elə bir sistem qurulub ki, elmi və texnologiyanı idarə edən, medianı, siyasəti, təhsili, qida və dərman biznesini, mədəniyyəti nəzarətə götürən qlobal qüvvələr bəşəriyyətin təbii fitrətini dəyişməyə çalışırlar. Məqsəd ailəni, əxlaqı və dini dəyərləri sıradan çıxarmaqdır.

Media, kino və seriallar vasitəsilə ailə və dəyərlərə qarşı psixoloji təbliğat aparılır. Transgen və süni qidalarla və dərman sənayesi üzərindən insanın genetik kodu dəyişdirilir. Texnologiyanın imkanlarından istifadə edilərək “süni insanlar” yetişdirilir, cəmiyyət mənəvi dəyərlərdən uzaqlaşdırılır .

Bu proses nəticəsində gənc nəsil milli, mənəvi və ailə dəyərlərinə laqeyd böyüyür. Tarixi, irsi və mədəni köklərdən uzaqlaşan, əyləncəni həyatın əsas məqsədi sayan bir nəsil formalaşır. Ailəsiz, sevgisiz, məsuliyyətsiz yaşamaq təbliğ olunur. İki qadının evlənməsi, iki kişinin ailə qurub övladlığa uşaq götürüb böyütməsi, qadınların kişi partnyor olmadan uşaq dünyaya gətirməsi... bütün bu anormallıqlar normallaşdırılır. Bu, bəşəriyyətin mənəvi deqradasiyasına aparan təhlükəli yoldur.

Milli mənəvi dəyərlərin, xüsusən də ailə dəyərlərinin qorunması dövlət və cəmiyyət səviyyəsində prioritet olmalıdır. Ailədə ata-ana modeli qorunmalıdır. Əks halda, fiziki və mənəvi baxımdan xəstə, dəyərlərsiz bir cəmiyyət formalaşacaq. İnsan yalnız texnologiya ilə deyil, mənəviyyatla da yaşamalıdır. Əks təqdirdə, gələcək nəsillər “zombi nəsli” deyilən, emosiyasız və dəyərlərsiz bir kütləyə çevriləcək.

Bütün bu proses məşhur “Overton pəncərəsi” sistemi ilə aparılır. Müsirlik, azadlıq adı altında bütün dəyərlərin gözdən salınması, adət və ənənələrin sıradan çıxarılması, biorobot məxluqlar formalaşdırılması planlarını özlərini “qlobalist transhumanistlər” adlandıran şeytani qüvvənin ideoloqları heç gizlətmirlər də, əksinə, bunu açıq şəkildə bəyan edirlər. Bu qlobal terror qarşısında hər bir xalq, cəmiyyət, dövlət özünü qorumağa məhkumdur. Əks halda məhv olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Oktyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri