Icma.az
close
up
RU
“Qlobal revanşist şəbəkə və onun havadarları Ermənistanla Azərbaycan arasında sülhə mane olmağa çalışır

“Qlobal revanşist şəbəkə və onun havadarları Ermənistanla Azərbaycan arasında sülhə mane olmağa çalışır

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ermənistanla Azərbaycan arasında sülhə mane olan qüvvələr var. Paşinyanın etiraf etdiyi kimi, belə qüvvələr həm Ermənistanın daxilində, həm də onun hüdudlarından kənardadırlar. Bu qüvvələrin fəaliyyətinin əsas məqsədi, iki ölkə arasında sülhə əngəl olmaq, eyni zamanda Azərbaycana qarşı Qarabağ ermənilərinin geri dönüşü və həbsdə olan erməni canilərinin azad olunması mövzularında beynəlxalq təzyiq formalaşdırmaqdır”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib ki, bu qüvvələr ilk növbədə regionu “parçala və hökmranlıq et” məntiqiylə yönətməyə çalışanlar, keçmiş imperiya instiktindən hərəkət edənlərdir və onların da arxasında qlobal maraqların toqquşması fonunda Ermənistana təsir göstərən kənar amillər var ki, bunlar qlobal-revanşist erməni şəbəkəsi və onların havadarlarıdır.

Şəhla Cəlilzadə

“Təsadüf deyil ki, bu şəbəkənin əli ilə yaradılan “İsveçrə Sülh İnisiativi” 9 iyul tarixində cənab Prezident İlham Əliyevlə Paşinyanın Əbu-Dabidə, mühüm razılaşmalara gətirib çıxaran görüşündən bir gün əvvəl ABŞ konqresində dinləmələr keçirmiş, revanşist ideyaları təkrar gündəmə gətirmiş, ABŞ administrasiyasına təzyiq formalaşdırmaq üçün 87 ABŞ Konqresmeninin dövlət katibinə müraciət ünvanlamasına, Fransa parlamentində anti-Azərbaycan qətnamə layihəsinin parlamentə təqdim olunmasına, Britaniyada 100 parlamentarinin müvafiq bəyanat yaymasına, Avropa Parlamenti və s. Avropa ölkələrinin parlamentlərində anti-Azərbaycan inisiativlərinin güclənməsinə səbəb olmuşdular”-deyən politoloq bildirib ki, sülhə əngəl olan bu inisiativlərin hər biri 8 avqust Vaşinqton razılaşmasından sonra anlamını itirsə də, qlobal erməni şəbəkəsi və onların havadarlarının gələcək revanşist təşəbbüslərini gözardı etmək olmaz.

Politoloqun fikrincə, bu baxımdan sülh niyyətlərini bəyan edən, sülh sazişini paraflayan Azərbaycan və Ermənistan hakimiyyətləri regionda sülhü və sabitliyi qorumaq üçün bundan sonra birgə inisiativlər sərgiləməlidir: “Bu, iki ölkə parlamentlərinin birgə sülhyaradıcı/barış komissiyası, ictimai diplomatiya alətləri ilə cəmiyyətlərarası qarşılıqlı etimad quruculuğu tədbirləri və s. şəklində ola bilər.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, ölkə daxilində və xaricində Azərbaycanla əldə olunan sülhü pozmaq istəyən qüvvələr mövcuddur. Paşinyan avqustun 8-də Vaşinqtonda imzalanan deklarasiyanı xatırladaraq, bunun sülhün təsdiqi baxımından mühüm addım olduğunu vurğulayıb. Onun sözlərinə görə, bəzi qüvvələr bu sənədin gündəmdə olmasını istəmir və sülhün pozulmasına çalışır: “Deklarasiya imzalanıb, lakin bu, bir çoxlarının planlarına uyğun deyil. Onlar elə etmək istəyirlər ki, sülh pozulsun. Belə qüvvələr həm Ermənistanda, həm də onun hüdudlarından kənarda mövcuddur”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Sentyabr 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri